Sülh prosesində yeni mərhələ...
11.09.2024 [09:18]
Rəsmi Astana vasitəçisiz danışıqlar üçün platforma rolunu oynamağa hazırdır
II Qarabağ müharibəsinin yekunları özündə siyasi-hərbi reallıqlar qədər əhəmiyyətli iqtisadi-ticari reallıqları da əks etdirir. Bölgədə sabitliyin formalaşması dolayısı ilə yeni: Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya vahid geostrateji məkanını formalaşdırır ki, bu da gələcək üçün mühüm iqtisadi dividendləri özündə əks etdirir. Yeni dövrün ən mühüm çağırışı olan “əlverişli ticari yol” tematikası Şərq ilə Qərbin qovşağında yerləşən Azərbaycanın formalaşdırdığı geocoğrafi situasiyanın əhəmiyyətini yüksək səviyyədə aktuallaşdırır. Xüsusilə, Şərq-Qərb, Şimal-Cənub seqmentləri üzrə yüksək rentabelli infrastruktura malik olması Azərbaycanın böyük bir region üçün yeni inkişaf mərhələsi yaradacağını belə deməyə əsas verir.
Bunun üçün isə ən vacib şərt sülh prosesinin uğurla nəticələnməsidir. 2022-ci ildən aparılan danışıqlar prosesi artıq mühüm bir mərhələyə qədəm qoyub - artıq bir sıra məsələlərin həlli ilə bağlı ortaq mövqeyə gəlinməsi haqqında fikirlər səslənir. Eyni zamanda, 13 kilometrlik ərazidə delimitasiya və demarkasiya prosesinin uğurlu icrası qısa zamanda sülh prosesinin müsbət notlarla yekunlaşacağına həm də bir ümid yaradır.
Astanadan növbəti təklif...
Qeyd edək ki, sülh prosesinin yekun mərhələyə qədəm qoyması üçün beynəlxalq aləm də öz imkanlarını səfərbər etməyə hazırdır - bu mənada, Qazaxıstanın ortaya qoyduğu mövqe xüsusilə təqdirəlayiqdir. İki tərəfin bir masa arxasında vasitəçisiz müzakirə aparması üçün rəsmi Astana hər zaman öz imkanlarını təqdim edir. Sentyabrın 9-da Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasındakı telefon danışığı zamanı da bu məsələyə bir daha toxunulub. Tərəflər Azərbaycan və Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıblar. Qazaxıstan Prezidenti Astananın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib. Dövlətimizin başçısı Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib.
Azərbaycan vasitəçisiz görüşləri dəstəkləyir
Xatırladaq ki, rəsmi Astananın səsləndirdiyi bu təklif ilk deyil - bu ilin mayında Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü baş tutmuşdu. XİN başçıları səviyyəsində bu ikitərəfli təmasın ən mühüm detallarından biri məhz ilk dəfə vasitəçisiz şəkildə keçirilməsi idi. Bu isə olduqca mühüm bir detaldır. Həmin görüş və ümumiyyətlə ondan qabaq baş verənlər bir daha təsdiqlədi ki, ikitərəli təmaslar daha qəti nəticələr üçün zəmin yarada bilir. Hətta həmin dövrdə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirmişdi ki, Qazaxıstan hakimiyyəti Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda görüşünü təşkil edərkən danışıqlarda vasitəçi rolunu oynamayacaq.
Vurğulanmalıdır ki, Azəfrbaycan hər zaman bu məsələni xüsusi olaraq vurğulayıb ki, aparılan danışıqlarda üçüncü tərəfə ehtiyac yoxdur. Hətta Prezident İlham Əliyev hələ 2021-ci ilin oktyabrında işğaldan azad edilmiş Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirmişdi ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, sülh müqaviləsi, bir-birinin ərazi bütövlüyünün tanınması istiqamətində, ondan sonra iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının açılması, bütün bunlar gündəlikdə olan məsələlərdir: “Azərbaycan tərəfində siyasi iradə var. Ermənistan tərəfində də olarsa, hesab edirəm ki, iki ölkə özləri heç bir vasitəçisiz bu məsələləri həll edə bilər və bölgədə uzunmüddətli sülh ola bilər”.
Artıq Azərbaycanın ərazi bütövlüyü təmin edilib, suverenliyi bərpa olunub. Regionda sülhün və təhlükəsizliyin təmini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi beynəlxalq gündəlikdən düşüb. Prezident İlham Əliyev bu ilin fevralın 14-də andiçmə mərasimində bu məsələyə toxunaraq bildirmişdi ki, bizə bu məsələdə vasitəçi lazım deyil: “Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik”.
Qazaxıstanın sülh üçün səfərbər olması...
Qazaxıstana gəldikdə isə, həm Azərəbaycanla, həm də Ermənsitanla bu və ya digər şəkildə müttəifqliyə malik olan, bir sıra beynəlxalq strukturlarda çiyin-çiyinə təmsilçilik daşıyın rəsmi Astana anlayır ki, Mərkəzi Asiyaya yaxın bölgədə sülhün bərqərar edilməsi mühüm əsaslar formalaşdıracaq. Qeyd etdiyimiz kimi, Cənubi Qafqazda sülhün və davamlı sabitliyin formalaşması böyük bir coğrafyanın - Orta Asiya - Cənubi Qafqaz - Kiçik Asiya bölgəsi üçün yeni imkanlar, perspektivlər deməkdir.
Vurğulamaq yerinə düşər ki, bu ilin ötən dövründə Qazaxıstan przedinti Kasım-Jomart Tokayev iki dəfə Azərbaycana səfər edib. Mart ayında ölkəmizdə dövlət səfərində olan Qazaxıstanın dövlət başçısı bu ilin iyulunda Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə təmsil olunub və Qarabağ Bəyannaməsini imzalayıb. Bu Bəyannamə ikitərəfli əlaqələrin inkişafına xüsusi rəng qatır.
Eyni zamanda, Astananın yeni dönəmdə Ermənistan ilə Azərbaycan arasında müzakirə platformasına çevrilməsi imkanları hələ bu ilin aprelində Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayevin İrəvana səfəri zamanı müzakirə predmeti olmuşdu. Qazaxıstan Prezidentinin Astananın İrəvan və Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlamasını önə çəkməsi, xoşməramlılıq missiyasını üzərinə götürərək danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu bildirməsi isə bu fikirləri daha da qətiləşdirmişdi. Kasım-Jomart Tokayev İrəvanda brifinqdə bildirmişdi ki, “Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq, regionda sülh və davamlı sabitlik üçün yollar açmaqdır”.
Mövqeyimiz aydın və ədalətlidir...
Beləliklə, sülh üçün münbit zəminin yaranması, müzakirə üçün isə vasitəçisiz platformanın təklif edilməsi danışıqların yaxın zamanda uğurlu nəticəyə hasil olma ehtimalını artırır. Azərbaycanın sülhlə bağlı mövqeyi aydın və ədalətlidir -ölkəmiz hər zaman sülhün və əməkdaşlığın bərpasına çalışıb. Hətta Ermənistanın torpaqlarımızı işğal altında saxladığı illərdə belə Azərbaycan məsələnin sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edib. Konstruktiv anlaşmanı, siyasi-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsini, normal qonşuluq münasibətlərini əsas götürən Azərbaycan bu gün də eyni mövqedədir. Ölkəmiz iki ildən artıqdır ki, bölgədə sülhün və anlaşmanın hökm sürməsi üçün bütün səyini səfərbər edib. İndiyə qədər aprılan danışıqlar prosesində bu və ya digər imkanlar bütün predmetlər üzrə müzakirə olunub. Bir neçə ay öncə delimitasiya prosesinin ilkin mərhələsinə start verilməsi də bunun göstəricisi sayıla bilər.
Sülhün əsas şərti isə onun davamlı olmasıdır. Davamlı sülhün əldə olunması üçün isə bütün maneələr aradan qalxmalıdır. Məsələn, Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı əsassız ərazi iddiaları var ki, İrəvan bunun aradan qaldırılmasına səy göstərməlidir. İrəvanın bu məsələdə manipulyativ deyil, daha qətiyyətli və birmənalı mövqe sərgiləməsi məsələnin nəticəsini daha da tezləşdirə bilər. Yəni, uzun illərdən bu yana gözlənilən dayanıqlı sülhə daha tez nail olmaq mümkündür.
Ermənistan sülh üçün səy göstərməlidir!
Ermənistan isə regionda yeni siyasi-iqtisadi mərhələdə iştirakçı olaraq yer almaq istəiyrsə, özünün əsassız iddialarından əl çəkməli və bu və ya digər şəkildə Konstitusiya dəyişikliiynə nail olmalı, konstruktiv mövqe sərgiləməlidir. Bir sözlə, Ermənistan sülh prosesinin hazırki və proqnozlaşdırılan mərhələlərinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda Ermənistan yeni regional, hətta qlobal səviyyəli iqtisadi layihələrdən kənarda qalma təhlükəsi yaşayacaq - Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr isə ümumən regiona yeni inkişaf tempi qazandırmaqdadır. Ermənistan yenə də təhlükəsizlik arxitekturasına təhdid yaradan amil rolunda çıxış etməkdə “israrlı olarsa”, bu, rəsmi İrəvan üçün xoşagəlməz nəticələrə yol aça bilər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 Noyabr 23:41
Hərbi
03 Noyabr 23:34
Sosial
03 Noyabr 23:19
Dünya
03 Noyabr 22:49
İdman
03 Noyabr 22:38
Dünya
03 Noyabr 21:53
Sosial
03 Noyabr 21:22
Dünya
03 Noyabr 20:47
Dünya
03 Noyabr 20:19
Elm
03 Noyabr 19:58
COP29
03 Noyabr 19:26
Hadisə
03 Noyabr 18:54
Dünya
03 Noyabr 18:29
İqtisadiyyat
03 Noyabr 17:53
Sosial
03 Noyabr 17:22
İdman
03 Noyabr 16:57
Dünya
03 Noyabr 16:26
Dünya
03 Noyabr 15:49
Dünya
03 Noyabr 15:24
Maraqlı
03 Noyabr 14:53
Mədəniyyət
03 Noyabr 14:29
Dünya
03 Noyabr 14:21
Xəbər lenti
03 Noyabr 14:14
Hadisə
03 Noyabr 13:42
Elm
03 Noyabr 13:19
Elm
03 Noyabr 12:57
Dünya
03 Noyabr 12:35
Sosial
03 Noyabr 12:13
Dünya
03 Noyabr 11:56
Sosial
03 Noyabr 11:35
İdman
03 Noyabr 11:14
Dünya
03 Noyabr 10:47
Sosial
03 Noyabr 10:39
Dünya
03 Noyabr 10:17
Elm
03 Noyabr 09:55
COP29
02 Noyabr 23:37
İdman
02 Noyabr 23:16
COP29
02 Noyabr 22:41
Mədəniyyət
02 Noyabr 22:34
Mədəniyyət
02 Noyabr 22:16
Dünya
02 Noyabr 21:45
Sosial
02 Noyabr 21:23
Xəbər lenti
02 Noyabr 20:49
İdman
02 Noyabr 20:37
Sosial
02 Noyabr 19:56
Dünya
02 Noyabr 19:24
Elanlar
02 Noyabr 19:11
Sosial
02 Noyabr 18:43
İdman
02 Noyabr 18:23
Xəbər lenti
02 Noyabr 17:54
COP29
02 Noyabr 17:31
Dünya
02 Noyabr 17:09
Sosial
02 Noyabr 16:57
Dünya
02 Noyabr 16:42
Sosial
02 Noyabr 16:19
İdman
02 Noyabr 15:53
Mədəniyyət
02 Noyabr 15:31
Sosial
02 Noyabr 15:12
Dünya
02 Noyabr 14:48
COP29
02 Noyabr 14:27
Xəbər lenti
02 Noyabr 14:13
İdman
02 Noyabr 13:52
İqtisadiyyat
02 Noyabr 13:37
Mədəniyyət
02 Noyabr 13:18
Dünya
02 Noyabr 13:15
Ədəbiyyat
02 Noyabr 12:29
Ədəbiyyat
02 Noyabr 12:26
Dünya
02 Noyabr 12:20
Dünya
02 Noyabr 12:06
Dünya
02 Noyabr 11:55