Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Etibarlı tərəfdaşlığa və dostluğa söykənən münasibətlər

Etibarlı tərəfdaşlığa və dostluğa söykənən münasibətlər

11.09.2024 [11:41]

Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələrdən olan İtaliya ilə  siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimiz  çox sürətlə inkişaf edir. Azərbaycan İtaliya üçün enerji daşıyıcılarının ilk ixracatçısı olduğu kimi, İtaliya da Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarında İtaliyanın bilavasitə, 114 şirkəti fəaliyyət göstərir.

Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında bir sıra vacıb məqamlara toxunaraq qeyd etdi ki, iki aydan sonra biz ən böyük iqlim konfransına – COP29-a ev sahibliyi edəcəyik. Bununla bağlı qərar ötən ilin dekabrında verildi və bizim hazırlıq üçün bir ildən az vaxtımız var idi. Burada ən vacib məqam ondan ibarətdir ki, bu qərar 200-yə yaxın ölkə arasında konsensusa əsaslanırdı. Biz bunu Azərbaycana olan ehtiramın təzahürü hesab edirik. Tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək. Biz qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışırıq. Hər kəsə məlumdur ki, iqlim mövzusu ölkələri və xalqları ayıran bir mövzudur. Qarşılıqlı iddialar və ittihamlar var – kim planetimizə xələl gətirməkdə daha çox günahkardır, kim daha çox ödəməlidir və sair. Yəni, beynəlxalq arenada qlobal aktor olmasaq belə, zənnimcə qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür.

Möhtərəm Prezidentimiz həmçinin vurğuladı ki,bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlığa malik olmağımız, – yeri gəlmişkən Avropa İttifaqının 10 üzvü rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşıdır, - 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il sədrliyimiz onu nümayiş etdirir ki, biz yaxşı nəticə hasil edə biləcək ölkəyik.

Moderatorun “Rusiya-Ukrayna münaqişəsinə son qoyulması kontekstində müzakirələrdə ölkənizi necə görürsünüz ? Hər hansı rolunuz və ya təklifləriniz ola bilərmi?”sualına Dövlətimizin Başçısı cavabında qeyd etdi ki, “Nəzəri cəhətdən bu mümkündür. Çünki Rusiya və Ukrayna ilə yanaşı, biz 70 il ərzində Sovet İttifaqının tərkib hissəsi olmuşuq. Bizim xalqlararası və siyasi səviyyədə şaxələndirilmiş münasibətlərimiz var. Bu gün bizim Rusiya və Ukrayna ilə çox yaxşı münasibətlərimiz var. Biz Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyirik.

Bununla yanaşı, biz Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmamışıq və belə bir niyyətimiz yoxdur. Beləliklə, biz praqmatik münasibətlərin mövcudluğu fonunda rol oynaya bilərik. Biz heç vaxt bunun təşəbbüskarı olmamışıq, çünki bu işdə yaxından iştirak etmək istəyənlər kifayət qədərdir. Ancaq bizim iştirakımıza zərurət yaranarsa, buna hazırıq”.

Vurğulamaq lazımdır ki, dost ölkə olan İtaliya bizim azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün dəvət etdiyimiz ilk ölkələrdən biri olduğu üçün  əminliklə söyləmək olar ki, strateji xarakter daşıyan, etibarlı tərəfdaşlığa və dostluğa söykənən Azərbaycan-İtaliya münasibətləri bundan sonra da daha da inkişaf edəcəkdir.

Polad Ağakişiyev,

YAP Qazax rayon təşkilatının məsləhətçisi

Paylaş:
Baxılıb: 161 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Berlində qatar yanıb

03 Noyabr 21:53

Ədəbiyyat

Şənbə üçün nəzm

02 Noyabr 12:29

Ədəbiyyat

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30