Dost köməyi...
05.10.2024 [08:54]
Belarus azad edilmiş ərazilərdə Aqroşəhərciyin və sənaye parklarının yaradılmasına töhfə verəcək
Belarusun paytaxtı Minskdə rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov və həmkarı Roman Qolovçenko iki ölkə arasında iqtisadi əməkdaşlıq imkanlarını və gələcək birgə layihələrin vəziyyətini müzakirə ediblər. Tərəflər Azərbaycan-Belarus arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək son illərdə qarşılıqlı hörmət və dərin etimad mühitində əlaqələrin inkişafına töhfə verdiklərini, xüsusilə də hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin təmasların möhkəmlənməsinə dərin zəmin yaratdığı bəyan ediblər. Hazırda iki ölkənin birgə səyləri nəticəsində iqtisadi, siyasi, sosial, humanitar sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın dinamikliyinin daha da artdığı, mal mübadiləsi və investisya həcmlərinin inkişafının qeydə alındığı vurğulanıb.
Azərbaycanın və Belarusun Baş nazirləri səmərəli görüşün yekununda mühüm sazişə imza atıblar. Söhbət Ağdamın Qızıl Kəngərli kəndində Aqroşəhərciyin yaradılması üzrə layihələndirilmənin hazırlanmasına dair sənədin imzalanmasından gedir. Layihə sözügedən kənddə yeni aqrar modelin yaradılması ilə yanaşı, Ağdam rayonunda kənd təsərrüfatı istehsalının inkişafını təmin edəcək müasir sənaye komplekslərinin qurulması imkanlarının dəyərləndirilməsini, aqrar təchizat tədarükü sisteminin təşkli və digər məsələləri də ehtiva edir.
Lukaşenkonun çağırışları öz faydasını verir...
Belarus hökuməti Azərbaycanda xüsusi önəm verilən və bu istiqamətdə dövlətin o cümlədən özəl biznes sektorunun xüsusi təşəbbüskarlığının müşahidə edildiyi müasir aqrar-sənaye təsərrüfatlarının, aqroparkların yaradılmasına öz dəstəyini göstərmək niyyətini və bu prosesdə birgə addımlar atmağa hazır olduğunu dəfələrlə bəyan edib. Bu istiqamətdə müxtəlif iqtisadi qurumlar arasında faydalı danışıqlar aparılıb.
Azərbaycanın öz ərazi bütövlüyünü tam təmin etdikdən sonra uzun illər işğal altında qalmış torpaqların dirçəldilməsi, reinteqrasiya proqramları əsasında yeni aqrar-sənaye komplekslərinin yaradılması istiqamətində başlatdığı işlərdə belaruslu biznes icmasının da iştirak etmək məsələləri müzakirə olunub.
Cari il mayın 16-da ölkəmizə səfər edən Belarus Prezidenti Aleksandr Lukaşenko azad edilmiş ərazilərə də baş çəkərək burada aparılan quruculuq və bərpa işləri ilə yaxından tanış olub, Belarusun bu proqramlarda yaxından iştirak etmək niyyətlərini bildirib. A. Lukaşenkonun bəyan etdiyi kimi uzun müddət səhraya çevrilmiş bu torpaqları dirçəltmək, infrastrukturları qurmaq, sosial və iqtisadi imkanları bərpa etmək Belarus hökumətinin, müxtəlif müəssisə və təşkilatların, iş adamlarının köməyindən istifadə oluna bilər. Öz ölkəsinin bu prosesdə Azərbaycanın yanında yer alacağını vurğulayan Belarus Prezidentinin “həmin torpaqların dirçəldilməsində bu yükün altına girməyə hazırıq və məsuliyyətlə bildirirəm ki, bunu böyük məmnuniyyətlə və dünyada heç kimin edə bilməyəcəyi səviyyədə edəcəyik” bəyanatı dost ölkənin həqiqi və səmimi iştirakçılıq niyyətinin etirafıdır.
Qarabağda yeni aqrar modellər, birgə investisiya layihələri...
Dövlətin ən ali səviyyəsində Qarabağ və Şərqi Zəngəzurda quruculuğa töhfə vermək, iqtisadiyyatın müxtəlif sektorlarında icra edilən layihələrdə yer almaq barədə məqsəd və prioritetlərinin qəbul edilməsi Belarusun Böyük Qayıdış strategiyasında davamlı iştirakına zəmin yaradır. A.Lukaşenkonun həmin səfəri çərçivəsində imzalanmış sənədlər, o cümlədən, iqtisadiyyat, rəqabət, investisiyalar, ticarət, kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsinə dair anlaşma memorandumları aqrar niyyətlərin gerçəkləşməsində iqtisadi-hüquqi baza olmaqla, dövlət və özəl sektorun nümayəndələrini birgə sərmayə təşəbbüskarlığına dəvət edir. Həmçinin, 2024-cü ilin iyun ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Belarus Ticarət və Sənaye Palatası arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumu hər iki ölkənin sahibkarları arasında işgüzar əlaqələrin təşviqi, birgə investisiya layihələrinin reallaşdırılmasına dəstək mexanizmlərini özündə əks etdirir.
Məhz bu iqtisadi çağırışlara qoşulan Belarus şirkətləri azad ərazilərin zəngin iqtisadi resurslarının inkişafına öz təcrübələrini bölüşmək, xüsusilə də kənd təsərrüfatında ən qabaqcıl modellərini tətbiq etmək üçün praktiki addımlar atmağa başlayıb. MDB regionunda aqrar layihələr və aqrar-sənaye komplekslərinin inkişafına görə lider ölkələrdən biri olan Belarusun bu sahədəki zəngin təcrübəsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Həmin potensialları nəzərə alsaq iki ölkə arasında bu sahədə əməkdaşlıq yaxşı fürsətlər yaradır.
Belarus investorları Azərbaycanın azad ərazilərində aqrar tədarük mallarının istehsal və emalı şəbəkəsinin qurulmasında yaxın tərəfdaş kimi ölkəmizin kənd təsərrüfatı istehsalçılarını zəruri ehtiyac duyduqları xammal və emal komponentləri ilə təmin olunmaq imkanları qazanmış olurlar. Belə ki, hazırda ölkəmizin aqrar sənayesində mineral gübrələr, kimyəvi pestisid və maddələr, eləcə də kənd təsərrüfatı məqsədli xammal və ehtiyatların böyük bir qismi xaricdən idxal edilir ki, bu da idxalda tez-tez qiymət dəyişiklikləri fonunda məhsulun bahalaşmasına səbəb olur. Bu baxımdan regionda mineral gübrə və kimyəvi aqrar mallar üzrə lider ölkələrdən biri sayılan Belarusun Qarabağ və Şərqi-Zəngəzurda böyük bir xammal təchizatı kompleksi qurması Azərbaycanın aqrar hədəflərinin reallaşmasına mühüm töhfə olacaq.
Cənubi Qafqazda yeni “ağıllı sənaye” şəhərcikləri...
Belarus MDB və dünya birliyində kənd təsərrüfatı texnikasının istehsalı, maşın və avadanlıqların tədarükü sahəsində də aparıcı ölkələrdən biridir, burada ağır sənaye texnikalarının istehsalında müasir sənaye zənciri formalaşıb. Azad ərazilərdə inkişaf etdirilən aqrar-sənaye layihələrinin, ələlxüsus da Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonasında fəaliyyət göstərən yerli və xarici şirkətlər üçün tələb olunan aqrar sənaye texnologiyalarının təminatında Belarusun imkanlarından faydalanmaq daha əlverişlidir. Bu ölkənin tanınmış zavodlarında istehsal edilən MT3 və MAZ-ların Qarabağda tədarükünün təşkili və “ağıllı sənaye” texnologiyaları əsasında təkmilləşdirilmiş versiyasının yaradılması təkcə bu bölgənin deyil, ümumilikdə, Cənubi Qafqaz regionunda yeni tipli sənaye sektorunun formalaşmasına imkan verəcək.
Azad olunmuş ərazilərdə heyvandarlığın inkişafı ilə bağlı da iri layihələr icra olunur, İsrail, Türkiyə Azərbaycanla birgə emal müəssisələrini qurmaqla, bu torpaqlarda heyvandarlığın inkişafı üçün imkanlar isə daha böyükdür. Ona görə də cins mal-qara üzrə MDB-nin lideri olan Belarusun heyvadarlıq müəssisələri yaratması hər iki ölkə üçün xüsusi önəm daşıyır. Bu, həmin bölgədə və Azərbaycanda süd məhsullarına, iribuynuzlu mal-qara ətinə tələbatı tam təmin etmək üçün də xüsusi əhəmiyyət kəsb edir və Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə dərin töhfə verə bilər. Eləcə də Belarus təcrübəsi üzrə Qarabağda aqroşəhərciklərin salınması böyük bir iş yerləri, məşğulluq proqramlarının gerçəkləşməsi deməkdir.
ELBRUS CƏFƏLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 Dekabr 16:59
YAP xəbərləri
06 Dekabr 16:50
Sosial
06 Dekabr 16:01
Mədəniyyət
06 Dekabr 15:16
Dünya
06 Dekabr 15:00
İdman
06 Dekabr 14:50
Xəbər lenti
06 Dekabr 14:29
YAP xəbərləri
06 Dekabr 14:27
Dünya
06 Dekabr 14:06
Hərbi
06 Dekabr 13:40
Sosial
06 Dekabr 13:09
Sosial
06 Dekabr 12:29
İqtisadiyyat
06 Dekabr 12:25
Siyasət
06 Dekabr 12:03
Gündəm
06 Dekabr 12:01
Sosial
06 Dekabr 11:59
İqtisadiyyat
06 Dekabr 11:57
Siyasət
06 Dekabr 10:39
MEDİA
06 Dekabr 10:26
Siyasət
06 Dekabr 10:26
Sosial
06 Dekabr 10:21
Sosial
06 Dekabr 10:20
Hadisə
06 Dekabr 10:13
İqtisadiyyat
06 Dekabr 10:12
Siyasət
06 Dekabr 10:12
Analitik
06 Dekabr 09:56
Siyasət
06 Dekabr 09:39
İqtisadiyyat
06 Dekabr 09:14
Analitik
06 Dekabr 08:59
Maraqlı
06 Dekabr 08:37
Yeni texnologiyalar
06 Dekabr 08:12
Siyasət
06 Dekabr 07:54
Siyasət
06 Dekabr 07:33
İqtisadiyyat
05 Dekabr 23:58
Xəbər lenti
05 Dekabr 23:43
Maraqlı
05 Dekabr 23:12
Xəbər lenti
05 Dekabr 22:57
İqtisadiyyat
05 Dekabr 22:36
Elm
05 Dekabr 22:19
İdman
05 Dekabr 21:48
Xəbər lenti
05 Dekabr 21:37
YAP xəbərləri
05 Dekabr 21:36
Xəbər lenti
05 Dekabr 21:18
Elm
05 Dekabr 20:58
Elm
05 Dekabr 20:32
Sosial
05 Dekabr 20:17
YAP xəbərləri
05 Dekabr 20:16
İdman
05 Dekabr 19:51
Sosial
05 Dekabr 19:36
İqtisadiyyat
05 Dekabr 19:12
Hərbi
05 Dekabr 18:48
Siyasət
05 Dekabr 18:21
YAP xəbərləri
05 Dekabr 17:29
YAP xəbərləri
05 Dekabr 17:26
YAP xəbərləri
05 Dekabr 17:25
YAP xəbərləri
05 Dekabr 17:25
Sosial
05 Dekabr 17:15
Xəbər lenti
05 Dekabr 17:08
Sosial
05 Dekabr 16:52
Xəbər lenti
05 Dekabr 16:31
İdman
05 Dekabr 16:08
Sosial
05 Dekabr 15:45
YAP xəbərləri
05 Dekabr 15:35
Gündəm
05 Dekabr 15:27
Sosial
05 Dekabr 15:27
Gündəm
05 Dekabr 14:27
Gündəm
05 Dekabr 14:26
Sosial
05 Dekabr 13:19
Hadisə
05 Dekabr 13:08
Sosial
05 Dekabr 12:40