5 aprel görüşünün nəticələri...
05.10.2024 [11:29]
ABŞ kəşfiyyatçılarını Ermənistana yerləşdirir
İrəvan regionun təhlükəsizliyi üçün yeni təhdidlər yaradır
ABŞ-ın Ermənistan üzərindən Cənubi Qafqazla bağlı “siyasətinin” detalları özünü göstərməkdədir. Bu ilin aprelində Brüsseldə baş tutan üçtərəfli ABŞ - Aİ - Ermənistan görüşünün Vaşinqton üçün vacib sayılan ən əsas məqamının regiona müdaxilə imkanlarının artırılması olması bəlli idi. ABŞ tərəfi bu görüş nəticəsində ortaya çıxan razılaşmada “hərbi predmetlərin” yer almadığını iddia etsə də, “tərəfdaşlığın” əsas hədəfinin bu olduğu açıq-aydın ortada idi. Bu məsələ son dövrlərdə daha da aktuallaşıb. Xüsusilə, bu ilin avqustunda Ermənistana gətirildiyi bildirilən ABŞ qüvvələri bu sirr üstündəki örtüyü qaldırdı. Ardından Ermənistan ilə ABŞ-ın birgə hərbi təlim keçməsi artıq bütün məsələlərlə bağlı əminlik formalaşdırır...
“İkitərəfli gündəlik” nələrdən ibarətdir?
ABŞ-ın Ermənistanı öz maraqlarının poliqonuna çevirməsi faktı artıq sübuta ehtiyac duymur - iki ölkə arasında baş tutan demək olar ki, bütün görüşlər məhz bu mahiyyətə hədəflənib. Yeri gəlmişkən, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prayor İrəvanda görüşüblər. Görüşdə Ermənistanla ABŞ arasında əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. Tərəflər, xüsusilə, ikitərəfli gündəliyin bir sıra məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Ermənistanın təhlükəsizlik sisteminin modernləşdirilməsi üçün gələcək əməkdaşlığın istiqamətlərini müəyyən ediblər. Bir sıra regional və qlobal təhlükəsizlik məsələlərinə də toxunulub.
Ermənistan mətbuatının yaydığı bu məlumatda diqqət çəkən məqamlardan biri “ikitərəfli gündəliyin bir sıra məsələləri ətrafında fikir mübadiləsi” məsələsidir. Post-müharibə dövründə Ermənistanla “ikitərəfli gündəlik” yaradan Qərbin İrəvan üzərindən oyun oynadığı ortadadır. ABŞ regionun ən zəif iqtisadiyyatına malik, heç bir regional və ya qlobal layihələrdə iştirak etməyən, özünü Şərq-Qərb tranzit xəttindən kənarda saxlamaqla böyük bir logistik kəmərin hissəsinə çevrilə bilməyən, nəhayət hərbi-siyasi durumuna görə ən aşağı yerlərdə sürünən Ermənistanda hansı “ikitərəfli gündəliyi” müzakirə edə bilər? Təsadüfən, bəhs olunan həmin “ikitərəfli gündəlik” hazırda Ermənistanda olan amerikalı hərbi instruktorlar, Pentaqonun nəzarət etdiyi xüsusi hərbiləşdirilmiş strukturlar olmasın? Bütün daşlar yerinə oturur - ABŞ Ermənistanı özünün hərbi plasdarmına çevirməkdə israrlıdır...
“Milli təhlükəsizlik məsələsi” adlı kəşfiyyat “planı”...
Aprelin 5-də imzalanan üçtərəfli razılaşmanın görünməyən, amma haqqında danışılan tərəfləri məhz bunlardır - hələ sənəd imzalanmamışdan öncə KİV-lər paktda ABŞ-ın İrəvana strateji müdafiə icmalının aparılması və Ermənistan üçün yeni hərbi doktrinanın hazırlanması üçün ekspert dəstəyi verməsini nəzərdə tutduğunu yazmışdı. Beləliklə, ABŞ-ın məqsədi heç də kənardan “dəstək” vermək deyildi - tam əksinə, nəzarət funksiyasını ələ almaq, bölgə ilə bağlı kəşfiyyat işlərini bütün detallar üzrə özünün aparmasını təmin etmək, “Ermənistanın milli təhlükəsizlik məsələləsi” adı altında maraqlarını regiona yerləşdirmək idi. Yuxarıda qeyd edilən görüş bu detalları da təsdiqləyir - görüşün məhz ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin “rəsmi şəxsi” ilə təşkil olunması Qərbin Cənubi Qafqazda sabitliyə mənfi təsir edəcək proseslərdə fəal iştirak etmək istəyini ortaya qoyur. Beləliklə, üçtərəfli razılaşmada açıqlanan 65 milyon dolların “aysberq”in görünən hissəsi olması da təsdiqlənir - demək ki, qarşıdakı “dövrdə” USAID, Sülh Fondu və bu kimi vasitələrlə Ermənistana pul axınının davam edəcəyi istisna olunmur.
ABŞ-ın istəyi...
ABŞ-ın belə bir pakt üzərindən irəli sürdüyü maraqlar isə fərqli kontekstlərə köklənib.
- İlk növbədə anti-Rusiya planının “B” variantını həyata keçirməyə çalışır;
- Kremli cənub sərhəddindəki “narahatlıqlardan” xəbərdar edir və bəlkə də diqqəti yayındırır;
- Regionun qeyri-dəqiq müddətə sabit inkişaf yoluna çıxarmağa imkan verməmək üçün əlindən gələni əsirgəməyəcəyini göstərir;
- Son dövrlərdə özünün yüksəliş xəttini daha da genişləndirən, imzalanan Qarabağ bəyannaməsi ilə funksionallığını artırdığını ortaya qoyan TDT-dən qaynaqlanan narahatlıqlar...
Bölgənin real mənzərəsi...
Son müddəa ən real mənzərədən qaynaqlanır. Planlaşdırılan yeni layihələr Qafqazda sülhün, sabitliyin qorunmasını şərtləndirən amilə çevirilmək imkanından xəbər verir. Çünki iqtisadi əməkdaşlıqlar regionun təhlükəsizliyinin, sülhün və sabitliyin daha yüksək səviyyədə təminatının qarantı kimi çıxış edir. Azərbaycanın son antiterror tədbirləri ilə yaratdığı mənzərə isə regionun gələcəyinin yeni inkişaf strategiyası sayıla bilər. Təbii ki, Cənubi Qafqaza yaxın coğrafiyalar da bu yeni inkişaf strategiyasını yaxından təqib etməli idilər - etdilər də. Son illərdə Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya geostrateji məkanının vahid iqtisadi gücə çevrilməsi bütün mənalarda diqqəti cəlb edir -fərqli sahələrdə inkişaf etdirilən tərəfdaşlıqlar, regionun təhlükəsizliyi ilə bağlı danışıqların intensivləşməsi, sülh prosesinə TDT üzvü olan ölkələrin təsir imkanlarının real nəticələri (Qazaxıstanın ikitərəfli görüşə ev sahibliyi etmək təklifi), nəhayət bölgənin hazırlanan yeni iqtisadi-siyasi atlasında əməkdaşlıqların bərabərhüquqlu prinsiplər üzrə müəyyənləşməsi ABŞ üçün düşündürücüdür - Vaşinqtonun antisülh mövqeyi ucbatından bütün bu proseslərdən kənarda qalmış Ermənistanı özünün kəşfiyyat yuvasına çevirmə səbəbləri məhz bu parametrlərə əsaslanır. Baş verənlər isə Ermənistanın maraqları ilə ziddiyyət təşkil edir - ABŞ öz mənafeyi uğrunda İrəvanı qurban verir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİdman
06 Dekabr 17:46
Siyasət
06 Dekabr 17:44
Sosial
06 Dekabr 17:28
Elanlar
06 Dekabr 17:25
İqtisadiyyat
06 Dekabr 17:09
YAP xəbərləri
06 Dekabr 16:59
YAP xəbərləri
06 Dekabr 16:50
Sosial
06 Dekabr 16:01
Mədəniyyət
06 Dekabr 15:16
Dünya
06 Dekabr 15:00
İdman
06 Dekabr 14:50
Xəbər lenti
06 Dekabr 14:29
YAP xəbərləri
06 Dekabr 14:27
Dünya
06 Dekabr 14:06
Hərbi
06 Dekabr 13:40
Sosial
06 Dekabr 13:09
Sosial
06 Dekabr 12:29
İqtisadiyyat
06 Dekabr 12:25
Siyasət
06 Dekabr 12:03
Gündəm
06 Dekabr 12:01
Sosial
06 Dekabr 11:59
İqtisadiyyat
06 Dekabr 11:57
Siyasət
06 Dekabr 10:39
MEDİA
06 Dekabr 10:26
Siyasət
06 Dekabr 10:26
Sosial
06 Dekabr 10:21
Sosial
06 Dekabr 10:20
Hadisə
06 Dekabr 10:13
İqtisadiyyat
06 Dekabr 10:12
Siyasət
06 Dekabr 10:12
Analitik
06 Dekabr 09:56
Siyasət
06 Dekabr 09:39
İqtisadiyyat
06 Dekabr 09:14
Analitik
06 Dekabr 08:59
Maraqlı
06 Dekabr 08:37
Yeni texnologiyalar
06 Dekabr 08:12
Siyasət
06 Dekabr 07:54
Siyasət
06 Dekabr 07:33
İqtisadiyyat
05 Dekabr 23:58
Xəbər lenti
05 Dekabr 23:43
Maraqlı
05 Dekabr 23:12
Xəbər lenti
05 Dekabr 22:57
İqtisadiyyat
05 Dekabr 22:36
Elm
05 Dekabr 22:19
İdman
05 Dekabr 21:48
Xəbər lenti
05 Dekabr 21:37
YAP xəbərləri
05 Dekabr 21:36
Xəbər lenti
05 Dekabr 21:18
Elm
05 Dekabr 20:58
Elm
05 Dekabr 20:32
Sosial
05 Dekabr 20:17
YAP xəbərləri
05 Dekabr 20:16
İdman
05 Dekabr 19:51
Sosial
05 Dekabr 19:36
İqtisadiyyat
05 Dekabr 19:12
Hərbi
05 Dekabr 18:48
Siyasət
05 Dekabr 18:21
YAP xəbərləri
05 Dekabr 17:29
YAP xəbərləri
05 Dekabr 17:26
YAP xəbərləri
05 Dekabr 17:25
YAP xəbərləri
05 Dekabr 17:25
Sosial
05 Dekabr 17:15
Xəbər lenti
05 Dekabr 17:08
Sosial
05 Dekabr 16:52
Xəbər lenti
05 Dekabr 16:31
İdman
05 Dekabr 16:08
Sosial
05 Dekabr 15:45
YAP xəbərləri
05 Dekabr 15:35
Gündəm
05 Dekabr 15:27
Sosial
05 Dekabr 15:27