Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür
05.10.2024 [09:40]
Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir.
AZƏRTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, bu il Beynəlxalq Müəllimlər Günü “Müəllimlərin səslərinin qiymətləndirilməsi: təhsil sahəsində yeni ictimai razılaşmaya doğru” mövzusuna həsr olunub.
Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalıb. Təsadüfi deyil ki, ötən il Azərbaycan müəllimlərinin XVI qurultayı Ümummilli Liderin 100 illik yubileyinə həsr edilib. Xatırladaq ki, qurultay iştirakçılarına Prezident İlham Əliyevin təbrik məktubunda müəllim peşəsinin ictimai nüfuzunun möhkəmləndirilməsi və müəllim fəaliyyətinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığı qeyd olunub.
Azərbaycanda təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər müəllim nüfuzunu daha da yüksəldib.
Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Ölkəmizdə təhsil müəssisələrinin yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha bilikli yetişməsinə hesablanıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin tikintisi və təmiri davam edir.
Respublikamızın digər regionlarında da məktəb tikintisi və təmiri həyata keçirilir. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla onların daha keyfiyyətli təhsil almasına şərait yaradır. Məktəblərin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.
Qeyd edək ki, ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb.
Dördüncü ildir ki, Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq bayram edir. 2024-2025-ci tədris ilində müəllimlərimiz Şuşa, Xankəndi və Xocalı şəhərlərinin ümumtəhsil müəssisələrində tədrisə başlayıblar. Bununla yanaşı, ali təhsil pilləsi üzrə Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayıb.
Xatırladaq ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib. Bu müharibədə 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri müxtəlif dərəcəli medallarla təltif edilib.
Bu gün ölkəmizin ümumtəhsil müəssisələrində 150 min 800 müəllim fəaliyyət göstərir. Onlardan 37 min 182 nəfəri ibtidai sinif müəllimidir.
Son illər həyata keçirilən sertifikatlaşdırma prosesi müəllimləri davamlı peşəkar inkişafa təşviq edərək təhsil ictimaiyyətində ömürboyu öyrənmə mədəniyyətinin inkişafına töhfə verir. 2022-2023-cü illərdə sertifikatlaşdırma prosesindən 32 minə yaxın müəllim uğurla keçib. Cari ildə təşkil olunan sertifikatlaşdırılma prosesinin müsahibə mərhələsi davam edir. 2024-2025-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən, 4641 müəllim yeni tədris ilindən etibarən müddətsiz müqavilə əsasında əmək fəaliyyətinə başlayıb. 1644 nəfər isə müddətli müqavilə ilə vakansiya seçimində uğur qazanaraq çalışmaq imkanı əldə edib.
Xəbər lenti
Hamısına baxElanlar
06 Dekabr 17:25
İqtisadiyyat
06 Dekabr 17:09
YAP xəbərləri
06 Dekabr 16:59
YAP xəbərləri
06 Dekabr 16:50
Sosial
06 Dekabr 16:01
Mədəniyyət
06 Dekabr 15:16
Dünya
06 Dekabr 15:00
İdman
06 Dekabr 14:50
Xəbər lenti
06 Dekabr 14:29
YAP xəbərləri
06 Dekabr 14:27
Dünya
06 Dekabr 14:06
Hərbi
06 Dekabr 13:40
Sosial
06 Dekabr 13:09
Sosial
06 Dekabr 12:29
İqtisadiyyat
06 Dekabr 12:25
Siyasət
06 Dekabr 12:03
Gündəm
06 Dekabr 12:01
Sosial
06 Dekabr 11:59
İqtisadiyyat
06 Dekabr 11:57
Siyasət
06 Dekabr 10:39
MEDİA
06 Dekabr 10:26
Siyasət
06 Dekabr 10:26
Sosial
06 Dekabr 10:21
Sosial
06 Dekabr 10:20
Hadisə
06 Dekabr 10:13
İqtisadiyyat
06 Dekabr 10:12
Siyasət
06 Dekabr 10:12
Analitik
06 Dekabr 09:56
Siyasət
06 Dekabr 09:39
İqtisadiyyat
06 Dekabr 09:14
Analitik
06 Dekabr 08:59
Maraqlı
06 Dekabr 08:37
Yeni texnologiyalar
06 Dekabr 08:12
Siyasət
06 Dekabr 07:54
Siyasət
06 Dekabr 07:33
İqtisadiyyat
05 Dekabr 23:58
Xəbər lenti
05 Dekabr 23:43
Maraqlı
05 Dekabr 23:12
Xəbər lenti
05 Dekabr 22:57
İqtisadiyyat
05 Dekabr 22:36
Elm
05 Dekabr 22:19
İdman
05 Dekabr 21:48
Xəbər lenti
05 Dekabr 21:37
YAP xəbərləri
05 Dekabr 21:36
Xəbər lenti
05 Dekabr 21:18
Elm
05 Dekabr 20:58
Elm
05 Dekabr 20:32
Sosial
05 Dekabr 20:17
YAP xəbərləri
05 Dekabr 20:16
İdman
05 Dekabr 19:51
Sosial
05 Dekabr 19:36
İqtisadiyyat
05 Dekabr 19:12
Hərbi
05 Dekabr 18:48
Siyasət
05 Dekabr 18:21
YAP xəbərləri
05 Dekabr 17:29
YAP xəbərləri
05 Dekabr 17:26
YAP xəbərləri
05 Dekabr 17:25
YAP xəbərləri
05 Dekabr 17:25
Sosial
05 Dekabr 17:15
Xəbər lenti
05 Dekabr 17:08
Sosial
05 Dekabr 16:52
Xəbər lenti
05 Dekabr 16:31
İdman
05 Dekabr 16:08
Sosial
05 Dekabr 15:45
YAP xəbərləri
05 Dekabr 15:35
Gündəm
05 Dekabr 15:27
Sosial
05 Dekabr 15:27
Gündəm
05 Dekabr 14:27
Gündəm
05 Dekabr 14:26
Sosial
05 Dekabr 13:19