Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

05.10.2024 [13:06]

Azərbaycan cüdoçusu Kənan Nəsibov Tacikistanın paytaxtı Düşənbə şəhərində gənclər arasında keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, 100 kiloqramdan yuxarı çəkidə mübarizə aparan idmançı yarımfinalda Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağı altında çıxış edən Arsen Kadjayevə ipponla qalib gəlib. O, qızıl medal uğrunda qarşılaşmada Denis Batçayevlə (IJF) üz-üzə gələcək.

100 kiloqram çəki dərəcəsində çıxış edən Əjdər Bağırov isə yarımfinalda özbəkistanlı Muhammadsodik Sodikova uduzub. O, bürünc medal görüşündə iranlı Ali Reza Niksereştlə qarşılaşacaq.

Qeyd edək ki, hələlik bu dünya çempionatında Azərbaycan millisinin aktivində bir medal var. Ötən gün Süleyman Şükürov (81 kiloqram) 3-cü yeri tutub.

Paylaş:
Baxılıb: 338 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

YAP xəbərləri

MEDİA

Bakıda ilk dəfə...

07 Noyabr 09:51

Mədəniyyət

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30