/ / XİN: Ermənistan XİN rəsmisinin bu ölkənin sülhsevər mövqeyi ilə bağlı açıqlamaları manipulyasiyadır
XİN: Ermənistan XİN rəsmisinin bu ölkənin sülhsevər mövqeyi ilə bağlı açıqlamaları manipulyasiyadır
05.10.2024 [14:09]
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin bütün vasitələrlə hücum silahları ilə təchiz olunan, konstitusiyasında və digər hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarını davam etdirən Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır.
Maraqlıdır ki, indi də Ermənistan XİN-in mətbuat katibi Ermənistan Konstitusiya Məhkəməsinin Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyalarının birgə fəaliyyətini tənzimləyən reqlamentin Ermənistan konstitusiyasına uyğunluğu barədə bu yaxınlarda qəbul etdiyi qərara onların konstitusiyasında “qonşularına qarşı ərazi iddialarının mövcud olmadığının” “təsdiqi” kimi istinad edir.
Bu iddiaya dair faktları yoxlayarkən, Ermənistan tərəfinin hələ 2010-cu ilin yanvarında Türkiyə ilə münasibətlərinin normallaşdırılmasına dair protokolların onun konstitusiyasına uyğunluğu ilə bağlı konstitusiya məhkəməsinin qərarının təfərrüatlı şəkildə əsaslandırıldığı zaman qondarma “Qərbi Ermənistan” iddialarından əl çəkmədiyini xatırlamaq kifayətdir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan XİN-in mətbuat katibinin bu ölkənin hərbiləşdirilməsinə bəraət qazandırması və Azərbaycandan iddia olunan təhdidlər barədə söylədiyi fikirlərə dair şərhində yer alıb.
A.Hacızadə, həmçinin qeyd edib: “Eyni məntiq və yanaşma məhkəmənin Azərbaycanla Ermənistan arasında sərhəd komissiyalarının reqlamentinin Ermənistan konstitusiyasına uyğunluğu ilə bağlı 2024-cü il 26 sentyabr tarixli qərarının qəbulu zamanı da tətbiq edilib. Məhkəmə qərarında hazırda Ermənistana məxsus olan rayonların sadalanmasına baxmayaraq, Azərbaycan ərazilərinə iddianı ehtiva edən Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın əks olunduğu preambulanın konstitusiyanın ayrılmaz hissəsi kimi əhəmiyyəti vurğulanıb. Xüsusən də, məhkəmə qərarında preambula və dolayısı ilə Müstəqillik Bəyannaməsi “erməni dövlətçiliyinin əsas prinsipləri” kimi səciyyələndirilib və onların dəyişilməz müddəalar olduğu qeyd edilib ki, bu da Ermənistanın Azərbaycan ərazilərə qarşı iddialarından irəli gələn təhdidi daha da artırır.
Almatı Bəyannaməsi məsələsinə gəlincə, məlumdur ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında 8 dekabr 1991-ci il Sazişində və 1991-ci il 21 dekabr tarixli Alma-Ata Bəyannaməsində nəzərdə tutulan ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmətlə bağlı müddəalarda MDB-yə üzv dövlətlər arasında faktiki sərhədlərin hansı olduğu və ya hər bir dövlətin tərkibinə hansı ərazilərin daxil olması məsələsinə aydınlıq gətirilmir. Beləliklə, Alma--Ata Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz.
Ermənistanın 18 fevral 1992-ci il tarixində MDB-nin yaradılması haqqında sazişi qeyd-şərtlə ratifikasiyasını inkar etmək olmaz. Üstəlik, Ermənistan qeyd-şərtlər etmək niyyətini hələ 26 dekabr 1991-ci il tarixində Ermənistan Ali Soveti MDB-nin yaradılması haqqında sazişə dair Protokolu ratifikasiya edəndə rəsmən bəyan edib. MDB-nin yaradılması haqqında sazişin ratifikasiyasına dair Ali Sovetin 18 fevral 1992-ci il tarixli qərarının 10-cu bəndində aydın şəkildə göstərilir ki, Ermənistan Respublikası qondarma “Dağlıq Qarabağ Respublikasını MDB-yə daxil olmaq hüququ olan müstəqil dövlət hesab edirdi.”
Ali Sovetin bu qərarından sonra Ermənistan heç vaxt “Dağlıq Qarabağı” Azərbaycanın tərkib hissəsi kimi tanımayıb, bu mövqe Ali Sovetin 8 iyul 1992-ci il tarixli Qərarında bir daha təsdiqlənib və Ermənistanın 5 iyul 1995-ci il tarixli Konstitusiyası ilə daha da möhkəmlənib. O zaman qeyd-şərtin müqaviləyə tərəf digər ölkələrin nəzərinə çatdırılmasının zəruri olub-olmaması və Ermənistanın belə tədbir görüb-görmədiyindən asılı olmayaraq, hər hansı bir mühakimə yürütmədən, qeyd-şərtlər Ermənistan qanunvericiliyinin bir hissəsidir və inkar edilə bilməz.
Beləliklə, həmçinin Ermənistanın Almatı Bəyannaməsinə qoşulan zaman konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı artıq mövcud olan iddiasını və onun qeyd-şərtlərini nəzərə alaraq, Ermənistan “Dağlıq Qarabağın” Azərbaycanın tərkib hissəsi kimi tanınmasını istisna edib. Odur ki, Ermənistan öz konstitusiyasına dəyişikliklər edənə və Azərbaycana qarşı iddiasını əks etdirən bütün hüquqi və siyasi aktlardan imtina etməyənə qədər Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur.
Həmçinin Alma-Ata Bəyannaməsinə qoşularkən Ermənistanın Azərbaycana qarşı təcavüz tarixini nəzərə alaraq, “keçmiş Sovet İttifaqının respublikalarının inzibati sərhədləri boyunca bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınması” dedikdə Ermənistanın 1992-ci ildə və indi nə nəzərdə tutduğuna aydınlıq gətirməsinin vaxtı çatıb.
Bütün bunların fonunda və Ermənistan siyasətinin gözlənilməz xarakteri nəzərə alınaraq, kütləvi militarizasiyaya bəraət qazandıran özünümüdafiə hüquqları ilə bağlı arqumentlər həm uydurma, həm də təhlükəlidir.
Bundan əlavə, Ermənistan XİN-in Azərbaycanın COP29-dan guya Ermənistana hücuma hazırlıq məqsədilə “tüstü pərdəsi” kimi istifadə etdiyini iddia edərək, Azərbaycanda COP29-a səfər etməkdən çəkinməyə çağıran yalan dolu təbliğatı təəssüf doğurur.
Erməni tərəfinin bu problemlərə məhəl qoymamaq məntiqi onu göstərir ki, bu ölkə davamlı sülhdə maraqlı deyil və gələcəkdə Azərbaycana qarşı növbəti dəfə təcavüzə başlamaq üçün bu vəziyyəti ehtiyat variant kimi saxlamağa çalışır.
Ermənistan ziddiyyətli bəyanatlardan, təxribat xarakterli addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etdiyini öz fəaliyyəti və real addımları ilə nümayiş etdirməlidir”.
Xəbər lenti
Hamısına baxSiyasət
06 Dekabr 18:36
YAP xəbərləri
06 Dekabr 18:27
Gündəm
06 Dekabr 18:26
Siyasət
06 Dekabr 18:11
Gündəm
06 Dekabr 17:59
İdman
06 Dekabr 17:46
Siyasət
06 Dekabr 17:44
Sosial
06 Dekabr 17:28
Elanlar
06 Dekabr 17:25
İqtisadiyyat
06 Dekabr 17:09
YAP xəbərləri
06 Dekabr 16:59
YAP xəbərləri
06 Dekabr 16:50
Sosial
06 Dekabr 16:01
Mədəniyyət
06 Dekabr 15:16
Dünya
06 Dekabr 15:00
İdman
06 Dekabr 14:50
Xəbər lenti
06 Dekabr 14:29
YAP xəbərləri
06 Dekabr 14:27
Dünya
06 Dekabr 14:06
Hərbi
06 Dekabr 13:40
Sosial
06 Dekabr 13:09
Sosial
06 Dekabr 12:29
İqtisadiyyat
06 Dekabr 12:25
Siyasət
06 Dekabr 12:03
Gündəm
06 Dekabr 12:01
Sosial
06 Dekabr 11:59
İqtisadiyyat
06 Dekabr 11:57
Siyasət
06 Dekabr 10:39
MEDİA
06 Dekabr 10:26
Siyasət
06 Dekabr 10:26
Sosial
06 Dekabr 10:21
Sosial
06 Dekabr 10:20
Hadisə
06 Dekabr 10:13
İqtisadiyyat
06 Dekabr 10:12
Siyasət
06 Dekabr 10:12
Analitik
06 Dekabr 09:56
Siyasət
06 Dekabr 09:39
İqtisadiyyat
06 Dekabr 09:14
Analitik
06 Dekabr 08:59
Maraqlı
06 Dekabr 08:37
Yeni texnologiyalar
06 Dekabr 08:12
Siyasət
06 Dekabr 07:54
Siyasət
06 Dekabr 07:33
İqtisadiyyat
05 Dekabr 23:58
Xəbər lenti
05 Dekabr 23:43
Maraqlı
05 Dekabr 23:12
Xəbər lenti
05 Dekabr 22:57
İqtisadiyyat
05 Dekabr 22:36
Elm
05 Dekabr 22:19
İdman
05 Dekabr 21:48
Xəbər lenti
05 Dekabr 21:37
YAP xəbərləri
05 Dekabr 21:36
Xəbər lenti
05 Dekabr 21:18
Elm
05 Dekabr 20:58
Elm
05 Dekabr 20:32
Sosial
05 Dekabr 20:17
YAP xəbərləri
05 Dekabr 20:16
İdman
05 Dekabr 19:51
Sosial
05 Dekabr 19:36
İqtisadiyyat
05 Dekabr 19:12
Hərbi
05 Dekabr 18:48
Siyasət
05 Dekabr 18:21
YAP xəbərləri
05 Dekabr 17:29
YAP xəbərləri
05 Dekabr 17:26
YAP xəbərləri
05 Dekabr 17:25
YAP xəbərləri
05 Dekabr 17:25
Sosial
05 Dekabr 17:15
Xəbər lenti
05 Dekabr 17:08
Sosial
05 Dekabr 16:52
Xəbər lenti
05 Dekabr 16:31