Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Gürcüstanda ənənəvi “Tbilisoba” bayramı qeyd olunur

Gürcüstanda ənənəvi “Tbilisoba” bayramı qeyd olunur

05.10.2024 [17:57]

Oktyabrın 5-də Gürcüstan paytaxtında ənənəvi “Tbilisoba” bayramı qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Gürcüstanda yaşayan milli azlıqlar paytaxt Tbilisinin müxtəlif küçə və prospektlərində stendlər qurub, milli mədəniyyətlərini nümayiş etdiriblər.

Gürcüstanda yaşayan soydaşlarımız da Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkının yanında, "Meydan" ərazisində iki guşə yaradıblar.

Hər iki guşədə milli mədəniyyətimizin və mətbəximizin nümunələri nümayiş etdirilir.

Buraya gələn qonaqlar samovar çayı ilə şəkərbura və paxlavanın, "Borçalı qatlaması"nın, plovun, qutabların və digər milli təamlarımızın dadına baxırlar. Guşələri ziyarət edənlərə milli mətbəximizin və mədəniyyətimizin tarixi barədə ətraflı məlumat verilib.

Aşıq Nargilə Mehtiyeva Azərbaycan milli mahnılarını ifa edib.

Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, iş adamları da guşələrə baxıb, təşkilatçılara dəstək nümayiş etdiriblər.

Qeyd edək ki, əsası 1979-cu ilin oktyabr ayında qoyulan “Tbilisoba” bayramı zəngin proqramla iki gün davam edəcək.

Bayram çərçivəsində paytaxt Tbilisinin mərkəzində kənd təsərrüfatı, yeyinti sənayesi və yüngül sənaye məhsullarının satış yarmarkası təşkil olunub. Gürcüstanın dövlət və hökumət rəsmiləri bayram tədbiri keçirilən küçə və parkları gəzib, xalqı təbrik ediblər. Bayram günləri çərçivəsində maraqlı konsert proqramı da təşkil olunub.

Paylaş:
Baxılıb: 194 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Mədəniyyət

MEDİA

İqtisadiyyat

Analitik

Qərb mövqeyini dəyişir

06 Dekabr 09:56  

Siyasət

Analitik

Maraqlı

Yeni texnologiyalar

Rəqəmsal siyasət...

06 Dekabr 08:12

Siyasət

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31