Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Cəbrayılda alkoqolsuz içkilərin istehsalı kompleksinə ilkin mərhələdə 35 milyon manat investisiya qoyulacaq

Cəbrayılda alkoqolsuz içkilərin istehsalı kompleksinə ilkin mərhələdə 35 milyon manat investisiya qoyulacaq

05.10.2024 [19:11]

Prezident İlham Əliyev tərəfindən Cəbrayıl şəhərində təməli qoyulan “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksində gələcəkdə 300-ə yaxın sakinin işlə təmin edilməsi nəzərdə tutulur.

“Azərsun Holdinq”in rəsmisi Yalçın Xəlilov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, qazlı və qazsız su, soyuq çay, soyuq qəhvə, limonadlar, təbii meyvə şirəli içkilərin istehsal ediləcəyi müəssisənin illik istehsal gücü 250 milyon PET şüşə, 350 milyon alüminium tənəkə qutu təşkil edəcək. Ölkəmizdən valyuta axınının qarşısının alınmasına töhfə verəcək alkoqolsuz içkilərin istehsalı kompleksi müasirlik və dayanıqlılıq prinsiplərinə uyğun avadanlıqlarla təmin ediləcək.

“Müəssisədə alternativ enerji mənbələrindən istifadə olunacaq. Tam istehsal gücü ilə fəaliyyətə başladıqdan sonra kompleksdə Cəbrayıl şəhərinə qayıdacaq 300-ə yaxın sakinin işlə təmin edilməsi nəzərdə tutulur. Alkoqolsuz içkilərin istehsalı kompleksinin istismara verilməsi üçün ilkin mərhələdə 35 milyon manat həcmində investisiyanın qoyuluşu nəzərdə tutulur”, - deyə o əlavə edib.

Paylaş:
Baxılıb: 172 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Mədəniyyət

MEDİA

İqtisadiyyat

Analitik

Qərb mövqeyini dəyişir

06 Dekabr 09:56  

Siyasət

Analitik

Maraqlı

Yeni texnologiyalar

Rəqəmsal siyasət...

06 Dekabr 08:12

Siyasət

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31