Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Koreyada tələbələr üçün Azərbaycan dili üzrə nitq müsabiqəsi keçirilib

Koreyada tələbələr üçün Azərbaycan dili üzrə nitq müsabiqəsi keçirilib

02.12.2024 [22:35]

Koreyanın Hankuk Xarici Tədqiqatlar Universitetinin Azərbaycan və türk dili departamentinin müəllimi, professor Rövşən İbrahimovun tələbələri Azərbaycan dili üzrə nitq müsabiqəsində iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan və Türkiyənin Koreya Respublikasındakı səfirliklərinin nümayəndələri iştirak edib, qalibləri mükafatlandırıblar.

Müsabiqədə birinci yerə layiq görülən Pe İnxe “Koroğlu” dastanından bəhs edib. O, ağır xəstəlik keçirəndən sonra depressiyaya qapılmasından, dastanın ona ruh yüksəkliyi verməsindən, oxuyub bitirəndən sonra həyata baxışının dəyişməsindən söhbət açıb. İkinci yeri tutan Kim Dabin təhsilinin magistratura pilləsini Azərbaycanda davam etdirmək niyyətində olduğunu və ölkəmizin iqtisadiyyatını daha dərindən öyrənmək istədiyini vurğulayıb. Yarışmanın üçüncü yerinin sahibi Yun Socin isə Azərbaycan voleybolu ilə yaxından maraqlandığını bildirib və bu idman növünün ölkəmizdə inkişafından bəhs edib.

Qeyd edək ki, nitq müsabiqəsi hər ilin dekabrında keçirilir.

Paylaş:
Baxılıb: 223 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Siyasət

Dünya

Ədəbiyyat

Müsahibə

“ULDUZ”UN İŞIĞI

15 Fevral 09:34

MEDİA

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Fevral 08:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28