Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib

Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib

05.12.2024 [16:31]

Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib.

AZƏRTAC xəbər verir ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə "Qadınların sosial həyatda fəal iştirakının təmin edilməsi: çağırışlar və perspektivlər", “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, deputat Azər Allahverənov "Azərbaycanda sosial əhəmiyyətli məsələlərin həllində inklüzivliyin və QHT-lərin rolunun təmin edilməsi", Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli "Azərbaycanda insan hüquqları, qanunvericilik təşəbbüsləri və gender problemlərində QHT-lərin rolu", "İcmaların İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli "Azərbaycan Respublikasında dövlət idarəçiliyinin və insan hüquqlarının qorunmasında ictimaiyyətin iştirakı və QHT-lərin rolu", "Azərbaycanlıların və digər türkdilli xalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyinin sədri İlham İsmayılov "Xaricdə türk dövlətlərinin diaspor təşkilatlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili və prosesdə QHT-lərin rolu" mövzularında təqdimatlar ediblər.

Təqdimatlardan sonra ətraflı müzakirələr aparılıb, Özbəkistan QHT-lərinin sualları cavablandırılıb, təcrübə mübadilələri edilib.

Qeyd edək ki, Forumda iki ölkənin bir sıra QHT-ləri arasında əməkdaşlıq memorandumları imzalanıb.

Paylaş:
Baxılıb: 160 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Siyasət

Dünya

Ədəbiyyat

Müsahibə

“ULDUZ”UN İŞIĞI

15 Fevral 09:34

MEDİA

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Fevral 08:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28