Milli Məclisin iclasında...
14.12.2024 [11:44]
Deputatlar 10 məsələni müzakirə ediblər
Dekabrın 13-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündliyinə 10 məsələ daxil edilib.
Əvvəlcə “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul olunub. Qanun layihəsi 3 fəsil 14 maddədən ibarətdir. 1-ci fəsildə istifadə olunan əsas anlayışların mənaları, qanunun tətbiq dairəsi müəyyən edilib. 2-ci fəsildə mina əleyhinə fəaliyyət sahəsində dövlət siyasətinin istiqamətləri, minatəmizləmə fəaliyyətinin subyektləri və bu fəaliyyətə dair tələblər, təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyətinin xüsusiyyətləri, minatəmizləmə fəaliyyətində keyfiyyətə nəzarət və s. məsələlər öz əksini tapıb. 3-cü fəsildə isə yekun müddəalar müəyyən olunub.
“Diplomatik xidmət haqqında” yeni qanun layihəsi
“Diplomatik xidmət haqqında” yeni qanun layihəsi isə birinci oxunuşda qəbul olunub. Layihə 5 fəsil və 31 maddədən ibarətdir. Layihənin hazırlanması prosesində diplomatik xidmət orqanlarının və həmin orqanlarda xidmət edən əməkdaşların fəaliyyətinin tənzimlənməsi ilə bağlı ehtiyac duyulan məsələlər araşdırılıb. Bununla yanaşı, diplomatik xidmət sahəsində beynəlxalq təcrübə və dövlət qulluğu sahəsində Azərbaycanın normativ-hüquqi aktlarının aidiyyəti normaları öyrənilib. Layihə diplomatik xidmət sahəsinin müasir tələblərə uyğun təşkilini və hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir. Yeni qanun diplomatik xidmətdə tənzimlənməyən aktual məsələlərin həllinə, hüquqi əsasların yenilənməsinə, əməkdaşların hüquq və vəzifələrinin dəqiq müəyyən edilməsinə, rotasiya və beynəlxalq təşkilatlarda fəaliyyət kimi bir sıra mühüm məsələlərin həllinə yönəlib.
Layihəyə əsasən, diplomatik xidməti orqanı əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsi və diplomatik xidmət əməkdaşlarının attestasiyası həyata keçiriləcək. Xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi vəzifələrində xidmət keçən diplomatik xidmət əməkdaşları istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin edilən, müvafiq diplomatik və ya inzibati vəzifədə təqvim ilinin sonunadək azı altı ay daimi xidmət (qulluq) keçən diplomatik xidmət orqanı əməkdaşlarının xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir.
Peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsi, habelə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik vəzifəyə təyin edilən diplomatik xidmət əməkdaşlarının (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik rütbə verilən və xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi vəzifələrində xidmət keçən diplomatik xidmət əməkdaşları istisna olmaqla) attestasiyası keçirilir. Yalnız müvafiq diplomatik vəzifədə azı 1 il daimi xidmət keçən diplomatik xidmət əməkdaşları attestasiyadan keçirilə bilərlər. Diplomatik xidmət əməkdaşlarının attestasiyası 5 ildə 1 dəfədən çox olmayaraq keçirilir və bu zaman onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır.
Qeyd edilənlər nəzərə alınmaqla, diplomatik nümayəndəliklərdə və konsulluqlarda xidmət keçən diplomatik xidmət əməkdaşları rotasiya əsasında geri çağırıldıqdan sonra attestasiyadan keçirilirlər. Diplomatik xidmət əməkdaşlarının attestasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
İclasda Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi də birinci oxunuşda qəbul olunub. Dəyişikliyə əsasən, mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla) və ya fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün elektrik enerjisi doldurucuları yerləşdirilə bilər. Bu dəyişiklik, elektriklə işləyən nəqliyyat vasitələrinin yayılmasını və infrastrukturların uyğunlaşdırılmasını nəzərdə tutur.
Yüksək ixtisaslı miqrantlar üçün yeni güzəştlər müəyyən edilir
Miqrasiya Məcəlləsinə və “Dövlət rüsumu haqqında” Qanuna da dəyişikliklər birinci oxunuşda qəbul olunub. Dəyişikliyə əsasən, yüksəkixtisaslı miqrantlar üçün yeni güzəştlər müəyyən edilir. Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, yüksəkixtisaslı miqrant dedikdə yüksəkixtisaslı mütəxəssislərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə tətbiq edilən proqram çərçivəsində müraciətləri müsbət cavablandırılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər nəzərdə tutulur.
Dövlət rüsumları “e-bildiriş” əsasında ödəniləcək
“Dövlət rüsumu haqqında” Qanuna nəzərdə tutulan dəyişikliklərdə isə “dövlət rüsumlarının elektron idarəedilməsi (e-rüsum)” informasiya sisteminin yaradılması əksini tapır. Layihəyə əsasən, dövlət rüsumu üzrə daxilolmaların dövlət büdcəsinə köçürülməsi üçün “e-bildiriş”in təqdim edilməsi, dövlət rüsumunun hesablanmış daxilolmaları üzrə məlumatların aidiyyəti orqan (qurum) tərəfindən real vaxt rejimində əldə edilməsi, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlərə dair məlumatların qəbulu və aidiyyəti üzrə baxılması, dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə elektron nəzarət və uçot müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçiriləcək.
“e-bildiriş” dövlət rüsumu tutulan hər bir xidmət və hüquqi hərəkət üzrə elektron qaydada tərtib olunan, dövlət rüsumunun dövlət büdcəsinə daxilolmalarının təyinatı üzrə hesablanması və köçürülməsi üçün istifadə olunan və bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə təqdim edilən sənəddir. “e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydaları, “e-bildiriş”in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Layihəyə əsasən, yeni dövlət rüsumları da müəyyənləşir.
İclasda gündəlikdə olan digər qanun layihələri də qəbul olunub.
Spiker Sahibə Qafarova parlamentin növbəti iclasının dekabrın 16-da keçiriləcəyini bildirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
Gündəm
13 Fevral 15:33

İdman
13 Fevral 15:09

Xəbər lenti
13 Fevral 15:01

Siyasət
13 Fevral 14:48

Siyasət
13 Fevral 14:46

Gündəm
13 Fevral 14:10

Sosial
13 Fevral 14:02

İdman
13 Fevral 13:59

Gündəm
13 Fevral 13:35

İqtisadiyyat
13 Fevral 13:32

Dünya
13 Fevral 13:17

Siyasət
13 Fevral 12:54

Sosial
13 Fevral 12:53

Gündəm
13 Fevral 12:49

İqtisadiyyat
13 Fevral 11:38

Siyasət
13 Fevral 11:35

Hadisə
13 Fevral 11:26

Gündəm
13 Fevral 10:56

Siyasət
13 Fevral 10:47

Dünya
13 Fevral 10:33

Siyasət
13 Fevral 10:31

İqtisadiyyat
13 Fevral 10:31

Dünya
13 Fevral 10:29

Sosial
13 Fevral 10:14

Siyasət
13 Fevral 09:55

Dünya
13 Fevral 09:53

Dünya
13 Fevral 09:53

İdman
13 Fevral 09:52

Sosial
13 Fevral 09:51

Dünya
13 Fevral 09:50

İqtisadiyyat
13 Fevral 09:48

Analitik
13 Fevral 09:46

Dünya
13 Fevral 09:36

Ədəbiyyat
13 Fevral 09:12

Dünya
13 Fevral 08:58

Ədəbiyyat
13 Fevral 08:43

MEDİA
13 Fevral 08:31

Sosial
12 Fevral 23:48

Xəbər lenti
12 Fevral 23:36

İdman
12 Fevral 23:12

Sosial
12 Fevral 22:51

Sosial
12 Fevral 22:38

Mədəniyyət
12 Fevral 22:14

Dünya
12 Fevral 21:54

Dünya
12 Fevral 21:38

Sosial
12 Fevral 21:15

Sosial
12 Fevral 20:50

Dünya
12 Fevral 20:35

Sosial
12 Fevral 20:17

Xəbər lenti
12 Fevral 19:57

İqtisadiyyat
12 Fevral 19:38

Sosial
12 Fevral 19:32

İdman
12 Fevral 19:31

Dünya
12 Fevral 19:14

Siyasət
12 Fevral 18:50

Dünya
12 Fevral 18:37

Gündəm
12 Fevral 18:28

YAP xəbərləri
12 Fevral 18:27

YAP xəbərləri
12 Fevral 18:11

YAP xəbərləri
12 Fevral 18:09

Dünya
12 Fevral 18:05

Gündəm
12 Fevral 17:25

Gündəm
12 Fevral 17:15

Gündəm
12 Fevral 17:15

Gündəm
12 Fevral 17:13

Sosial
12 Fevral 17:01

Sosial
12 Fevral 17:00

Dünya
12 Fevral 16:10

Dünya
12 Fevral 15:46

Siyasət
12 Fevral 15:41
