Cənubi Koreya parlamentində Prezidentin impiçmentinə qərar verilib
14.12.2024 [16:21]
Cənubi Koreya parlamentində Prezident Yun Sok Yolun impiçmentinə dair qətnamə qəbul olunub.
AZƏRTAC xəbər verir ki, dekabrın 14-də müxalifətin təklifi ilə məsələ parlamentin plenar iclasına təqdim edilib. İmpiçment 204 səs çoxluğu ilə qəbul olunub. Səsvermə zamanı 85 deputat impiçmentin əleyhinə səs verib, 3 nəfər bitərəf qalıb, 8 səs etibarsız sayılıb. Beləliklə, qısamüddətli hərbi vəziyyətdən sonra yaranmış siyasi xaos fonunda ikinci cəhddə prezidentin impiçmenti parlamentə qəbul olunub. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi parlamentin qərarına baxaraq təsdiqləməlidir.
Plenar iclas gedən vaxt parlamentin binası önündə müxalifətin və ölkə ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə genişmiqyaslı etiraz aksiyası keçirilib.
Qeyd edək ki, Prezident Yun Sok Yol müxalifəti qiyam təşkilinə yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Amma müxalifətin üstünlük təşkil etdiyi parlamentin Prezidentdən hərbi vəziyyətin ləğvi ilə bağlı qətnamənin qəbulundan sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib. Müxalif Demokratiya Partiyası başda olmaqla, müxalifət bununla kifayətlənməyərək Prezidentin impiçmenti prosesinə start verib. Dekabrın 7-də parlamentdə impiçmentin səsə qoyulması hakim partiyanın boykotu səbəbindən yetərsay olmadığı üçün baş tutmamışdı. Belə ki, qanunvericiliyə əsasən, impiçmentin baş tutması üçün 300 yerlik parlamentdə üçdə iki səs çoxluğu (200 səs) təmin olunmalıdır.
Hərbi vəziyyət rejimi ilə əlaqədar başlanmış təhqiqatın gedişində Prezident Yun Sok Yolun ölkədən çıxışına qadağa qoyulub. Prokurorluq hərbi vəziyyət elanı qərarı ilə ölkəni siyasi xaosa salan Prezident Yun Sok Yolu qiyam cəhdində şübhəli şəxs elan edib. Bundan başqa, hərbi vəziyyətlə əlaqədar məsuliyyəti öz üzərinə götürərək istefa verən müdafiə naziri Kim Yonq-Hyun, Milli Polis Agentliyinin baş komissarı Ço Çji Ho və paytaxt polisinin rəisi Kim Bon Şik də saxlanılıb. Yüksəkrütbəli bir neçə hərbçinin ölkədən çıxışına qadağa qoyulub, baş qərargah rəisi vəzifəsindən azad olunub. Dövlət başçısı hərbi vəziyyət böhranından sonra televiziya ilə iki dəfə xalqa müraciət edərək öz qərarını müdafiə edib.
Hərbi vəziyyət elan olunandan bəri ölkənin müxtəlif yerlərində Prezident Yun Sok Yol əleyhinə etiraz aksiyaları keçirilir. Qısamüddətli hərbi vəziyyət rejimindən sonra yaranmış siyasi xaos fonunda Prezident Yun Sok Yolun reytinqi minimuma enib. “Gallup Korea” təşkilatının sonuncu rəy sorğusunun nəticələrinə əsasən dövlət başçısına etimad göstəricisi 11 faizə düşüb. Sorğuda iştirak edənlərin 75 faizi Prezidentin impiçmentini dəstəklədiyini söyləyib.
Xəbər lenti
Hamısına bax
Gündəm
13 Fevral 15:57

Gündəm
13 Fevral 15:56

Gündəm
13 Fevral 15:33

İdman
13 Fevral 15:09

Xəbər lenti
13 Fevral 15:01

Siyasət
13 Fevral 14:48

Siyasət
13 Fevral 14:46

Gündəm
13 Fevral 14:10

Sosial
13 Fevral 14:02

İdman
13 Fevral 13:59

Gündəm
13 Fevral 13:35

İqtisadiyyat
13 Fevral 13:32

Dünya
13 Fevral 13:17

Siyasət
13 Fevral 12:54

Sosial
13 Fevral 12:53

Gündəm
13 Fevral 12:49

İqtisadiyyat
13 Fevral 11:38

Siyasət
13 Fevral 11:35

Hadisə
13 Fevral 11:26

Gündəm
13 Fevral 10:56

Siyasət
13 Fevral 10:47

Dünya
13 Fevral 10:33

Siyasət
13 Fevral 10:31

İqtisadiyyat
13 Fevral 10:31

Dünya
13 Fevral 10:29

Sosial
13 Fevral 10:14

Siyasət
13 Fevral 09:55

Dünya
13 Fevral 09:53

Dünya
13 Fevral 09:53

İdman
13 Fevral 09:52

Sosial
13 Fevral 09:51

Dünya
13 Fevral 09:50

İqtisadiyyat
13 Fevral 09:48

Analitik
13 Fevral 09:46

Dünya
13 Fevral 09:36

Ədəbiyyat
13 Fevral 09:12

Dünya
13 Fevral 08:58

Ədəbiyyat
13 Fevral 08:43

MEDİA
13 Fevral 08:31

Sosial
12 Fevral 23:48

Xəbər lenti
12 Fevral 23:36

İdman
12 Fevral 23:12

Sosial
12 Fevral 22:51

Sosial
12 Fevral 22:38

Mədəniyyət
12 Fevral 22:14

Dünya
12 Fevral 21:54

Dünya
12 Fevral 21:38

Sosial
12 Fevral 21:15

Sosial
12 Fevral 20:50

Dünya
12 Fevral 20:35

Sosial
12 Fevral 20:17

Xəbər lenti
12 Fevral 19:57

İqtisadiyyat
12 Fevral 19:38

Sosial
12 Fevral 19:32

İdman
12 Fevral 19:31

Dünya
12 Fevral 19:14

Siyasət
12 Fevral 18:50

Dünya
12 Fevral 18:37

Gündəm
12 Fevral 18:28

YAP xəbərləri
12 Fevral 18:27

YAP xəbərləri
12 Fevral 18:11

YAP xəbərləri
12 Fevral 18:09

Dünya
12 Fevral 18:05

Gündəm
12 Fevral 17:25

Gündəm
12 Fevral 17:15

Gündəm
12 Fevral 17:15

Gündəm
12 Fevral 17:13

Sosial
12 Fevral 17:01

Sosial
12 Fevral 17:00

Dünya
12 Fevral 16:10
