Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Misli Premyer Liqası: XVII turun açılış matçında qapılara qol vurulmayıb

Misli Premyer Liqası: XVII turun açılış matçında qapılara qol vurulmayıb

14.12.2024 [22:27]

Futbol üzrə Misli Premyer Liqasında XVII tura start verilib.

AZƏRTAC xəbər verir ki, ilk olaraq meydana “Şamaxı” və “Səbail” komandaları çıxıblar. Şamaxı şəhər stadionunda reallaşan görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra bölgə klubu 14 xalla 7-ci, “dənizçilər” isə 9 xalla sonuncu – 10-cu pillədə qalıb.

Günün ikinci qarşılaşmasında turnir cədvəlinin lideri “Araz-Naxçıvan” “Sabah”la üz-üzə gələcək. "Liv Bona Dea Arena"da təşkil olunacaq matç saat 16:30-da start götürəcək.

Naxçıvan təmsilçisi 39 xalla birinci, “bayquşlar” isə 23 xalla 5-ci sıradadır.

Qeyd edək ki, XVII turun digər oyunları dekabrın 15-16-da keçiriləcək.

Paylaş:
Baxılıb: 164 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Siyasət

Analitik

Ədəbiyyat

Ədəbiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28