Azərbaycan və Türkiyənin yeni ortaq hədəfləri
01.02.2025 [11:29]
Mövcud imkanların artırılması, tərəfdaşlığın gücləndirilməsi...
İqtisadiyyat naziri Mikayıl Cabbarovun yanvarın 29-da Türkiyəyə səfəri çərçivəsində keçirilən görüşlərdə iqtisadi əməkdaşlığın prioritet istiqamətləri, bir sıra sahələr üzrə tərəfdaşlığın gücləndirilməsi imkanları müzakirə edilib.
Türkiyənin ticarət naziri Ömər Bolatla müzakirələr zamanı tərəflər Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığının gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, KOB və biznes vahidləri arasında əlaqələrin fəal dəstəklənməsi və investisiyaların təşviqi üzrə ortaq hədəflərə çatmaq üçün mövcud imkanların artırılmasının vacibliyini diqqətə çatdırıblar.
Ticarət dövriyyəsi 6,1 milyard dolları ötməkdədir
2024-cü ilin yekununda Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 6 milyard 130 milyon dollar təşkil edib. Qardaş ölkə, ümumi ticarət portfelində ikinci yerdə qərarlaşıb. Son bir ildə Türkiyənin Azərbaycanın ticarət dövriyyəsində payı 2 faizdən çox artaraq 12,9 faizə yüksəlib.
Türkiyə və Azərbaycanın əsas hədəfi ticarət dövriyyəsinin həcmini 15 milyard dollara qədər yüksəltməkdir. Bu hədəfə çatmaq üçün davamlı tərəflər kompleks tədbirlər həyata keçirir. Həmin tədbirlərdən biri kimi Preferensial Ticarət Sazişi mühüm əhəmiyyət daşıyır. Saziş 15 mal qrupu üzrə tariflərin azaldılması, qeyri-tarif maneələrinin aradan qaldırılması ilə iki ölkə arasındakı idxal-ixrac əməliyyatlarını artıraraq ölkələrin qoyduqları ticarət dövriyyəsi hədəfinə çatmasını sürətləndirəcək və eyni zamanda, sərmayələr üçün yeni axını təmin edəcək. M.Cabbarovla Ö.Bolatın apardığı danışıqlarda Preferensial Ticarət Sazişi çərçivəsində güzəşt tətbiq edilən məhsulların sayının artırılmasının vacibliyinə də toxunulub.Tərəflər yeni stimulların ticarət əlaqələrinin artımını təşviq edəcəyinə əminliyini ifadə ediblər.
Hər ikisi Şərq-Qərb və Orta Dəhlizdə qarşılıqlı əməkdaşlığı möhkəmləndirərək tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirməkdədir.Orta Dəhlizin ən mühüm nəqliyyat axınlarından biri kimi strateji əhəmiyyətini artıran Bakı-Tbilisi-Qars yolunun genişləndirilməsi sayəsində yeni nəqliyyat sxeminin əsas qolu olan Qars-İğdır-Naxçıvan dəmir yolu nəqliyyat şəbəkələrinin inteqrasiyasına səbəb olacaq. Bu dəmir yolu xətti Naxçıvan vasitəsilə Türkiyə və Avropaya çıxış imkanlarını artıracaq. Bu, ticari-iqtisadi dövriyyələrin də həcminin artmasında mühüm rol oynayacaq.
5 illik hədəf: İnvestisiyaları 30 milyard dollara yüksəltmək
İki qardaş ölkə biznes icmaları arasında daha çox layihələrin icrasına və işgüzar münasibətlərin səmərəliliyinə xüsusi diqqət yetirərək qarşılıqlı sərmayələrin yatırılmasında bir sıra institusional və iqtisadi stimullardan, güzəşt alətlərindən də istifadə etməkdədir. Hazırda Türkiyənin Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 12,5 milyard dollar, Azərbaycan şirkətlərinin Türkiyəyə yatırdığı investisiyaların həcmi isə 20 milyard dollara bərabərdir. Sərmayə qoyuluşlarının coğrafiyası çoxşaxəlidir və son illərdə bu tendensiya daha da artıb. Hazırda Türkiyədə 2 minə yaxın Azərbaycan şirkəti çalışır ki, onların bu ölkəyə yönəltdiyi investisiyalar tikinti, nəqliyyat, enerji, neft-kimya, sənaye və digər sahələri əhatə edir. Türkiyənin isə Azərbaycanda 4 mindən çox şirkəti fəaliyyət göstərir ki, onların ölkəmizin iqtisadiyyatına yatırdığı sərmayələr maliyyə, bank, sığorta, rabitə, nəqliyyat, infrastruktur, sənaye, enerji, ticarət, kənd təsərrüfatı, turizm, xidmət və digər sahələrdə cəmləşib.
2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsində əks olunmuş prioritetlər sırasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi nəzərdə tutulub. Şuşa bəyannaməsi investisiyaların şaxələndirilməsi, xüsusilə də azad edilmiş ərazilərə axını üçün yeni yol açan mühüm strateji niyyətdir.
Həmçinin, 2024-cü ilin iyun ayında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” qüvvəyə minib və sənədə əsasən, iki qardaş ölkə arasında qarşılıqlı ticarətin və xarici investisiyaların həcminin artırılması, birgə iqtisadi layihələrin icrasında təşəbbüskarlığın daha da gücləndiriməsi nəzərdə tutulur. Saziş, həmçinin Türkiyə şirkətlərinin azad ərazilərdə investisiya güzəştlərindən və stimullaşdırıcı iqtisadi alətlərdən istifadəsinə də geniş zəmin yaradır. Bu baxımdam türk sərmayəçilərinin Qarabağ və Şərqi-Zəngəzurda investisiya qoyuluşlarına maraqları daha da böyüyür və investisiya gündəliyinin yeni ünvanı kimi azad əraziləri ön plana çəkir. Hədəf yaxın 5 ildə qarşılıqlı sərmayə qoyuluşlarının 2 dəfə artırılması, təkcə Türkiyə şirkətlərinin Azərbaycanda yatırdığı investisiyaların həcminin 25-30 milyard dollara çatdırılmasıdır.
TÜİB-in Qarabağda yeni sərmayə planları
Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın gündəliyində enerji sahəsi xüsusi yer tutur, iki ölkə enerjinin müasir şaxəsi olan “yaşıl enerji” üzrə birgə təşəbbüsləri daha da artırmağı hədəfləyir. Bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, “yaşıl” investisiyaların artırılması və işbirliyi potensialının reallaşdırılması üçün Türkiyə biznes icmasının fəallığının yüksəldilməsi nəzərdə tutulur. İqtisadiyyat nazirinin Türkiyəyə səfəri çərçivəsində Türk şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə bu sahələrə, eyni zamanda, sənaye parklarında yaradılan əlverişli biznes mühitindən yararlanmağa dəvət olunub.
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) hazırladığı yeni sərmayə planına əsasən, Türkiyə şirkətləri azad ərazilərdə qida istehsalı və emalı sahələrinə, yeni zavodların və istehsalat sahələrinin qurulmasına, xidmət sektorlarına investisiya yatırmağı planlaşdırır. Qarabağda enerji təchizatının bərpası və yeni enerji infrastrukturunun qurulması, Günəş və külək enerjisi stansiyalarının inşası, aqrar-sənaye komplekslərinin, sənaye parklarının və istehsalat mərkəzlərinin yaradılması yüksək texnoloji parkların təşkili də sərmayə portfelində əsas yer tutur.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, iki ölkə arasında enerji sahəsində işbirliyi regiona, xüsusilə də Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Türkiyə Azərbaycanla birgə Mərkəzi Asiya-Xəzər-Avropa “yaşıl enerji” kabelinin formalaşmasında fəal tərəfdaşdır və təmiz enerji proqamında əməkdaşlığı daha da möhkəmləndirmək niyyətindədir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
Dünya
24 Aprel 23:47

Dünya
24 Aprel 23:32

YAP xəbərləri
24 Aprel 23:16

Elm
24 Aprel 22:51

YAP xəbərləri
24 Aprel 22:36

Hadisə
24 Aprel 22:16

YAP xəbərləri
24 Aprel 22:00

Dünya
24 Aprel 21:49

İdman
24 Aprel 21:38

YAP xəbərləri
24 Aprel 21:14

Dünya
24 Aprel 21:07

Dünya
24 Aprel 20:56

YAP xəbərləri
24 Aprel 20:41

Siyasət
24 Aprel 20:35

YAP xəbərləri
24 Aprel 20:19

Dünya
24 Aprel 20:06

Sosial
24 Aprel 19:58

YAP xəbərləri
24 Aprel 19:44

Analitik
24 Aprel 19:30

Dünya
24 Aprel 19:27

YAP xəbərləri
24 Aprel 19:14

Dünya
24 Aprel 19:06
YAP xəbərləri
24 Aprel 18:43

Yeni texnologiyalar
24 Aprel 18:33

YAP xəbərləri
24 Aprel 18:20

YAP xəbərləri
24 Aprel 18:18

Dünya
24 Aprel 18:11
YAP xəbərləri
24 Aprel 17:51

Elm
24 Aprel 17:48

Sosial
24 Aprel 17:46

YAP xəbərləri
24 Aprel 17:45

YAP xəbərləri
24 Aprel 17:10

YAP xəbərləri
24 Aprel 17:05

Gündəm
24 Aprel 16:59

YAP xəbərləri
24 Aprel 16:57

YAP xəbərləri
24 Aprel 16:32

YAP xəbərləri
24 Aprel 16:30

Elanlar
24 Aprel 16:28

Sosial
24 Aprel 16:18

Sosial
24 Aprel 16:12

YAP xəbərləri
24 Aprel 16:10

YAP xəbərləri
24 Aprel 15:46

YAP xəbərləri
24 Aprel 15:33

Hadisə
24 Aprel 15:26
YAP xəbərləri
24 Aprel 14:38

YAP xəbərləri
24 Aprel 14:37

YAP xəbərləri
24 Aprel 14:22

YAP xəbərləri
24 Aprel 14:16

YAP xəbərləri
24 Aprel 13:57

YAP xəbərləri
24 Aprel 13:44

YAP xəbərləri
24 Aprel 12:53

Elm
24 Aprel 12:40

YAP xəbərləri
24 Aprel 12:21

YAP xəbərləri
24 Aprel 12:20

YAP xəbərləri
24 Aprel 12:15

Gündəm
24 Aprel 11:42

Hadisə
24 Aprel 11:38

Dünya
24 Aprel 10:56

Siyasət
24 Aprel 10:55

İqtisadiyyat
24 Aprel 10:54

İqtisadiyyat
24 Aprel 10:51

YAP xəbərləri
24 Aprel 10:17

İdman
24 Aprel 10:08

Dünya
24 Aprel 10:07

Gündəm
24 Aprel 10:03
.jpg&width=120)
Siyasət
24 Aprel 09:57

İqtisadiyyat
24 Aprel 09:43

İqtisadiyyat
24 Aprel 09:35

Siyasət
24 Aprel 09:24

Ədəbiyyat
24 Aprel 09:11
