Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Moldova Dnestryanıya təbii qazın tədarükünə başlayıb

Moldova Dnestryanıya təbii qazın tədarükünə başlayıb

01.02.2025 [22:17]

Fevralın 1-də “Moldovaqaz” şirkəti Dnestryanıya ilk həcmdə 3 milyon kubmetr təbii qazın tədarükünə başlayıb.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu, Ukrayna ərazisindən Rusiya qaz tranzitinin başa çatmasından sonra ilk tədarükdür. “Moldovaqaz” ASC-nin rəhbəri Vadim Çeban bildirib ki, tədarüklər təzyiqi saxlamaq üçün qaz çatışmazlığı yaşayan Dnestryanı qaz sistemini doldurmağa yönəlib.

Tədarüklər Avropa İttifaqının maliyyə yardımı çərçivəsində həyata keçirilir. Əsasnaməyə əsasən, dövlət tədarükçüsü olan “Energocom” təbii qazın nəqlini “Tiraspoltransgaz” MMC ilə razılaşdırılmış tədarük qrafiki əsasında təmin edəcək.

Moldova Fövqəladə Hallar Komissiyasının açıqlamasında deyilir ki, "Energocom” bazar şəraitində Avropa İttifaqı və yaxud Ukraynadakı səlahiyyətli ticarət platformalarından 20 milyon avro dəyərində təbii qaz alacaq.

Paylaş:
Baxılıb: 172 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

YAP xəbərləri

YAP xəbərləri

Tarixi təşəbbüs

24 Aprel 18:43

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30