Viktor Orban Aİ-nin sammiti ilə bağlı təəssüratlarını bölüşüb
04.02.2025 [15:07]
Dünən, fevralın 3-də Brüsseldə Prezident Donald Trampın andiçmə mərasimindən sonra Avropa İttifaqının (Aİ) ilk sammiti baş tutub. AZƏRTAC xəbər verir ki, burada iştirak edən Macarıstanın Baş naziri Viktor Orban Avropa liderlərinin Zirvə görüşünə münasibətini bildirib. “Qəribə görüş idi. Brüsseldə hər kəs “Tramp tornadosu”nun gəldiyini görür, lakin onların əksəriyyəti hələ də ondan qurtula biləcəklərini düşünür”, -deyə Macarıstanın Baş naziri “Facebook” sosial şəbəkəsindəki paylaşımında yazıb.
Orbanın sözlərinə görə, Aİ-yə üzv dövlətlərin başçılarının gözləntiləri yanlışdır. O bildirib: “On dörd gündə Donald Tramp artıq bir neçə tədbir görərək dünyanı alt-üst etdi. Amerika gender çılğınlığından, Sorosun qlobalist təşkilatlarının maliyyələşməsindən, qeyri-qanuni miqrasiyadan və Rusiya-Ukrayna müharibəsinə dəstəkdən qurtulub. Başqa sözlə desək, Tramp Brüssel bürokratlarının son bir neçə ildə boğazımızdan keçirməyə çalışdıqları hər şeyə son qoydu”. Macarıstan hökumətinin başçısı əlavə edib ki, hələ bu, ABŞ Prezidentinin görəcəyi işlərin hamısı deyil.
Macarıstanın Baş naziri vurğulayıb: “Biz qlobal ticarətin indiyədək bildiyimiz qaydaları ilə də vidalaşa bilərik. Prezident Tramp Avropanın etirazlarına baxmayaraq, Amerikanın maraqlarını müdafiə edəcək. Avropa İttifaqını və Brüsseldəki bürokratları çətin aylar gözləyir”.
Orban qeyd edib ki, ayrı-ayrılıqda Avropa dövlətləri və bütövlükdə Aİ-nin ABŞ-la iqtisadi əlaqələri saxlaması üçün yeni razılaşmaya ehtiyac var. Əsl sövdələşmə yalnız bir-birini tanıyanlar deyil, həm də qarşılıqlı hörmət mövqeyində dayananlar arasında bağlana bilər.
O bildirib: “Prezident Trampın qayıdacağını bilirdik, ona görə də buna hazır idik. Biz ABŞ-ın yeni administrasiyası ilə mütəmadi danışıqlar aparırıq və yaxşı sövdələşmələr əldə edirik”. Orban fikirlərinin sonunda Aİ-yə istehza etməkdən də vaz keçməyib: “İndi Brüsselin öz aşına tökdüyü qaşığına çıxır”.
Xəbər lenti
Hamısına bax
Hadisə
23 Aprel 23:25

İdman
23 Aprel 22:34

Siyasət
23 Aprel 21:54

YAP xəbərləri
23 Aprel 21:16

YAP xəbərləri
23 Aprel 20:59

Hadisə
23 Aprel 20:50

Siyasət
23 Aprel 20:28

İdman
23 Aprel 19:42

Dünya
23 Aprel 19:18

Xəbər lenti
23 Aprel 19:03

YAP xəbərləri
23 Aprel 18:59

İqtisadiyyat
23 Aprel 18:54

Dünya
23 Aprel 18:23

Xəbər lenti
23 Aprel 17:48

Dünya
23 Aprel 16:33

Dünya
23 Aprel 15:53

Gündəm
23 Aprel 15:50

Gündəm
23 Aprel 15:49

Gündəm
23 Aprel 14:51

Dünya
23 Aprel 14:36

Dünya
23 Aprel 14:33

Analitik
23 Aprel 14:22

Sosial
23 Aprel 14:13

Xəbər lenti
23 Aprel 14:01

Siyasət
23 Aprel 13:08

İdman
23 Aprel 12:49

Gündəm
23 Aprel 11:57

Sosial
23 Aprel 11:57

Hadisə
23 Aprel 11:41

Gündəm
23 Aprel 11:27

Gündəm
23 Aprel 11:14

İqtisadiyyat
23 Aprel 11:00

Analitik
23 Aprel 10:59

Müsahibə
23 Aprel 10:56

Gündəm
23 Aprel 10:50

İqtisadiyyat
23 Aprel 10:49

Sosial
23 Aprel 10:44

İqtisadiyyat
23 Aprel 10:32

Siyasət
23 Aprel 10:12

Siyasət
23 Aprel 09:56

Sosial
23 Aprel 09:49

İqtisadiyyat
23 Aprel 09:37
.jpg&width=120)
Dünya
23 Aprel 09:25

Analitik
23 Aprel 09:11

Dünya
23 Aprel 08:54

Ədəbiyyat
23 Aprel 08:47

Dünya
23 Aprel 08:35

Dünya
23 Aprel 08:23

MEDİA
23 Aprel 08:10

Gündəm
23 Aprel 07:12

İqtisadiyyat
22 Aprel 23:41

İdman
22 Aprel 23:19

Sosial
22 Aprel 22:54

Xəbər lenti
22 Aprel 22:26

İdman
22 Aprel 21:49

Dünya
22 Aprel 21:14

İqtisadiyyat
22 Aprel 20:52

Sosial
22 Aprel 20:24

İdman
22 Aprel 19:43

Dünya
22 Aprel 19:28

YAP xəbərləri
22 Aprel 18:59

YAP xəbərləri
22 Aprel 18:43

YAP xəbərləri
22 Aprel 17:53

Elm
22 Aprel 17:42

YAP xəbərləri
22 Aprel 17:23

YAP xəbərləri
22 Aprel 16:28

İdman
22 Aprel 16:20

YAP xəbərləri
22 Aprel 15:56

Gündəm
22 Aprel 15:55

YAP xəbərləri
22 Aprel 15:32
