Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyinə məqalə həsr olunub

Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyinə məqalə həsr olunub

04.02.2025 [16:36]

Görkəmli müğənni, bəstəkar, ictimai və dövlət xadimi Polad Bülbüloğlunun 80 illik yubileyi münasibətilə yazıçı, publisist, “Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fəxri oxucusu Nüşabə Məmmədli “Bir ömrün rəngarəng dünyası” adlı məqalə qələmə alıb.

Mərkəzi Kitabxanadan AZƏRTAC-a bildirilib ki, müəllif məqalədə Polad Bülbüloğlunun Azərbaycan mədəniyyətinə, estrada musiqisinin inkişafına və ictimai fəaliyyətinə verdiyi töhfələri vurğulayıb. O, sənətkarın yalnız müğənni və bəstəkar kimi deyil, həm də mədəniyyət naziri və səfir kimi gördüyü işlərdən bəhs edib.

Məqalədə qeyd olunur ki, Polad Bülbüloğlu öz sənəti ilə estrada musiqisinə yenilik gətirib, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına böyük töhfə verib. Müəllif onun mədəniyyət naziri olduğu dövrdə kitabxanaların müasirləşdirilməsi və mədəniyyət sahəsində həyata keçirilən mühüm islahatlara da diqqət çəkib.

Məqalə ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Paylaş:
Baxılıb: 169 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Mədəniyyət

Analitik

MEDİA

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30