Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “SİMA İmza” herrac.gov.az portalına inteqrasiya edilib

“SİMA İmza” herrac.gov.az portalına inteqrasiya edilib

04.02.2025 [19:34]

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imza “Elektron Hərrac Portalı”na inteqrasiya olunub.

“AzInTelecom”dan AZƏRTAC-a bildirilib ki, inteqrasiya nəticəsində herrac.gov.az portalında keçirilən elektron hərraclarda protokolların “SİMA İmza” mobil tətbiqi sayəsində məsafədən imzalanması mümkün olub.

Vətəndaşlar portala daxil olduqdan sonra məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan avtomobil, mənzil, qeyri-yaşayış sahəsi, fərdi yaşayış evi və s. satışı ilə bağlı hərraclarda iştirak edə bilərlər. Hərrac başa çatdıqdan sonra tərəflər qanunla müəyyən edilmiş müddətdə protokolu “SİMA İmza” ilə imzalayırlar. Protokol imzalandıqdan sonra bu barədə hərrac iştirakçılarına elektron bildiriş göndərilir.

Xatırladaq ki, buna qədər vətəndaşların herrac.gov.az portalına digital.login vahid giriş sistemi üzərindən “SİMA İmza” ilə girişi təmin edilmişdi. Sonuncu inteqrasiya sayəsində isə hərrac prosesində təqdim olunan protokolların heç yerə getmədən, sürətli, rahat və etibarlı şəkildə “SİMA İmza” ilə imzalanması təmin olunub.

Paylaş:
Baxılıb: 151 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

YAP xəbərləri

YAP xəbərləri

Tarixi təşəbbüs

24 Aprel 18:43

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30