Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Donald Tramp Şahzadə Harrini deport etməyəcəyini açıqlayıb

Donald Tramp Şahzadə Harrini deport etməyəcəyini açıqlayıb

09.02.2025 [13:21]

ABŞ Prezidenti Donald Tramp Şahzadə Harrinin ölkədən deportasiya edilməyəcəyini bəyan edib.

AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, “Heritage Foundation” adlı mühafizəkar beyin mərkəzi Şahzadə Harrinin ABŞ vizası ilə bağlı sənədlərinin araşdırılmasını tələb edir. Onlar iddia edirlər ki, Şahzadə Harri ya immiqrasiya sənədlərində yalan danışıb, ya da Bayden administrasiyası ona xüsusi güzəştlər edib.

Lakin D. Tramp bununla bağlı heç bir addım atmayacağını bildirib: “Mən onu rahat buraxacağam. Onun artıq həyat yoldaşı ilə kifayət qədər problemi var”,- deyə Prezident qeyd edib.

ABŞ Prezidenti daha əvvəl də Meqan Markl haqqında tənqidi fikirlər səsləndirib və Şahzadə Harrinin onun tərəfindən idarə olunduğunu deyib.

“Heritage Foundation”ın məhkəmədə irəli sürdüyü iddialar Şahzadə Harrinin “Spare” adlı memuarında yeniyetmə yaşlarında kokain və marixuanadan istifadə etdiyini etiraf etməsinə əsaslanır.

Paylaş:
Baxılıb: 153 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

YAP xəbərləri

YAP xəbərləri

Tarixi təşəbbüs

24 Aprel 18:43

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30