Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün bərpası yalnız sülh yolu ilə mümkündür

İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün bərpası yalnız sülh yolu ilə mümkündür

09.02.2025 [23:46]

“Gürcüstanın ərazi bütövlüyünün bərpası yalnız sülh yolu ilə mümkündür və bunun alternativi yoxdur”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, Gürcüstanın ərazi bütövlüyü ümummilli əhəmiyyət kəsb edən məsələdir. Biz öz milli maraqlarımızı qorumalıyıq, lakin Gürcüstan hökumətinin məsələyə baxışı qətiyyətlə sülhpərvərdir.

Baş nazir deyib ki, Gürcüstanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınır və təbii ki, bu baxımdan öz milli maraqlarını qorumalıdırlar: “Ölkəmizin ərazi bütövlüyünün bərpası yalnız sülh yolu ilə mümkündür və bunun alternativi yoxdur. Ümid edirik ki, nə vaxtsa bunun həyata keçirilməsi reallaşacaq”.

Rusiya ilə münasibətlərə toxunan Kobaxidze deyib: “Gürcüstan hökuməti Rusiyaya qarşı praqmatik siyasət aparır və Rusiyanın Abxaziyanın və Tsxinvali regionunun qondarma müstəqilliyini tanıması səbəbindən indi diplomatik münasibətləri bərpa etməyin vaxtı deyil. Lakin biz Rusiya ilə ticarət-iqtisadi əlaqələri saxlayırıq və Rusiya Federasiyasına qarşı praqmatik siyasətimiz belə davam edəcək”.

Paylaş:
Baxılıb: 261 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

YAP xəbərləri

MEDİA

Bakıda ilk dəfə...

07 Noyabr 09:51

Mədəniyyət

Sosial

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30