Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sarayevoda hava çirkliliyi təhlükəli səviyyədədir

Sarayevoda hava çirkliliyi təhlükəli səviyyədədir

11.02.2025 [15:04]

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda hava çirkliliyi həssas əhali qrupları üçün təhlükəli səviyyəyə yüksəlib.

AZƏRTAC xəbər verir ki, mərkəzi ofisi İsveçrədə yerləşən “IQAir” hava keyfiyyəti texnologiyası şirkətinin məlumatına görə, Sarayevo fevralın 11-də dünyada ən yüksək hava çirkliliyinin ölçüldüyü şəhərdir. Belə ki, şəhərdə havanın keyfiyyət indeksi 213 olaraq qeydə alınıb. Sarayevo havanın keyfiyyət indeksinə görə təhlükəli və qeyri-sağlam olaraq təsnif edilib.

Hava çirkliliyi ilə əlaqədar ürək və tənəffüs orqanlarının xəstəlikləri olan insanlara vacib olmadığı təqdirdə evdən bayıra çıxmamaq tövsiyə olunub.

Mütəxəssislərin fikrincə, sənaye obyektləri, nəqliyyat, tullantıların yandırılması və fərdi istilik sistemləri şəhərdə havanın çirklənməsinin ən böyük səbəblərindəndir.

Paylaş:
Baxılıb: 143 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30