Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Malayziyada qaz kəmərində yanğın nəticəsində 112 nəfər yaralanıb

Malayziyada qaz kəmərində yanğın nəticəsində 112 nəfər yaralanıb

01.04.2025 [14:36]

Malayziyada qaz kəmərində baş verən yanğın nəticəsində 112 nəfər xəsarət alıb, onlardan 63-ü xəstəxanaya yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Hadisə Malayziyanın paytaxtı Kuala-Lumpur yaxınlığındakı Puçonq rayonunda baş verib. Yerli vaxtla saat 8:23-də təcili yardım çağırışı alan yanğınsöndürənlər hazırda alovla mübarizəni davam etdirirlər. Hadisə nəticəsində azı 49 evə ziyan dəydiyi bildirilir.

Magistral boru kəməri bağlanıb və yanğın orada qalan qaz tamamilə yandıqdan sonra söndürüləcək.

Malayziyanın Baş naziri Ənvər İbrahim ştat hökumətinə və aidiyyəti qurumlara təxliyə edilmiş zərərçəkənlərə adekvat yardım göstərməyi tapşırıb.

Paylaş:
Baxılıb: 241 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Sosial

Sosial

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Yanvar 08:30  

YAP xəbərləri

Müstəqillik uğrunda

16 Yanvar 21:40

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31