Budapeştdəki Zirvə görüşünün siyasi və iqtisadi mənzərəsi
23.05.2025 [23:12]
Macarıstanın paytaxtı Budapeşt mayın 21-də bir daha tarixə şahidlik etdi. Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü türk dünyasının geosiyasi qlobal güc kimi formalaşmaqda olduğunu nümayiş etdirdi. Bu görüş yalnız bir diplomatik hadisə deyil, həm də ortaq mədəni yaddaşın və strateji hədəflərin real platforması oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu görüşdəki çıxışı isə həm təşkilata, həm də bütövlükdə türkdilli ölkələr arasında əlaqələrə verilən strateji önəmin aydın təzahürü idi. “Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir”, – deyə Prezident Əliyevin sözləri təşkilat daxilində davamlılıq, həmrəylik və siyasi iradənin möhkəmləndiyini göstərir. Bu cür zirvə görüşlərinin siyasi çəkisi ilk növbədə Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artması ilə ölçülür. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, Macarıstanın təşkilatla əməkdaşlığı və müstəqil siyasəti, təşkilatın Avropada dayaq nöqtəsi tapmasına şərait yaradır. Azərbaycan-Macarıstan münasibətləri bu baxımdan nümunəvidir: “Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır.” Eyni zamanda, Prezidentin Qırğızıstanın TDT-yə sədrliyini yüksək qiymətləndirməsi və Bakıda keçiriləcək rəsmi Zirvə görüşünə dəvəti, təşkilatın daxili ritmini təmin edən siyasi nəzakət və həmrəylik ənənəsinin davamıdır. Cənab Prezident İlham Əliyevin çıxışının önəmli hissəsi bir də iqtisadi əməkdaşlıq və regional logistik sistemlərin qurulması ilə bağlı idi. Təsadüfi deyil ki, dövlət başçısı 2024-cü ildə Türkiyənin və Mərkəzi Asiya dövlətlərinin Azərbaycan ərazisindən keçən tranzit yüklərinin 11 milyon tona çatdığını diqqətə çatdırdı. Bu, yalnız statistik göstərici deyil – bu, Orta Dəhlizin funksionallığının real nəticəsidir. Azərbaycan son illər ərzində nəqliyyat infrastrukturlarına etdiyi böyük sərmayələrlə türk dünyasına ortaq xidmət göstərən logistik qovşağa çevrilmişdir: “Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.” Orta Dəhlizin rəqəmsallaşdırılması, Xəzər dənizində vahid rəqəmsal platforma yaradılması və Bakı gəmiqayırma zavodunda tikilən 10 yeni gəmi – bütün bunlar təkcə Azərbaycanın deyil, türk dünyasının tranzit imkanlarını genişləndirmək məqsədinə xidmət edir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 25 milyon tona çatdırılması isə regional ticarətin mərkəzinin harada olduğunu artıq sual altında qoymur. Zirvə görüşünün daha bir mühüm müzakirə mövzusu Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı oldu. Cənab Prezident İlham Əliyev bu tədbirin yalnız ekoloji deyil, eyni zamanda diplomatik uğur olduğunu belə ifadə etdi: “Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu.” 77 min iştirakçı, 197 ölkə, 70-dən artıq dövlət və hökumət başçısı – bu, təkcə tədbirin miqyası deyil, həm də Azərbaycanın və onun liderliyinin qlobal etimad göstəricisidir. Üstəlik, cənab Prezidentin vurğuladığı kimi, karbon bazarlarının tənzimlənməsi və yeni maliyyə hədəfinin müəyyən edilməsi kimi mühüm nəticələr də məhz Bakıda əldə olundu. COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan liderləri tərəfindən imzalanan yaşıl enerji üzrə strateji saziş türk dövlətləri üçün yaşıl gələcəyə doğru ilk böyük addımlardan biridir: “Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır.” Budapeştdə keçirilmiş qeyri-rəsmi Zirvə görüşü bir daha sübut etdi ki, türk dövlətləri ortaq tarixlərini, ortaq maraqlarını və ortaq gələcəyini eyni xəttə birləşdirməyi bacarıblar. Cənab Prezident İlham Əliyevin liderliyində Azərbaycan bu prosesin həm ideya müəllifi, həm də praktik icraçısı kimi çıxış edir. TDT artıq yalnız mədəni kimlik platforması deyil – o, qlobal iqtisadi sistemə inteqrasiya edə biləcək, siyasi çəkisini artıran və regional sabitliyə töhfə verən bir birlikdir. Budapeşt Zirvəsi bu həqiqətin təntənəli və bariz nümunəsi oldu.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

