YAP Gəncə şəhər təşkilatında “Heydər Əliyev məktəbi” adlı layihəyə uğurla başa çatıb
23.05.2025 [17:01]
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında Ulu Öndər, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği məqsədi ilə təşkil olunan “Heydər Əliyev məktəbi” adlı layihəyə uğurla başa çatıb.
Layihədə dinləyici qismində Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Tibb Kolleci, Gəncə Regional Kolleci və Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin gənc əməkdaşları olmaqla ümumilikdə 45 nəfər iştirak edir. Beş gün ərzində davam edən “Heydər Əliyev məktəbi” adlı layihədə millət vəkilləri, universitet rektorları və idarə rəhbərləri iştirakçılarla görüşüb müxtəlif mövzularda seminarlar keçiriblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Heydər Əliyev və dövlət quruculuğu”, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov “Heydər Əliyev və YAP”, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Pərvin Kərimzadə “Heydər Əliyev və Azərbaycanda gender siyasəti”, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, dosent Zəfər Qurbanov “Heydər Əliyev və Azərbaycanın Aqrar siyasətində islahatlar”, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Musa Quliyev “Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının banisidir”, AMEA-nın Gəncə bölməsinin direktoru, akademik Fuad Əliyev “Gəncə şəhərinin tarixində, mədəniyyətində və inkişafında Heydər Əliyev izi”, Azərbaycan Texnologiya Universitetinin rektoru, dosent Yaşar Ömərov “Dövlət gənclər siyasəti, gənclərin təhsilində və inkişafında dövlət dəstəyi”, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov “Heydər Əliyev və Müasir Azərbaycan Təhsilində yeniliklər”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov “Ümummilli lider Heydər Əliyev irsində islam dəyərləri və tolerantlıq”, Gəncə Tibb Kollecinin direktoru, əməkdar həkim Mehman Rzayev “Heydər Əliyev və Azərbaycan səhiyyəsinin dircəliş dönəmi” mövzusu ilə dinləyicilər qarşında çıxış ediblər. İnteraktiv formada sual-cavab şəklində keçən seminarlar dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Seminarlarda bildirilib ki, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Seminarlarda o da xüsusi ilə vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib.
Sonda iştirakçılar fəxri fərmanla təltif olunublar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 Yanvar 10:14
Analitik
16 Yanvar 09:55
İqtisadiyyat
16 Yanvar 09:30
Dünya
16 Yanvar 09:11
Analitik
16 Yanvar 08:51
MEDİA
16 Yanvar 08:34
Gündəm
16 Yanvar 08:10
Dünya
15 Yanvar 23:19
Hadisə
15 Yanvar 22:50
YAP xəbərləri
15 Yanvar 22:32
Dünya
15 Yanvar 22:16
Dünya
15 Yanvar 21:57
Sosial
15 Yanvar 21:34
YAP xəbərləri
15 Yanvar 21:23
YAP xəbərləri
15 Yanvar 21:18
Mədəniyyət
15 Yanvar 20:49
YAP xəbərləri
15 Yanvar 20:35
Dünya
15 Yanvar 20:13
İdman
15 Yanvar 19:58
YAP xəbərləri
15 Yanvar 19:45
Dünya
15 Yanvar 19:30
YAP xəbərləri
15 Yanvar 19:11
YAP xəbərləri
15 Yanvar 18:36
Dünya
15 Yanvar 16:45
Xəbər lenti
15 Yanvar 16:34
İqtisadiyyat
15 Yanvar 16:32
Hadisə
15 Yanvar 16:21
YAP xəbərləri
15 Yanvar 16:18
Sosial
15 Yanvar 15:39
YAP xəbərləri
15 Yanvar 15:31
Hadisə
15 Yanvar 15:29
Elm
15 Yanvar 15:26
İqtisadiyyat
15 Yanvar 15:24
Siyasət
15 Yanvar 15:23
Sosial
15 Yanvar 15:22
Siyasət
15 Yanvar 15:21
İqtisadiyyat
15 Yanvar 15:20
Sosial
15 Yanvar 15:07
Siyasət
15 Yanvar 15:03
YAP xəbərləri
15 Yanvar 14:49
Sosial
15 Yanvar 14:40
Sosial
15 Yanvar 14:36
YAP xəbərləri
15 Yanvar 14:34
Dünya
15 Yanvar 14:31
Sosial
15 Yanvar 14:28
Sosial
15 Yanvar 14:02
Dünya
15 Yanvar 13:54
Gündəm
15 Yanvar 13:21
Dünya
15 Yanvar 13:20
Dünya
15 Yanvar 12:47
YAP xəbərləri
15 Yanvar 12:38
İqtisadiyyat
15 Yanvar 12:25
Sosial
15 Yanvar 12:25
İqtisadiyyat
15 Yanvar 12:18
Hadisə
15 Yanvar 12:16
İqtisadiyyat
15 Yanvar 12:15
Hərbi
15 Yanvar 11:53
Dünya
15 Yanvar 11:48
Dünya
15 Yanvar 11:48
Sosial
15 Yanvar 11:47
YAP xəbərləri
15 Yanvar 11:40
Sosial
15 Yanvar 11:28
İqtisadiyyat
15 Yanvar 11:13
Siyasət
15 Yanvar 10:58
YAP xəbərləri
15 Yanvar 10:49
İqtisadiyyat
15 Yanvar 10:45
İqtisadiyyat
15 Yanvar 10:36
Analitik
15 Yanvar 10:12
Siyasət
15 Yanvar 09:55
Analitik
15 Yanvar 09:33

