4 iyun - “Məmmədəmin”in qiyamı”idi...
05.06.2025 [17:41]
Dünya praktikasında qəbul olunmuş gerçəklik bundan ibarətdir ki, hər bir dövlətin siyasi stabilliyi onun iqtisadi-sosial sabitliyinə söykənir, iqtisadi idarəetmə arzuolunmaz həddə çatdıqda iqtisadi tənəzzül başlayır və sonda siyasi idarəetmə də itirilir. Bu baxımdan 1993-cü ildə hakimiyyətdə olmuş AXC-Müsavat iqtidarının hakimiyyətini itirməsi heç bir halda siyasi-hərbi qiyamın nəticəsi kimi əsaslandırıla bilməz. Hakimiyyətin itirilməsinin ən başlıca amili iqtisadi fəlakətdən doğan çağırış, milli valyuta-maliyyə sisteminin üsyankarlığının nəticəsi idi. Bunu həmin dövrün iqtisadi mənzərəsini qısaca xatırlatmaqla, əsil real vəziyyət haqqında təsəvvür yaratmağa çalışaq.
1993-cü ildə Azərbaycanda siyasi-iqtisadi-sosial durum acınacaqlı halda idi. 1989-1991-ci illərdə ümumi daxili məhsulun (ÜDM) istehsalı hər il 5,7 faiz azalırdısa, 1992-1993-cü illərdə bu rəqəm 100 faizlərlə ölçülürdü. ÜDM-in mənfi saldosu 3,8 dəfəyə, yəni 380 faizə çatmışdı. Sənaye və kənd təsərrüfatı istehsalının sürətli tənəzzülü, ölkənin qızıl-valyuta ehtiyatlarının tükənməsi, bank sisteminin sıradan çıxmaq həddinə çatması ağır sosial-iqtisadi durumun siqnalları idi.
İqtisadi tənəzzül dövrü adlandırılan 1991-1993-cü illərdə aparılan sistemsiz iqtisadi islahatlar maliyyə-bank sistemini tamamilə iflic vəziyyətə salmışdı. Büdcə kəsirinin ÜDM-ə nisbəti 1993-cü ildə 13 faizə çatmış, büdcə kəsirinin Milli Bank tərəfindən maliyyələşdirilməsi isə pul kütləsinin həddindən çox artmasına səbəb olmuşdu, bu da inflyasiyanı daha da sürətləndirirdi. Nizamsız pul emissiyası əhalinin pul gəlirinin hər il 40-45 faiz itirilməsinə səbəb olurdu. Milli Bankın faiz dərəcələrini 250 faizə çatdırması isə bank-kredit sistemini darmadağın etdi. 1992-ci ildə tədavülə buraxılmış milli valyuta - manat tezliklə qiymətdən düşməyə başladı və 1993-cü ilədək onun məzənnəsi Rusiya rubluna nisbətdə 10-12 dəfə, ABŞ dollarına nisbətdə isə 245 dəfə aşağı düşdü. 1993-cü ilədək ölkə iqtisadiyyatına bir manat da olsun belə xarici sərmayə qoyulmadı.
İnflyasiya özünün pik səviyyəsinə çataraq hiperinflyasiya həddinə yüksəldi. 1992-ci ilin əvvəlində inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 1012 faiz, ilin ortalarında isə özünün ən yüksək həddinə, hiperinflyasiya mərhələsinə - 1765 faizə çatmışdı.
Xatırlatdığımız dövrdə sürətlə cərəyan edən proseslər əhalinin güzəranının daha da ağırlaşmasına səbəb olmuşdu. 1991-1993-cü illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüşdü. 1991-ci ildən başlayaraq 3 il ərzində əhalinin əməkhaqqı isə 5,7 dəfə azalmışdı.
Beləliklə, mövcud mənzərə ölkə iqtisadiyyatının idarəolunmaz vəziyyətə düşdüyünü, maliyyə sisteminin və onun başlıca atributu olan manatın süqutunun təkzibolunmaz təsdiqi idi. 1992-ci ilin avqustunda tədavülə buraxılmış milli valyutanın - manatın maliyyə sisteminə qarşı üsyanı, öz immunitetini itirərək milli dözümsüzlüyünün və təslimçiliyinin etirafı, milli pulun qiyam aktı idi.
Bu, dikbaş və həmin iqtidarın özünün yemlədiyi korrupsiyalaşmış polkovniki Surət Hüseynovun paytaxtdan uzaqda başlatdığı qiyam deyil, ölkənin hər kv.sm-ni bürüyən “iqtisadi epidemiyanın” son akkordu olan, dəyər və etibarını itirmiş milli valyutanın - “Məmmədəmin”in qiyamı idi.
Nəticədə, xalqın total sosial etirazları, iqtisadi inqilab və manatın süqutunun həmrəyliyi 1993-cü il qiyamının legitimliyini tam təmin etdi.
Yeri gəlmişkən, bu cür anologiyanı həmin dövrdə bir sıra ölkələrin hakimiyyət dəyişiklikləri fonunda da görmək mümkündür. Belə ki, 1993-cü ildə ən yüksək inflyasiya şoku yaşayan ölkələrdən biri olan Braziliyada iqtisadi böhranın partlayış həddinə çatması siyasi hakimiyyətin itirilməsi ilə nəticələndi. Həmin dövrdə iqtidarda olan İtamar Frankonun yarıtmaz idarəçiliyi sənaye istehsalı və milli gəlirlərin kəskin azalmasını sürətləndirməklə illik inflyasiyanı 2700 faizə yaxınlaşdırdı. Nəticədə, 1993-cü ildə xalq üsyanı hakimiyyətin
Fernando Kardosoya keçməsinə səbəb oldu.
Oxşar ssenariləri ötən əsrin ortalarında Konqo, Nikaraqua, Zimbabve, keçmiş Yuqoslaviya ölkələrində tez-tez dəyişən hökumət böhranları fonunda da görə bilərik.
Yekun olaraq, 1993-cü il hadisələri Surət Hüseynovun başlatdığı qiyam nəticəsində baş verən hakimiyyət dəyişikliyi kimi deyil, iqtisadi dirənişin, 1700 faizlik inflyasiya təzyiqləri altında boğulan maliyyə sisteminin və hörmətdən düşmüş milli valyutanın - “Məmmədəmin”in qiyamından doğan AXC-Müsavat iqtidarının “dəfni” kimi səciyyələndirilməlidir.
M.Məhəmməd
Xəbər lenti
Hamısına baxSiyasət
12 Fevral 11:15
Siyasət
12 Fevral 10:53
İqtisadiyyat
12 Fevral 10:35
Analitik
12 Fevral 10:18
Siyasət
12 Fevral 09:56
Ədəbiyyat
12 Fevral 09:31
Xəbər lenti
12 Fevral 09:24
Analitik
12 Fevral 09:14
Sosial
12 Fevral 08:57
MEDİA
12 Fevral 08:32
Gündəm
12 Fevral 08:11
Dünya
12 Fevral 07:57
Dünya
11 Fevral 23:12
Dünya
11 Fevral 22:49
Siyasət
11 Fevral 22:34
Dünya
11 Fevral 22:28
İdman
11 Fevral 21:50
Sosial
11 Fevral 21:37
Dünya
11 Fevral 21:19
Dünya
11 Fevral 20:43
Müsahibə
11 Fevral 20:25
İqtisadiyyat
11 Fevral 20:10
Dünya
11 Fevral 19:51
Dünya
11 Fevral 19:30
Dünya
11 Fevral 19:17
Dünya
11 Fevral 18:53
Sosial
11 Fevral 18:52
Siyasət
11 Fevral 18:31
Siyasət
11 Fevral 18:31
Siyasət
11 Fevral 17:25
Analitik
11 Fevral 17:25
Gündəm
11 Fevral 17:23
Dünya
11 Fevral 17:12
YAP xəbərləri
11 Fevral 17:05
Siyasət
11 Fevral 16:58
YAP xəbərləri
11 Fevral 16:46
Hadisə
11 Fevral 16:42
Siyasət
11 Fevral 16:39
Dünya
11 Fevral 16:37
Dünya
11 Fevral 15:52
Sosial
11 Fevral 15:23
Siyasət
11 Fevral 15:21
Siyasət
11 Fevral 15:20
Xəbər lenti
11 Fevral 14:35
Hadisə
11 Fevral 14:34
İqtisadiyyat
11 Fevral 14:33
İqtisadiyyat
11 Fevral 14:33
Sosial
11 Fevral 14:32
Siyasət
11 Fevral 14:20
Dünya
11 Fevral 14:18
İqtisadiyyat
11 Fevral 14:09
Xəbər lenti
11 Fevral 13:38
Gündəm
11 Fevral 12:42
Elanlar
11 Fevral 12:21
Siyasət
11 Fevral 11:45
Siyasət
11 Fevral 11:43
Gündəm
11 Fevral 11:34
İqtisadiyyat
11 Fevral 11:32
Sosial
11 Fevral 11:13
Sosial
11 Fevral 10:59
Siyasət
11 Fevral 10:46
Siyasət
11 Fevral 10:42
Siyasət
11 Fevral 10:35
Mədəniyyət
11 Fevral 10:17
Analitik
11 Fevral 09:53
Ədəbiyyat
11 Fevral 09:30
Müsahibə
11 Fevral 09:14
Sosial
11 Fevral 08:51
Sosial
11 Fevral 08:38
Gündəm
10 Fevral 23:33

