Qaradağda “Milli Qurtuluşdan Böyük Zəfərə” mövzusunda dəyirmi masa keçirilib
13.06.2025 [11:41]
İyunun 12-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar YAP Qaradağ rayon təşkilatının və Mərkəzin birlikdə təşkil etdiyi “Milli Qurtuluşdan Böyük Zəfərə” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Əməkdar jurnalist, yazıçı-publisist Etibar Babayev, Xalq rəssamı Arif Hüseynov, Qaradağ rayon İcra Hakimiyyətinin şöbə müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, YAP Qaradağ rayon təşkilatının və Mərkəzin əməkdaşları, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin Lökbatan qəsəbəsi Heydər Əliyev parkında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq bu dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildiriblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev iştirakçıları salamlayıb, qonaqları təqdim edib. 15 İyun - Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu vurğulayan YAP Qaradağ rayon təşkilatının sədri qeyd edib ki, həmin vaxt Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətimizi itirmək təhlükəsindən, xaosdan, vətəndaş qarşıdurmasından, qonşu Ermənistan tərəfindən ərazilərimizin işğalının davam etməsindən xilas edib. Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində Azərbaycan xalqının başına gətirilən böyük faciələrin Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasından sonra baş verdiyini xatırladan YAP rayon təşkilatının sədri məhz Ulu öndərin hakimiyətə qayıdışından sonra bütün bunlara son qoyulduğunu bildirib.
Tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin şöbə müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov keçmiş Sovet İttifaqının dağılmasından sonra baş verən mürəkkəb proseslər, Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası barədə xatirələrini bölüşüb.
Əməkdar jurnalist, tanınmış yazıçı-publisist Etibar Babayev müəlifi olduğu və qardaş Türkiyə Respublikasında nəşr olunmuş “Heydər Əliyev xatirələr işığında” kitabı haqqında mlumat verib. Uzun illər Ulu öndərin rəhbərliyi altında çalışdığını xatırladan Etibar Babayev bu dahi şəxsiyyətin dövlət idarəçiliyində öz məktəbini yaratdığını, bu məktəbin yetriməsi olmaqdan qürur duyduğunu xüsusi vurğulayıb. O qeyd edib ki, Ümummilli lider Heydər Əliyev kimi şəxsiyyətlərin doğum günü olsa da, ölüm günü olmur, çünki belə şəxsiyyətlər nəhəng fəaliyyətləri ilə məxsus olduqları xalqların tarixi yaddaşında əbədi iz qoyurlar.
Sonra Ulu öndərin zəngin dövlətçilik fəaliyyətndən bəhs edən “Milli Qurtuluşdan Böyük Zəfərə” adlı videoçarx nümayiş etdirilib.
Tədbirdə digər çıxış edənlər: Xalq rəssamı Arif Hüseynov, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Şəhid Türkay Hüseynlinin atası, şair Nizami Hüseynli, Qaradağ rayon İcra Hakimiyyətinin şöbə müdiri Həsrət Almasov, Şəhid anası Rəqibə Seyidova, ABŞ Psixoloqlar Assosiasiysının üzvü Rəna Haqverdiyeva və başqaları Milli Qurtuluş Gününün müasir Azərbaycan tarixində tutduğu yer, Ulu öndərin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra çox qısa müddətdə ölkəmizi hərc-mərclikdən, xaosdan xilas etməsindən, erməni işğalına son qoymasından, iqtisadi tərəqqini təmin edən və xalqımızı firavan həyat yoluna çıxaran islahatlarından ətraflı bəhs ediblər.
Sonra Yeni Azərbaycan Partiyasına qəbul edilən gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Sonda Heydər Əliyevin büstü önündə xatirə fotosu çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
09 Mart 23:38
Dünya
09 Mart 22:33
Sosial
09 Mart 21:51
Dünya
09 Mart 21:49
Dünya
09 Mart 20:41
Siyasət
09 Mart 20:14
Gündəm
09 Mart 19:31
Dünya
09 Mart 19:23
Dünya
09 Mart 18:36
Siyasət
09 Mart 18:02
Hadisə
09 Mart 17:18
Siyasət
09 Mart 16:56
Hərbi
09 Mart 16:54
Siyasət
09 Mart 16:53
Dünya
09 Mart 16:34
Siyasət
09 Mart 16:26
Siyasət
09 Mart 15:44
Sosial
09 Mart 15:22
Siyasət
09 Mart 15:15
Hadisə
09 Mart 14:43
Dünya
09 Mart 13:42
Sosial
09 Mart 13:20
Dünya
09 Mart 12:25
İqtisadiyyat
09 Mart 12:14
Elm
09 Mart 11:48
Dünya
09 Mart 11:31
Sosial
09 Mart 10:22
Dünya
09 Mart 10:19
Elm
09 Mart 09:22
Dünya
09 Mart 08:35
Dünya
09 Mart 08:12
Gündəm
08 Mart 23:54
Dünya
08 Mart 23:26
Xəbər lenti
08 Mart 22:39
Siyasət
08 Mart 21:13
Hadisə
08 Mart 20:43
Dünya
08 Mart 19:22
Siyasət
08 Mart 18:49
Dünya
08 Mart 18:35
YAP xəbərləri
08 Mart 17:27
Dünya
08 Mart 17:20
Dünya
08 Mart 16:42
Sosial
08 Mart 15:27
Dünya
08 Mart 14:19
Diaspor
08 Mart 13:32
Elm
08 Mart 12:40
Dünya
08 Mart 11:28
Dünya
08 Mart 10:21
Dünya
08 Mart 09:50
Dünya
08 Mart 09:17
Dünya
08 Mart 08:49
Sosial
08 Mart 08:22
Sosial
08 Mart 08:21
Dünya
08 Mart 07:56
Dünya
08 Mart 07:51
Dünya
08 Mart 07:34
Siyasət
08 Mart 00:59
Sosial
07 Mart 23:23
Hadisə
07 Mart 23:17
Siyasət
07 Mart 22:44
Sosial
07 Mart 22:37
Gündəm
07 Mart 22:16
Siyasət
07 Mart 21:34
Gündəm
07 Mart 21:33
Siyasət
07 Mart 21:23
Gündəm
07 Mart 20:42
Siyasət
07 Mart 20:41
Dünya
07 Mart 19:20
Siyasət
07 Mart 18:56
Dünya
07 Mart 18:35

