Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Çexiya kibertəhlükəsizlik tədbirlərini gücləndirir

Çexiya kibertəhlükəsizlik tədbirlərini gücləndirir

13.06.2025 [20:02]

Bu gün Çexiya Senatı tərəfindən təsdiq edilmiş “Kibertəhlükəsizlik haqqında” Qanun layihəsi dövlət təhlükəsizliyinə təhdid yaradan texnologiyalardan istifadəni qadağan etməyə imkan verir.

AZƏRTAC xəbər verir ki, yeni qaydalar dövlətə texnologiya tədarük edən şirkətlərin hərtərəfli yoxlamadan keçirilməsini nəzərdə tutur.

Qanuna görə, yalnız kritik infrastrukturun ən mühüm seqmentləri üçün təchizat zəncirləri xüsusi yoxlamaya məruz qalmalıdır. Amma hökumətin müəyyən növ texnologiyaların istifadəsinə mümkün qadağanı genişləndirmək hüququ var. Məhz Nazirlər Kabineti strateji xidmət növlərini müəyyən edir və təkcə texnologiya təchizatçılarının deyil, həm də onların gəldiyi ölkələrin təhlükəsizlik səviyyəsini qiymətləndirir.

Tənzimləmə yuxarıda qeyd olunan “Kibertəhlükəsizlik haqqında” Qanunun əhatə etdiyi səlahiyyət çərçivəsinin və konkret şəxslərin əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur.

Paylaş:
Baxılıb: 216 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Sosial

Sosial

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Yanvar 08:30  

YAP xəbərləri

Müstəqillik uğrunda

16 Yanvar 21:40

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31