/ / Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir
Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir
07.12.2025 [22:31]
Azərbaycanda növbəti dəfə olmaq mənim üçün böyük şərəfdir. Bu, ölkənizə ilk gəlişim deyil. Təxminən beşinci, ya altıncı dəfədir ki, Azərbaycana səfər edirəm. Azərbaycan 2024-cü ilin dekabr ayında D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olduqdan sonra misilsiz fəallıq, ardıcıl təşəbbüskarlıq və yüksəksəviyyəli öhdəlik nümayiş etdirir. Xüsusilə qeyd etməliyəm ki, Azərbaycan təşkilatımızın fəaliyyətinə yeni dinamizm, institusional çeviklik və əhəmiyyətli dərəcədə canlanma gətirib.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam deyib.
Qısa müddət ərzində Azərbaycanın bir-birindən əhəmiyyətli və strateji xarakterli tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdıran Baş katib fikirlərinə belə davam edib: "Bu dəfə biz D-8 Gənclər Dialoqu çərçivəsində bir araya gəlmişik. Səkkiz aydan az bir zaman ərzində bütün bu tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi Azərbaycanın təşəbbüskarlığının, təşkilatçılıq bacarığının və quruma verdiyi strateji əhəmiyyətin bariz nümunəsidir. Azərbaycan bu dövrdə təşkilatımızın qlobal səviyyədə tanınmasını, institusional nüfuzunu və beynəlxalq platformalardakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Mən 2022-ci ildə vəzifəyə başladığım zaman təşkilatın beynəlxalq tanınma səviyyəsi məhdud idi. Nigeriya, Misir və ya Banqladeş kimi üzv dövlətlərdə insanlara D-8 barədə sual ünvanladıqda, çox az adam bu qurumun fəaliyyəti və məqsədləri haqqında məlumatlı idi. Bu gün isə D-8 həm üzv ölkələrdə, həm də daha geniş beynəlxalq ictimaiyyət arasında tanınan, müzakirə edilən və fəaliyyətləri ilə diqqət çəkən bir təşkilata çevrilib. Bu dönüşümün əldə edilməsində Azərbaycanın rolu xüsusilə qeyd olunmalıdır. Əlbəttə, digər üzv dövlətlərin də töhfəsi var, lakin Azərbaycanın təşkilata qoşulduğu vaxtdan etibarən nümayiş etdirdiyi liderlik, təşəbbüskarlıq və prinsipial mövqe tam təqdirəlayiqdir.
Gənclər Dialoqu yüksək təşkilatçılıq səviyyəsi, geniş iştirakçılıq formatı və qəbul edilən nəticələri ilə son dərəcə uğurlu bir platforma kimi qiymətləndirilə bilər. Bu gün qəbul olunan hərtərəfli, strateji baxışları əks etdirən və gələcək əməkdaşlıq üçün yol xəritəsi xarakteri daşıyan D-8 Bakı Gənclər Bəyanatı bu uğurun ən mühüm göstəricilərindən biridir. Üzv dövlətlərin tam və fəal iştirakı isə bu prosesin əhəmiyyətini, inklüzivliyini və təsir gücünü bir daha təsdiq edir. Ümidvaram ki, Bəyanat yaxın zamanda ictimaiyyətə təqdim olunacaq. Çünki sənədin məzmunu burada əldə olunan nəticələrin mahiyyətini, miqyasını və əhəmiyyətini dolğun şəkildə əks etdirir. Geniş iştirak, yüksək dinamika və konstruktiv müzakirələr məni son dərəcə məmnun edir".
Xəbər lenti
Hamısına baxDünya
11 Fevral 19:30
Dünya
11 Fevral 19:17
Dünya
11 Fevral 18:53
Sosial
11 Fevral 18:52
Siyasət
11 Fevral 18:31
Siyasət
11 Fevral 18:31
Siyasət
11 Fevral 17:25
Analitik
11 Fevral 17:25
Gündəm
11 Fevral 17:23
Dünya
11 Fevral 17:12
YAP xəbərləri
11 Fevral 17:05
Siyasət
11 Fevral 16:58
YAP xəbərləri
11 Fevral 16:46
Hadisə
11 Fevral 16:42
Siyasət
11 Fevral 16:39
Dünya
11 Fevral 16:37
Dünya
11 Fevral 15:52
Sosial
11 Fevral 15:23
Siyasət
11 Fevral 15:21
Siyasət
11 Fevral 15:20
Xəbər lenti
11 Fevral 14:35
Hadisə
11 Fevral 14:34
İqtisadiyyat
11 Fevral 14:33
İqtisadiyyat
11 Fevral 14:33
Sosial
11 Fevral 14:32
Siyasət
11 Fevral 14:20
Dünya
11 Fevral 14:18
İqtisadiyyat
11 Fevral 14:09
Xəbər lenti
11 Fevral 13:38
Gündəm
11 Fevral 12:42
Elanlar
11 Fevral 12:21
Siyasət
11 Fevral 11:45
Siyasət
11 Fevral 11:43
Gündəm
11 Fevral 11:34
İqtisadiyyat
11 Fevral 11:32
Sosial
11 Fevral 11:13
Sosial
11 Fevral 10:59
Siyasət
11 Fevral 10:46
Siyasət
11 Fevral 10:42
Siyasət
11 Fevral 10:35
Mədəniyyət
11 Fevral 10:17
Analitik
11 Fevral 09:53
Ədəbiyyat
11 Fevral 09:30
Müsahibə
11 Fevral 09:14
Sosial
11 Fevral 08:51
Sosial
11 Fevral 08:38
Gündəm
10 Fevral 23:33
Dünya
10 Fevral 23:20
Dünya
10 Fevral 22:50
Dünya
10 Fevral 22:17
Gündəm
10 Fevral 22:04
Dünya
10 Fevral 21:46
Dünya
10 Fevral 21:24
Dünya
10 Fevral 21:16
Sosial
10 Fevral 20:52
Siyasət
10 Fevral 20:49
İqtisadiyyat
10 Fevral 20:36
Siyasət
10 Fevral 20:18
Dünya
10 Fevral 20:18
Gündəm
10 Fevral 20:12
Dünya
10 Fevral 19:45
Siyasət
10 Fevral 19:45
Siyasət
10 Fevral 19:44
Siyasət
10 Fevral 19:33
Dünya
10 Fevral 19:21
Dünya
10 Fevral 19:10
YAP xəbərləri
10 Fevral 18:40
Gündəm
10 Fevral 18:25
Gündəm
10 Fevral 18:23
Siyasət
10 Fevral 18:06

