İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var
06.05.2026 [15:14]
Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq getdikcə genişlənir. Bu istiqamətdə əlaqələr bir sıra sahələri əhatə etsə də, öndə enerji tərəfdaşlığıdır. Məlumdur ki, İtaliya xeyli vaxtdır Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşlarından birinə çevrilib, bu sahədə ikinci yerdədir. Son illərin ən möhtəşəm meqalayihələrindən olan "Cənub qaz dəhlizi"nin axırıncı məntəqəsi də məhz İtaliyadır. Yəni bu dəhliz Azərbaycandan başlayaraq Gürcüstanın,Türkiyənin, Yunanıstanın, Albaniyanın ərazisindən və Adriatik dənizinin altından 3500 kilometr yol keçərək İtaliya torpağına çatır və orada ölkənin qaz nəqliyyatı şəbəkəsi ilə birləşir. "Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri) ölkələrimiz arasında enerji əməkdaşlığını möhkəmləndirən vacib amildir. Bu kəmər 2020-ci il dekabrın 31-dən qaz nəql edir və İtaliyanın enerji təhlükəsizliyinə öz töhfəsini verir. Təkcə keçən il TAP-la İtaliyaya 10 milyard kubmetr qaz ixrac olunub. Ümumilikdə isə "Cənub qaz dəhlizi" ilə İtaliyaya 50 milyard kubmetrə yaxın qaz nəql edilib. Azərbaycanla Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Bu həcmin Avropaya ixrac edilməsində "Cənub qaz dəhlizi"nin ayrılmaz hissəsi - TAP-ın da rolu böyük olacaq. Onu da deyək ki, indi bu dəhliz yeni interkonnektorlarla şaxələnir və nəticədə Azərbaycandan qaz alan ölkələrin də sayı getdikcə artır.
25-28 sentyabr 1997-ci ildə Prezident Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri dövlətlər arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Həmin səfər zamanı Heydər Əliyev İtaliya prezidenti, baş naziri və digər hakimiyyət nümayəndələri ilə görüşüb. İtaliya rəhbərləri Azərbaycan Prezidenti ilə söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bildiriblər. Sonrakı illərdə İtaliya müxtəlif dövlət orqanlarının təmsilçiləri Azərbaycana səfər ediblər. Tərəflər arasında aparılan danışıqlar və müzakirələr nəticəsində bir çox sahələrdə tərəfdaşlıq məqsədilə müqavilələr bağlanıb.
Mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata bəyanatında bu səfərin Azərbaycan-İtaliya dostluq əlaqələrinin inkişafına növbəti töhfə olacağına əminliyini bildirib. Qeyd edilib ki, Azərbaycan və İtaliya strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə ölkələrimiz arasında strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanıb.
Hazırda iki ölkə arasında siyasi əlaqələr ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələri də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi “Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq”.
Qeyd edilib ki, İtaliya bazarı ölkəmiz üçün çox maraqlıdır. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Görüşlərdə bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunub.
Bildirilib ki, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. İtaliya işgüzar dairələri Azərbaycanda böyük məbləğdə sərmayələr qoyur, həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edirlər. Hazırda ölkəmizdə İtaliyanın 130-a yaxın şirkəti fəaliyyət göstərir. O cümlədən, işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir.
Azərbaycan-İtaliya əməkdaşlığının digər mühüm istiqamətlərindən biri də humanitar və mədəni əlaqələrdir. Bu əlaqələr iqtisadi əməkdaşlığın möhkəmlənməsinə əlavə stimul verir. İtaliya mədəniyyəti və incəsənəti Azərbaycanda böyük maraqla qarşılanır, eyni zamanda Azərbaycan mədəniyyəti də İtaliyada təbliğ olunur. Bu qarşılıqlı mədəni yaxınlaşma iki xalq arasında dostluq münasibətlərinin daha da dərinləşməsinə xidmət edir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50

