Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Süni intellekt əsaslı startaplar

Süni intellekt əsaslı startaplar

10.06.2026 [10:39]

“Solurius” startapı ilk yerli platforma kimi kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verməkdədir

Azərbaycanda rəqəmsal iqtisadiyyatın müasir atributlarından biri olan startap ekosistemi biznes ideyalarının mükəmməl aləti kimi öz imkanlarını artırmaqdadır. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin yeni rəqəmsal texnologiyaların tətbiqində verdiyi dəstək, o cümlədən startap platformasına motivasiyaları da yeni biznes nəslinin formalaşmasında mühüm rol oynayır. Startap ailəsi yaxın xarici tərəfdaşları ilə süni intellekt və maşınların öyrənilməsi, əşyaların interneti və şəhər transformasiyası, rəqəmsal ticarət və iqtisadiyyat platformaları ilə sıx əməkdaşlıq edərək iqtisadiyyatın rəqəmsallaşmasına da töhfə verirlər.

Bu günlərdə Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumunda Azərbaycanın ilk yerli startapın kibermaarifləndirmə və fişinq simulyasiya platforması olan “Solurius” təqdim edilib. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) üzvü, “CYBERSIGN” MMC-nin direktoru Elvin Axundov bildirib ki, “Solurius” fişinq hücumlarına qarşı hazırlıq səviyyəsinin ölçülməsi və insan faktorundan yaranan risklərin idarə olunması istiqamətində mühüm yer tutur. Bu platforma müasir rəqəmsal texnologiya həllərini təmin etməklə kibertəhlükəsizlik ekosisteminin inkişafına, bilik və təcrübə mübadiləsinin genişlənməsinə, eləcə də təşkilatlarda təhlükəsizlik mədəniyyətinin daha da güclənməsinə mühüm töhfə verir.  Ümumilikdə, yerli startap texnologiyaları ölkəmizin rəqəmsal təhlükəsizliyinin təmin olunmasında və kibermüdafiə sistemlərində öz mühüm rolunu artırmaqdadır.

Mövcud vəziyyət onu təsdiqləyir ki, Azərbaycan startapları da öz çeviklikləri, innovativ texnologiyalar (süni intellekt, blokçeyn) tətbiq etmələri ilə kibertəhlükəsizlik sektorunu köklü şəkildə dəyişməyə qadirdir. Milli texnologiya şirkətləri ənənəvi təhlükəsizlik metodlarını yeniləyərək təhdidlərin qarşısını daha erkən almağa imkan yaradır, şübhəli fəaliyyətləri dərhal müəyyən edərək qabaqcadan təhlükələri proqnozlaşdıran sistemlər hazırlayır. Ağıllı cihazların artan zəifliklərinə qarşı yüngül və effektiv qorunma üsulları təqdim edən startaplar bu ekosistemin inkişafına dəstək məqsədilə dövlət və özəl sektor palatformasında birləşir.

Azərbaycanlı startapçılar qlobal investorlar arasında

Azərbaycanlı startapçılar biznes ideyaları, kəşf və bacarıqları ilə artıq qlobal bazarlarda uğurlu investorlar kimi qəbul edilir. Bu motivasiyalar sayəsində son illərdə Azərbaycanın İT və rəqəmsal sektorlarında stratap, süni intellekt və biznes ideyları dünya ölkələrinin stratapları ilə rəqabət aparmağa çalışır. Onların KOBİA, Xəzər-Vençur, Elmin İnkişafı Fondu, Prezident yanında Gənclər Fondu, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasında təmsil olunan bacarıqlı gənc ideya müəllifləri kifayət qədər uğur qanmağa nail olub.

Dünya ölkələrinin innovasiya ekosisteminin təhlilini aparan “StartupGenome” şirkətinin bir müddət əvvəl açıqladığı 2025-ci il üzrə hesabatda Azərbaycan “Asiya ekosistemində istedadların əlçatanlığı” reytinqində ilk iyirmi beş ölkə arasında yer alır. “Startup Genome” hesabatında göstərilir ki, Azərbaycandakı ekosistem dövlətin rəqəmsal transformasiya yanaşması, kibertəhlükəsizlik və insan kapitalının inkişaf təşəbbüsləri ilə hərtərəfli dəstəklənir.

Bu günlərdə ABŞ-da keçirilən “Silicon Valley May Summit 2026” tədbirində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə “Plug and Play” innovasiya şirkətinin tərəfdaşlığı əsasında həyata keçirilən “GOAL” proqramının qalibi olan Azərbaycan startapları da çıxış edib. Beş Azərbaycan startapı - “Glacies Biome”, “Bonfi”, “Recepta”, “Pixelfork” və “Pionero AI” biotex, sağlamlıq və süni intellekt sahələrində öz həllərini beynəlxalq auditoriyaya təqdim edib. Bu təqdimat Azərbaycan startaplarının qlobal platformalarda tanınmasını təmin etməklə yanaşı, onların Silikon Vadisi ekosisteminə inteqrasiyası, eləcə də beynəlxalq investisiya və korporativ tərəfdaşlıq üçün imkanlar yaradıb.

Startaplar uğurlu biznes platforması kimi

Uğurlu biznes və innovasiya layihəsi kimi startaplar kiçik və orta biznesin (KOB) marağında ön plana çıxır və sahibkar tərəfindən əldə edilən “Startap” şəhadətnamələrinin sayı artır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ekspertlər Şurası tərəfindən 2026-cı ilin ilk 5 ayında 20-dən çox KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Şəhadətnamə qazanan layihələr müxtəlif sahələri əhatə edir. Onların arasında avtoservis xidmətləri üçün marketplace platforması, taksilərdə interaktiv reklam həlli, süni intellekt modelləri, parkinq və nəzarət sistemləri üçün proqram təminatı, incəsənət və media sahəsində süni intellekt əsaslı platformalar, həmçinin kadr seçimi və daşınmaz əmlak alqı-satqısı üzrə innovativ texnoloji həllər yer alır. Bu müxtəliflik ölkədə innovasiyanın yalnız bir sahə ilə məhdudlaşmadığını, fərqli sektorlara yayıldığını göstərir.

Ümumilikdə, ölkəmizdə “Startap” şəhadətnaməsi alan biznes subyektlərinin sayı 270-i ötüb. Həmin sahibkarların əhəmiyyətli bir qismi regionlarda fəaliyyət göstərən KOB təmsilçiləridir. Xüsusilə vurğulamaq lazımdır ki, son bir ildə seçilən layihələrin əksəriyyəti süni intellekt texnologiyalarına əsaslanır. Bu tendensiya innovasiya ekosistemində süni intellekt təşəbbüslərinin ön plana çıxdığını aydın şəkildə nümayiş etdirir. Digər tərəfdən, mikro və kiçik sahibkarlara göstərilən vergi dəstəyi rəqəmsal iqtisadiyyatın genişlənməsi üçün münbit şərait yaradır.

Güzəşt və motivasiyalar yerli və xarici investorların marağını artırır

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edilib. Vergi Məcəlləsinin 102.1.31.-ci maddəsinə əsasən, “Startap” şəhadətnaməsi olan fiziki şəxs şəhadətnaməni aldığı tarixdən 3 il müddətinə və həmin startap şəhadətnaməsi üzrə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirləri vergidən azaddır. Həmçinin, startaplar üzrə texnoloji avadanlıqlar və maddi-texniki güzəştlər və təşviqlər də bu sahədə motivasiyaedici mühit yaradıb.

Startapların nüfuz etdiyi yüksək texnologiyalar parklarında da xüsusi aktivlik nəzərə çarpmaqdadır. Texnopark rezidentlərinin sayının 96-ya yüksəlməsinə səbəb olub. Qeyd edək ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə və 2023-cü il yanvarın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə mənfəət, gəlir əmlak vergiləri, dividendlər, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına münasibətdə ƏDV-dən azad edilib. Vergi güzəştləri onların həm texnopark, həm də texnoparkdan kənar fəaliyyətinə şamil edilir.

Nəticədə bu güzəşt və motivasiyalar yüksək texnologiyalar və innovasiyalar sektorunda çalışan gənc biznes icmasının sistem inteqrasiyası, proqram təminatı, süni intelket məhsulları üzrə inkişafında əlverişli münbit mühit yaradır. Eyni zamanda, “Startap” şəhadətnaməsi layihəyə yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışını asanlaşdırır.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 16 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

9 iyun, saat 15:00-da...

09 İyun 12:20  

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30