/ / Prezident Administrasiyasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə ilə görüş keçirilib
Prezident Administrasiyasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə ilə görüş keçirilib
16.06.2026 [14:55]
Prezident Administrasiyasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə ilə görüş keçirilib.
Görüş haqqında məlumat Partiyanın Mətbuat xidməti tərəfindən yayılıb.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev cari ilin 16 iyun tarixində Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə ilə görüşüb.
Görüş zamanı ötən müddət ərzində sağlam iqtidar-müxalifət dialoq çərçivəsində görülmüş işlər, ölkənin artan beynəlxalq statusu, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan qlobal layihələr, habelə dünya və regionda müşahidə olunan tendensiyalar ətrafında fikir mübadiləsi aparılıb.
Bildirilib ki, müxalif siyasi partiyaların Milli Məclisdə təmsil olunması faktı demokratik ənənələrin inkişafı ilə yanaşı, qanunların hazırlanması prosesinə də müsbət təsir edir. Mövcud məsələdə müxtəlif yanaşmaların tətbiqi normayaratma fəaliyyətinə müsbət təsir edir.
Siyasi partiyaların beynəlxalq əlaqələri isə Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir. Bu mənada təqdirə layiq haldır ki, ölkənin bütün siyasi partiyaları ölkəmizə qarşı tətbiq olunan “ikili standartlar” və informasiya manipulyasiyaları sərt şəkildə tənqid edir və bu cür hallar ilə mübarizədə öz töhfələrini verir.
Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması prosesinin ilk günüdən etibarən, həmçinin 44 günlük Vətən müharibəsi zamanı və bilavasitə tarixi Qələbədən sonra ölkəmizdə yaşanan həmrəylik mühitinin, habelə siyasi sabitliyin qorunmasının strateji əhəmiyyəti vurğulanmışdır.
Görüş zamanı aparılan fikir mübadiləsi çərçivəsində son illər ərzində təşviq olunan siyasi dialoq mühiti sayəsində siyasi partiyaların artan ictimai nüfuzu da xüsusi olaraq vurğulanmışdır.
Dövlətçilik ənənələrinin və milli maraqların qorunması naminə həyata keçirilən bütün təşəbbüslərə öz sadiqliyini bildirən Partiya sədri mövcud istiqamətdə atılan hər bir təşəbbüsü bundan sonra da dəstəkləyəcəyini bildirmişdir.
Prezident Administrasiyasının rəsmisi görüşün sonunda milli maraqlara cavab verən fəaliyyətdə Demokratik İslahatlar Partiyasına müvəffəqiyyətlər arzulamışdır.
Xəbər lenti
Hamısına baxAnalitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55

