14 iyuldan başlanan yol...
14.07.2026 [10:50]
Ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbər seçilməsinin 57-ci ili tamam olur
1969-cu il iyulun 14-ü Azərbaycanın müasir siyasi tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. Həmin gün Heydər Əliyevin Azərbaycan SSR-in rəhbərliyinə gəlişi dövlət idarəçiliyində və ümumən dövlətin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bu tarix sonrakı illərdə ölkənin sosial-iqtisadi inkişafı, milli kadr potensialının formalaşdırılması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi ilə əlaqələndirilən siyasi kursun əsasını qoyan bir hadisəyə çevrildi. Qeyd edək ki, hələ Sovet dövründə keçmiş ittifaqda yalnız aqrar respublika kimi xarakterizə olunan Azərbaycanın sənayeləşdirilməsi və müasir dövlətlətçilik ənənəsinin oturuşdurulması Ulu Öndərimizin adı ilə bağlıdır. Bu proses həm də ölkədə milli kadrların yetişdirilməsi, ana dilimizə olan münasibətin dəyişməsi, milli mədəniyyətimizin inkişafı, Azərbaycanın dünya miqyasında tanınması istiqamətində aparılan bütün fəaliyətinin təməlinə çevrildi. Bu gün birmənalı şəkildə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev öz genişspektrli fəaliyyətini xalqına və dövlətinə həsr edib.
Milli kadr seçimi, Ana dili təəssübkeşliyi...
Bəli, 1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) plenumunda Heydər Əlirza oğlu Əliyevin Azərbaycan KP MK-nın birinci katibi və büro üzvü seçilməsi ölkənin iqtisadi, mədəni yüksəlişində, xalqımızın rifahının yaxşılaşmasında, eləcə də, müstəqil dövlətimizin təməlinin qoyulmasında həlledici oldu. Azərbaycan rəhbərliyinə gəlişindən dərhal sonra Onun rəhbərliyi ilə, birbaşa nəzarəti və göstərişləri əsasında, həm respublika, həm də şəhər və rayonlar səviyyəsində dövlət idarəçiliyində yeni nəfəs, yeni ruh hiss olunmağa başladı. Ölkə əhalisi Ulu Öndərə rəğbət bəsləyir, Onun gördüyü işləri dəstəkləyirdi. Onun ən çox diqqət yetirdiyi məsələlərdən biri işgüzar, xalqa sadiq, mənəvi cəhətdən saf olan kadrların seçilərək respublikada, şəhər və rayonlarda rəhbər vəzifələrə təyin edilməsi idi. Düzgün kadr siyasətinə xüsusi diqqət ayıran Ulu Öndər xüsusi olaraq rəhbər vəzifələrə azərbaycanlıları cəlb edirdi. Sovet dövrünün ideoloji təbliğatına baxmayaraq, Azərbaycançılıq hisslərinə sadiqliyini qoruyub saxlayan Ulu Öndər ölkədə Ana dilindən istifadəni təşviq etdi. Məhz Ulu Öndər tərəfindən doğma dilə verilən önəmin nəticəsi idi ki, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili ilk dəfə olaraq rus dili ilə yanaşı, rəsmi dövlət dili kimi öz əksini tapdı.
Müasir bünövrə...
Xalqın milli şüurunun formalaşdırılması ilə yanaşı, Ulu Öndər ölkənin sosial-iqtisadi inkişafına da böyük diqqət ayırdı. Onun siyasi iradəsi və şəxsi nüfuzu sayəsində Bakıda həmin dövr üçün çox böyük əhəmiyyətə malik olan kondisioner zavodu inşa olundu. 1970-ci illərdə respublikada yüzlərlə yeni ictimai obyektlər, məktəb və xəstəxanalar, zavod və fabriklər tikilərək istifadəyə verildi. Bu dövrdə yaşayış binalarının sayında sürətli artım qeydə alındı, minlərlə ailəyə yeni mənzil verildi. Ümummilli Lider Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ölkədə elmin inkişafına da böyük diqqət yetirdi. Ulu Öndər 1970-ci illərdə minlərlə azərbaycanlı gəncin Sovetlər Birliyinin ən qabaqcıl ali təhsil ocaqlarında biliyə yiyələnməsinə nail oldu. Məhz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə SSRİ-nin müxtəlif respublikalarında oxumağa göndərilən gənclərin sayı dəfələrlə artdı. Təhsilini bitirdikdən sonra ölkəyə qayıdan həmin gənclərin böyük hissəsi müstəqil Azərbaycan Respublikasında elmin inkişafında mühüm rol oynadı.
14 iyulun əhəmiyyəti....
Ulu öndərin 1969-cu ildə ölkə rəhbərliyinə gəlişinin Azərbaycanın taleyində nə qədər böyük hadisə olduğunu zaman göstərdi. Belə ki, məlum olduğu kimi, Heydər Əliyevin Azərbaycanın bütün regionlarında, eləcə də, ermənilərin vaxtilə göz dikdiyi torpaqlarımızda həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri, Azərbaycan torpaqlarının hissə-hissə Ermənistana birləşdirilməsi ənənəsi qarşısına sədd çəkməsi ermənilərin və imperiya rəhbərlərinin mənfur planlarına əngəl törədirdi. Bu səbəbdən də, Ulu öndər 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırıldı. Təsadüfi deyil ki, bundan sonra ermənilərin Azərbaycana qarşı ərazi iddialarını gerçəkləşdirmək uğrunda fəaliyyəti genişləndi, 1980-ci illərin sonlarından başlayaraq Ermənistandakı azərbaycanlılar etnik təmizlənməyə məruz qaldı. 1990-cı illərin əvvəllərində isə yenicə müstəqillik əldə edən Azərbaycan ən çətin dövrlərini yaşayırdı. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq müharibəsi, digər tərəfdən, ölkədəki hakimiyyətdaxili çəkişmələr, siyasi, iqtisadi böhran nəticəsində dövlətin mövcudluğu təhlükə altına düşmüşdü. Azərbaycan xalqı isə Ümummilli lideri, Onun ölkə üçün uzun illər gördüyü işləri unutmamışdı. Ölkənin, xalqın o cür çətin günlərində xalq bir daha üzünü Heydər Əliyevə tutdu. 14 iyul tarixinin ən mühüm əhəmiyyətlərindən biri isə bu oldu -1969-cu ilin 14 iyulunda Azərbaycanın yenilənməsinin əsasını qoyan Heydər Əliyevin adı ən müasir tariximizə xilaskar və dövlətimizin memarı kimi düşdü. Bəli, xalqımızın 1993-cü ildə Heydər Əliyevə müraciəti 1969-cu ildən başlanan yolun davam etməsi arzusu idi...
Tarixi missiya...
Ulu Öndər Heydər Əliyev qısa zaman kəsiyində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. Sabitlik bərqərar edildi, nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə olundu, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Eləcə də, hüquqi dövlət quruculuğu prosesinə start verildi. İqtisadiyyatın dirçəldilməsi baxımından Azərbaycanın gələcəyi üçün ən mühüm addımlardan sayılan neft müqavilələri imzalandı. 1995-ci ildə referendum yolu ilə Konstitusiya qəbul edildi. Ulu Öndər Heydər Əliyevin səyi ilə qısa zamanda Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.
Beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdiyi bir məqamda tarixin təkrarlanmasına - müstəqilliyin itirilməsinə yol vermədi. Məhz Ümummilli Liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu. Bir çağırışla xalqının xilaskarına çevrilən Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxElm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54

