“15 İyul dirənişinin dünya demokratiya tarixində bənzəri yoxdur”
14.07.2026 [11:10]
Türk siyasi tarixinin ən amansız çevriliş cəhdlərindən biri bundan düz 10 il əvvəl – 15 iyul 2016-cı ildə baş verdi. Ölkəmizin qurumlarına gizlicə sızmış bir terror şəbəkəsi tərəfindən törədilən bu çevriliş cəhdinin məqsədi Türkiyəni uzun illər davam edəcək bir xaosa sürükləyərək xalqımızın gələcəyini nəzarət altına almaq idi. İstiqlalına və gələcəyinə sahib çıxaraq qiyamçılara cavab verən əziz xalqımız qəhrəmancasına bir dirəniş nümayiş etdirdi və bu torpaqlarda milli iradənin əsir alına bilməyəcəyini bütün dünyaya bəyan etdi. Türk xalqının 15 iyul gecəsi meydana qoyduğu uzaqgörənlik, cəsarət və fərasətin şübhəsiz ki, dünya demokratiya tarixində bənzəri yoxdur.
Fətullahçı Terror Təşkilatı (FETÖ) tərəfindən törədilən bu xain çevriliş cəhdi adi bir hərbi çevriliş təşəbbüsündən də o yana keçərək ölkəmizin müstəqilliyini təhdid edən bir işğal cəhdi idi. Qiyamçıların ilk hədəfi milli iradənin və xalqımızın müstəqilliyinin simvol qurumları olan Prezident Aparatı və Türkiyə Böyük Millət Məclisi oldu. 15 iyul gecəsi verdiyim açıqlamada bu günə qədər xalqın gücündən üstün heç bir qüvvə tanımadığımı xüsusi vurğulamışdım. Bu açıqlamanı verərkən türk xalqının öz iradəsinə sahib çıxacağına əmin idim. Beləliklə, elə həmin gecə böyük bir iman və özünəinamla küçələrə axışan xalqımız terror şəbəkəsinin hökmranlığı altına girməyi rədd etdi. Ölkəsinin müstəqilliyi, demokratik nailiyyətləri və azad iradəsini qorumaq məqsədilə canı bahasına dirəniş göstərən xalqımız qiyamçıları yerinə oturdu və nəsildən-nəslə qürurla danışılacaq bir milli iradə dastanına imza atdı.
Xalqımızın cəsarətli mövqeyindən aldığımız ilhamla biz də bu xain çevriliş cəhdinin mənfi təsirlərini sürətlə aradan qaldırmaq üçün hərəkətə keçdik. Dövlətin bütün qurumlarında siyasi olmayan vasitələrlə demokratik fəaliyyətə zərər verə biləcək hər hansı bir yeri təhdid mənbəyi olmaqdan çıxaracaq struktur islahatları təcili həyata keçirdik. Sonra mübarizə apardığımız digər terror təşkilatlarını məhvetmə strategiyası çərçivəsində daxildə və xaricdə apardığımız əməliyyatlarda mühüm uğurlar əldə etdik. Nəhayət, öz birlik və bərabərlik tariximizdə yeni bir səhifə olan “Terrorsuz Türkiyə” prosesinə başladıq. “Türkiyə əsri” yolumuzun əsas mərhələlərindən biri olan bu proses əhatəli və birləşdirici yanaşma, müvafiq təhlükəsizlik qurumlarımızın səyləri və siyasi qurumların dəstəyi ilə şükürlər olsun ki, məqsədinə doğru və əmin addımlarla irəliləyir. İnanıram ki “Terrorsuz Türkiyə” prosesinin uğuru ölkəmizlə yanaşı, bölgəmizin də sabitliyinə töhfə verəcəktir.
Ölkəmizin iqtisadi rifahını və inkişafını da hədəf alan bu çevriliş cəhdinə qalxanlara qarşı apardığımız mübarizənin nəticəsində enerji, nəqliyyat, səhiyyə, kənd təsərrüfatı, texnologiya və müdafiə kimi sahələrdə həyata keçirdiyimiz layihələrlə daha firavan bir gələcək üçün güclü addımlar atdıq. Son 10 ildə başladığımız Milli Texnologiya Hərəkatı ilə müdafiə, aviasiya və kosmik sənayedə mühüm bir sıçrayış etdik. Elektrikli və ağıllı nəqliyyat sistemləri inkişaf etdirdik, səhiyyə və kənd təsərrüfatı sahəsində böyük investisiyalarla xalqımızın fədakarlığına layiq olmağa çalışdıq. Dünya miqyasında təqdir olunan marka məhsullarımızı da inkişaf etdirdik. Bunlardab elektrikli avtomobilimiz TOGG, milli döyüş təyyarəmiz KAAN, milli korvetlərimiz və pilotsuz uçuş aparatlarımız ilk yada düşənlərdir.
Digər tərəfdən, keçən 10 il ərzində Türkiyə təşəbbüskar xarici siyasət anlayışı ilə həm regional, həm də qlobal səviyyədəki böhran və münaqişələrin həllində təsirli rola malik bir aktor kimi önə çıxmışdır. Bütün böhran bölgələrində güclünün deyil, məzlumun və haqlının yanında olaraq sülh və sabitliyin təminatı üçün məsuliyyət daşımaqdan çəkinmədik. Harada bir zülm və ya ədalətsizlik varsa, orada beynəlxalq hüququn, ədalətin və vicdanın səsi olduq. Bu gün çatdığımız mərhələdə regional və qlobal məsələlərdə Türkiyə - töhfəsi aranan, sözünə etibar edilən və fikirlərinə müraciət olunan bir ölkə kimi tanınırsa, bu uğurun arxasında 15 İyul gecəsi canı bahasına istiqlalına və gələcəyinə sahib çıxan əziz xalqımızın iradəsi dayanır.
Beynəlxalq əməkdaşlığın mühüm şərtlərindən olan terrorla mübarizə xarici siyasət gündəliyimizin yuxarı sıralarında yer almağa davam edir. Məlum olduğu kimi, FETÖ-nün xaricdəki fəaliyyətində təşkilatdaxili parçalanma prosesi son iki ildə sürətləndi. Bununla yanaşı, bir çox dövlətin bu təşkilata gizli şəkildə dəstək və təşkilat üzvlərinə sığınacaq verməsi faktlarını dəqiqliklə müəyyən etdik.
Məqsədlərinə çatmaq üçün hər yolu yoxlayan, , fərqli kimliklər altında fəaliyyət göstərən, demokratiya, azadlıq, insan hüququ kimi anlayışları sui-istifadə edən FETÖ-yə qarşı diqqətli və həssas yanaşmanın vacibliyini bir daha vurğulamaq istəyirəm. 15 İyul gecəsi 253 övladı qiyamçılar tərəfindən şəhid edilən bir xalq olaraq beynəlxalq ictimaiyyətdən əsas gözləntimiz Türkiyənin haqlı mübarizəsinə dəstək verilməsidir. Qlobal sülh, təhlükəsizlik və rifah yalnız ayrı-seçkilik qoyulmadan terror təşkilatlarına qarşı qətiyyətli və güzəştsiz mübarizə və səmimi əməkdaşlıq ilə təmin oluna bilər.
Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının Prezidenti
Xəbər lenti
Hamısına baxSosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19

