Azərbaycan-Qırğızıstan münasibətləri tarixindəki ən yüksək zirvəyə ucalıb
03.08.2026 [18:09]
Dövlətimizin başçısı cənab İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafı tarixində yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Yeri gəlmişkən, səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər, dövlət başçılarının mətbuata verdiyi bəyanatlar göstərdi ki, Bakı və Bişkek münasibətləri strateji müttəfiqlik modelini praktik müstəviyə keçirirlər.
Ölkə Prezidenti cənab İlham Əliyevin “müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” fikri səfərin siyasi mahiyyətini ən dolğun şəkildə ifadə edib. Qeyd edək ki, bu bəyanat təkcə iki ölkə arasında münasibətlərin hüquqi statusunun yüksəldilməsi deyil, eyni zamanda, gələcək üçün müəyyən edilən ortaq siyasi kursun, qarşılıqlı etimadın və strateji baxışın ifadəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində ölkəmiz Cənubi Qafqazla Mərkəzi Asiya arasında etibarlı siyasi və iqtisadi körpü rolunu daha da möhkəmləndirir.
Onu da qeyd edək ki, səfər çərçivəsində mübadilə edilmiş sənədlər paketi iqtisadiyyat, investisiya, energetika, nəqliyyat, logistika, kənd təsərrüfatı, təhsil, mədəniyyət, humanitar əməkdaşlıq, rəqəmsal inkişaf və digər istiqamətləri əhatə etməklə münasibətlərin sistemli xarakter aldığını nümayiş etdirdi. Diqqətçəkən mühüm qərarlardan biri Azərbaycan - Qırğız İnvestisiya Fondunun kapitalının iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması olub. Prezidentin qeyd etdiyi kimi, fondun fəaliyyəti artıq konkret layihələrlə zənginləşir. Qırğızıstanda həyata keçirilən birgə istehsal layihələri yeni iş yerlərinin açılmasına, iqtisadi potensialın genişlənməsinə və biznes dairələri arasında etimadın daha da artmasına xidmət edir. Səfər çərçivəsində İssık-Kul gölünün sahilində “Baku Resort & SPA” hotelinin açılışı da xüsusi diqqət çəkib. Azərbaycan dövlətinin vəsaiti hesabına tikilən və “Bakı” adını daşıyan ilk beşulduzlu hotel iqtisadi layihədən daha çox strateji dostluğun rəmzi kimi qiymətləndirilir. Bu layihə iki ölkə arasında əməkdaşlığın genişlənməsinə, turizm axınının artmasına və investisiya əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verəcək.
Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutan məsələlərdən biri Qarabağın bərpasına Qırğızıstanın verdiyi dəstək haqqında oldu. Ağdam rayonunda inşa edilən və “Manas” adını daşıyan məktəb təkcə təhsil müəssisəsi deyil, eyni zamanda, Azərbaycan - Qırğız qardaşlığının canlı simvoludur. Qırğızıstanın işğaldan azad olunmuş ərazilərin bərpasında iştirakı Türk dövlətləri arasında həmrəyliyin konkret nəticələrindən biridir.
Məlum olduğu kimi, səfər çərçivəsində qəbul edilən Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi dialoqun, iqtisadi inteqrasiyanın, enerji əməkdaşlığının, nəqliyyat-kommunikasiya əlaqələrinin və humanitar tərəfdaşlığın yeni inkişaf mərhələsini müəyyənləşdirən mühüm sənəd kimi qiymətləndirilə bilər. Bəyannamə Türk Dövlətləri Təşkilatının fəaliyyət istiqamətlərini tamamlayan və regional inteqrasiyanı gücləndirən siyasi sənəd kimi də böyük əhəmiyyət kəsb edir. Səfər zamanı dövlət başçılarının qarşılıqlı ali dövlət mükafatları ilə təltif olunması münasibətlərin yüksək etimad səviyyəsinin rəmzi oldu. Prezident İlham Əliyevin Qırğız Respublikasının I dərəcəli “Manas” ordeni ilə təltif edilməsi onun Türk dünyasının inteqrasiyasına, Azərbaycan - Qırğız dostluğunun inkişafına və regional əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfənin yüksək qiymətləndirilməsidir. Eyni zamanda, Prezident Sadır Japarovun Azərbaycanın ali dövlət təltifi – “Heydər Əliyev” ordeni ilə təltif olunması iki ölkənin rəhbərləri arasında qarşılıqlı etimadın, dostluğun və strateji tərəfdaşlığın ən yüksək səviyyədə təsdiqi kimi qiymətləndirilə bilər.
Ən əsası, Azərbaycan və Qırğızıstan münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də bütövlükdə Türk dünyasının gələcək inteqrasiya modelinin mühüm tərkib hissəsi kimi inkişaf edir!
Mətləb Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə Kərəmli kənd ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

