Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / AZAL Ermənistanın hava məkanından istifadə etməyə başladı - YENİLƏNDİ

AZAL Ermənistanın hava məkanından istifadə etməyə başladı - YENİLƏNDİ

06.10.2021 [10:30]

“Azərbaycan Hava Yolları” aviaşirkəti oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.

 

AZAL-ın mətbuat xidmətindən yeniazerbaycan.com-a bildiriblər ki, bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir və bütün sərhəd dövlətlərin maraqlarına cavab verir.

 

Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişməsi, həmçinin bu istiqamət üzrə uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq.

 

Beləliklə, bundan sonra AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla, mövcud bütün hava dəhlizlərindən istifadə edə bilər.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları”nın QSC (AZAL) Ermənistan üzərindən uçuşlara başlaması birtərəfli addım deyil.

 

yeniazerbaycan.com "Report"-a istinadən xəbər verir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) qaydalarına əsasən, regionun hava məkanı və bütün hava dəhlizləri artıq uçuşlar üçün açıqdır.

 

Müharibə bitdiyinə görə regional aviasiya təhlükəsizliyi qaydaları da dəyişib. Azərbaycan beynəlxalq konvensiyalara uyğun olaraq Zəngəzur dəhlizinin üzərindəki hava məkanından istifadə edərək uçuşlar yerinə yetirir.

 

Qeyd edək ki, həm Azərbaycanın, həm də Ermənistanın bununla bağlı öhdəliyi var. Eyni şəkildə Ermənistan mülki təyyarələri də Azərbaycan hava məkanından kəçən dəhlizlərdən istifadə edə bilərlər. Bu, eyni zamanda, regionda kommunikasiyaların açılmasının növbəti nümunəsidir. Nəticədə Ermənistan da tranzit ölkəyə çevrilir və İranın hava məkanından istifadəyə ehtiyac qalmır.

 

Paylaş
Baxılıb: 84 dəfə

Xəbər lenti

Hamısına bax

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31