Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP fəalları Mingəçevirdə Vətən müharibəsi qazilərini ziyarət etdi

YAP fəalları Mingəçevirdə Vətən müharibəsi qazilərini ziyarət etdi

06.10.2021 [12:58]

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının fəalları 44 günlük Vətən müharibəsinin qaziləri Ələkbərov Vüqar Afiq oğlu və Salmanov Bayram Arzu oğlunu ziyarət ediblər.

Ziyarət zamanı Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuzun qəhrəmanlığından bəhs olunub. Bildirilib ki, xalqımız bizə  qələbə sevincini yaşadan oğullarımızla qürur duyur, şəhidlərin əziz xatirəsini hər zaman böyük ehtiramla yad edir. Dövlətimiz şəhid ailələrinə, qazilərə xüsusi diqqət göstərir.

Qazilərimiz isə keçdikləri döyüş yolu, ordumuzun qəhrəmanlığı haqqında fikirlərini bildiriblər.

Qeyd edək ki, YAP Mingəçevir şəhər təşkilatı tərəfindən qazilərimizin ailələrinə ərzaq yardımı göstərilib.

Paylaş
Baxılıb: 98 dəfə

Xəbər lenti

Hamısına bax

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31