Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Avropa İttifaqına böyük tərəfdaşımız və dürüst vasitəçi kimi güvənirik

Avropa İttifaqına böyük tərəfdaşımız və dürüst vasitəçi kimi güvənirik

06.10.2021 [20:59]

Prezident İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbərinin etimadnaməsini qəbul edib

Aİ Cənubi Qafqazın təhlükəsiz olmasında maraqlıdır

Avropa İttifaqı “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlıdır.

“Yeni Azərbaycan” AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalko bu barədə Prezident İlham Əliyevə etimadnaməsini təqdim edərkən bildirib.

Petr Mixalko deyib: “Biz nəzərdə tutulan Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq prosesində Azərbaycanın fəal iştirakını və töhfəsini səbirsizliklə gözləyirik. Biz, həmçinin ATƏT-in Minsk qrupuna əlavə olaraq etimadın artırılması və sülhün qurulması prosesində üzərimizə rol götürməyə də hazırıq. Tərəflərin marağı olarsa, biz layihə imkanlarından istifadə edərək sərhədlərin delimitasiyası və demarkasiyası kimi sahələrdə təcrübəmizi bölüşməyi təklif edirik”. Səfir həmçinin vurğulayıb ki, Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır. Aİ iqtisadiyyat, innovasiyalar, ticarət, enerji, investisiyalar, infrastruktur və əməkdaşlıq kimi mühüm sahələrdə güclü tərəfdaşlıq şəraitində Azərbaycanla birlikdə işləməyə hazırdır: “Avropa İttifaqı ilə Azərbaycan arasında yeni hərtərəfli Sazişin imzalanması bizim əsas prioritetimiz olacaq. Biz əminik ki, bu, nəinki bizim ikitərəfli əməkdaşlığımızın genişləndirilməsinə kömək edəcək, eyni zamanda, Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə xidmət edərək onun çiçəklənməsi və şaxələnməsini artıracaq”, - deyə Petr Mixalko bildirib .

Nəqliyyat infrastrukturu şəbəkəsinin bütün vacib elementlərini tamamlamışıq

Səfirin etimadnaməsini qəbul edən Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə uzunmüddətli əməkdaşlığının çox geniş gündəliyi olduğunu qeyd edib: “Bizim ikitərəfli münasibətlərimiz, regional inkişaf, postmüharibə vəziyyəti ilə bağlı baxışlarımız tamamilə üst-üstə düşür. Biz Avropa İttifaqına səylərin səfərbər olunması və postmüharibə vəziyyətinə töhfə verilməsi prosesində böyük tərəfdaşımız və dürüst vasitəçi kimi güvənirik”.

On il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa, enerji təhlükəsizliyinə dair imzalanmış Bəyannamənin Cənub Qaz Dəhlizinin icrası istiqamətində çox mühüm addım olduğunu xatırladan Prezident Azərbaycan qazının artıq Avropa bazarında olduğunu vurğuladı: “Biz təchizatımızın coğrafiyasını genişləndirmək üçün Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq - xüsusilə indi, qışda hər kəs görəndə ki, alternativ marşrut baxımından alternativ mənbə məhz enerji təhlükəsizliyidir”.

Avropa Komissiyasının Azərbaycanın nəqliyyat sektoruna böyük əhəmiyyət verməsinə diqqət yönəldən dövlətimizin başçısı qeyd edib ki, nəqliyyat sektoru təkcə iqtisadi, nəqliyyat sahəsində əməkdaşlıq baxımından deyil, həm də ümumilikdə regionda sabitlik və təhlükəsizlik baxımından həqiqətən də çox ümidverici sahə ola bilər: “Azərbaycanda nəqliyyat infrastrukturu şəbəkəsinin bütün vacib elementlərini tamamlamışıq və biz hazırıq, artıq bu potensialdan istifadə edirik”

Prezident postmüharibə dövründə inkişaf, sülh və əməkdaşlıq məsələsinə toxunub. O bildirib ki, ən mühüm sahələrdən biri postmüharibə dövründə inkişafın, davamlı sülhün və əməkdaşlığın bərqərar olmasına Avropa İttifaqının töhfəsidir və biz buna hazırıq.

Azərbaycanın postmüharibə dövründəki siyasətini diqqətə çatdıran Prezident deyib ki, biz səhifəni çevirmək, qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik: “Bu proses qismən başlayıb. Lakin düşünürəm ki, əgər Avropa İttifaqı fəal iştirak etsə, -mən belə bir istəyin olduğunu görürəm, - bu, bir çox sahələrdə bizə kömək edə bilər”.

 

Paylaş
Baxılıb: 93 dəfə

Xəbər lenti

Hamısına bax

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31