Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan, Ermənistan və Rusiya dini liderləri birgə bəyanat yayıblar

Azərbaycan, Ermənistan və Rusiya dini liderləri birgə bəyanat yayıblar

13.10.2021 [16:51]

Azərbaycan və Ermənistan xalqları arasında bugünkü və gələcək nəsillərin rifahı naminə sülhün bərqərar olmasına dini liderlər dəstək verməyə hazırdır.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin Moskva şəhərindəki görüşü başa çatdıqdan sonra Moskva və Rusiya patriarxı Kiril tərəfindən səsləndirilən bəyanatda bildirilir.

“Azərbaycan və Ermənistan xalqları üçün birgə yaşayışdan başqa gələcək yoxdur. Bu gün insanlar arasında etimadı bərpa etmək daha mühümdür”, – bəyanatda qeyd olunur.

Rusiya dini lideri həmçinin deyib ki, bizim üçün qardaş olan iki xalqın dini icmalarını və sakinlərini narahat edən bu mürəkkəb problemləri müzakirə etmək üçün üz-üzə gəlməyə hazır olduqlarına görə Azərbaycan və Ermənistan dini liderlərinə təşəkkür edirəm.

“Dinin nadir sülhpərvər imkanlarına malik olmasına şübhə etmirik. Azərbaycanla Ermənistan arasında münasibətlər bu gün nə qədər çətin olsa da, əminik ki, məhz Tanrıya inanc və sevgi uzun illərdir davam edən faciəli qarşıdurmanın açdığı yaralara şəfa tapmağa kömək ola bilər. Dini liderlər dinlər və xalqlar arasında mehriban qonşuluq ab-havası yaratmaq və onu qorumaq üçün öz nüfuzundan istifadə etməlidirlər”, – patriarx Kiril əlavə edib.

“Fikrimizcə, Qarabağ münaqişəsi artıq başa çatıb, indi gələcək haqqında, sülh haqqında danışmaq, regionu sabit və təhlükəsiz etmək vaxtıdır”, - deyə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bildirib.

O, dayanıqlı sülhün bərqərar olması naminə bu günədək davam etdirdiyi dəyərli sülhməramlı səylərinə görə Moskva və Rusiya patriarxı Kirilə, onun timsalında Rus Ortodoks Kilsəsinə təşəkkür edib.

“Əziz qardaşım, uzun illərdir Ermənistan – Azərbaycan münaqişəsinin dinc və ədalətli həlli üçün göstərdiyiniz sülhpərvər səylərə görə zati-müqəddəslərinizə hədsiz minnətdarıq və səmimi qəlbdən təşəkkür edirik. Dialoqun davam etməsi və qarşılıqlı etimada nail olması yolundakı qətiyyətinizi də yaxşı xatırlayırıq. Müəyyən qüvvələr tərəfindən bu münaqişəni dini müstəviyə sürükləmək marağına baxmayaraq, Sizin müdrik mövqeyiniz, sülhpərvər fəaliyyətiniz sayəsində bunun qarşısını almaq mümkün oldu”, –  QMİ başçısı deyib. 

A.Paşazadə xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında suveren hüquqlarına əsaslanaraq, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, başqa beynəlxalq təşkilatların müvafiq sənədlərinə uyğun olaraq beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edib: “Azərbaycan, Ermənistan, Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatı imzalanmasından sonra iki ölkə arasında hərbi əməliyyatlara, silahlı münaqişəyə son qoyulması Cənubi Qafqazda qisasçılıq təbliğatını, Azərbaycan və Ermənistan arasında düşmənçilik çağırışlarını istisna edən, xalqlarımızın rifahı naminə əməkdaşlığa başlamağı nəzərdə tutan yeni bir dövrün başlamasına şərait yaradır”.

Onun sözlərinə görə, Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı hər hansı vahid yoxdur: "Bu gün Xankəndidə, ətraf yaşayış məntəqələrində yaşayan ermənilər başqa milli icmaların nümayəndələri kimi Azərbaycanın vətəndaşlarıdır, Azərbaycan Respublikasının qanunlarına əməl etməyə borcludurlar”.

Paylaş:
Baxılıb: 455 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30