Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Nərimanov rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət edib

YAP Nərimanov rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət edib

01.11.2021 [12:28]

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının təşəbbüsü ilə Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev və təşkilatın əməkdaşları Vətən müharibəsi şəhidi əsgər Məmmədov Sinan Məhəmməd oğlunun ailə üzvlərini ziyarət ediblər.

Şəhidin ailə üzvləri ilə görüşdə, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən söhbət açılaraq, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda Sinan  kimi igidlərimizin müharibə müddətində əsl qəhrəmanlıq qəhrəmanlıq nümunələri göstərməsindən  danışılıb, bu möhtəşəm Zəfərin qazanılmasında və qələbəmizin əldə olunmasında öz layiqli töhfələrini verdikləri vurğulanıb.

Şəhidin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Sinan Məmmədov ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Paylaş:
Baxılıb: 334 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31