Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Gənclər Birliyinin nümayəndə heyəti Ukraynanın Gənclər və İdman nazirinin müavini ilə görüşüb

YAP Gənclər Birliyinin nümayəndə heyəti Ukraynanın Gənclər və İdman nazirinin müavini ilə görüşüb

01.11.2021 [15:10]

Ukraynaya səfəri çərçivəsində Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin nümayəndə heyəti Kiyev şəhərində yerləşən Ukrayna Gənclər Mərkəzində Gənclər və İdman nazirinin müavini Marina Popatenko, həmçinin “Ze!Molodijka” təşkilatının fəal gəncləri ilə görüş keçiriblər.

Görüşdə Ukraynanın Gənclər və İdman nazirinin müavini Marina Popatenko Azərbaycanla Ukrayna arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, bu münasibətlərin hər iki ölkə gəncləri arasında yeni əməkdaşlıq perspektivləri yaratdığını bildirib. Əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı səfərlərin, birgə layihələrin keçirilməsinin vacibliyi barədə fikirlərini bölüşüb.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Gənclər Birliyi tərəfindən beynəlxalq səviyyədə əlaqələrin inkişafına, əməkdaşlığın genişlənməsinə xüsusi önəm verildiyini diqqətə çatdırıb. Ötən ay YAP Gənclər Birliyi və “Ze!Molodijka” təşkilatı arasında videoformatda ilkin təmasın qurulduğunu diqqətə çatdıran B. İslamov münasibətlərin qısa zaman ərzində dərinləşərək Əməkdaşlıq haqqında Memorandum əsasında qurulmasını yüksək qiymətləndirib. Hər iki partiyanın gənclər təşkilatları arasında ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasının əhəmiyyətindən bəhs edib.

Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər haqqında danışan B.İslamov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yeni reallıqların yarandığını diqqətə çatdırıb. Qeyd edib ki, yaranmış yeni reallıqlar fonunda Yeni Azərbaycan Partiyasının VII Qurultayında Gənclər Birliyinin 30 nəfərdən ibarət yeni tərkibi formalaşdırılıb. Bildirib ki, Gənclər Birliyinin yeni Əsasnaməsi təsdiq edilərək fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Onlardan biri də Gənclər Birliyinin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətini daha da genişləndirməkdir. Vurğulayıb ki, Ukraynanın hakim “Sluqa Narodu” partiyasının “Ze!Molodijka” gənclər qolu ilə yaxın təmasların qurulması bu fəaliyyətin nəticəsidir.

Sonra “Ze!Molodijka” təşkilatının fəal gəncləri həyata keçirdikləri layihələr haqqında təqdimatla çıxış ediblər.

Görüşdə iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və birgə xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 521 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30