Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ABŞ Cənubi Qafqaza can atır

ABŞ Cənubi Qafqaza can atır

04.11.2021 [10:51]

Dövlət Departamentinin nümayəndəsinin İrəvan toplantısının səbəbləri 

II Qarabağ müharibəsinin ardından Cənubi Qafqaz yenidən diqqət mərkəzindədir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bir sıra layihələr dünyanın aparıcı dövlətlərinin regiona marağını artırıb. Digər tərəfdən, bəzi dünya gücləri buraya olan təsir imkanlarını itirməmək üçün aktiv fəaliyyətə start vermiş kimi görünürlər. Məsələn, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda Katib müavininin yeni təyin olunmuş köməkçisi Erika Olsonun regional əməkdaşlığı inkişaf etdirmək və ikitərəfli məsələləri müzakirə etmək üçün Ermənistan, Azərbaycan və Gürcüstana səfəri bunu təsdiqləyir. Noyabrın 2-4 aralığında İrəvanda olan E.Olson ABŞ-ın Ermənistandakı səfiri Lin M.Treysinin, Gürcüstandakı səfiri Kelli C.Deqnanın və Azərbaycandakı səfiri Li Litzenberqerin, həmçinin Qafqaz danışıqları üzrə baş məsləhətçi Andryu Schoferin və USAID Administrator müavininin köməkçisi Aleksandr Sokolovskinin də qatıldığı Missiya Rəhbərlərinin regional toplantısını reallaşdırıb. Bu görüş ABŞ-ın regiona münasibətdə yeni siyasi xətt tutacağını deməyə imkan verirmi?

Bu arada, ABŞ Dövlət Departamentinin nümayəndəsinin regiona səfəri ilə bağlı yayılan xəbərdə bir nüans da diqqəti cəlb edir. ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi internet səhifəsində yayımlanan xəbərdə Ermənistanın paytaxtının “İrəvan” kimi qeyd edilməsi maraqlı məqamlardan sayıla bilər. Bəzi siyasi ekspertlər bunu rəsmi Vaşinqtonun regional əməkdaşlıqla bağlı Azərbaycana verdiyi üstünlük kimi də dəyərləndirirlər. Qeyd edilməlidir ki, Rusiya Prezidenti Vladimir Putinin Valday Disskusiya Klubunda Ermənistan ilə Azərbaycan arasındakı danışıqlarda heç kimə ehtiyacın duyulmadığını ifadə etməsi Qərbi hərəkətə          keçirib. Bu mənada, ABŞ-ın Cənubi Qafqaz siyasətində yeni bir canlanmanın yaranması da, region ölkələri ilə əlaqələrin gücləndirilməsinə hesablanıb.

Milli Məclisin deputatı Kamran Bayramov ABŞ Dövlət Departamentinin zaman-zaman bu kimi regional toplantılar keçirdiyini, ölkəsinin hər üç Cənubi Qafqaz respublikasındakı təmsilçilərini bir araya yığdığını bildirib. Millət vəkilinin fikrincə, budəfəki toplantının müzakirə predmetləri olduqca zəngin kimi görünür. Belə ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə regiondakı siyasi-iqtisadi vəziyyəti dəyişib, yeni reallıqlar ortaya çıxarıb: “ABŞ uzun illərdir ki, ATƏT-in Minsk qrupunun həmsədridir. Rəsmi Vaşinqton keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi qismində çıxış edib. Təbii ki, Minsk qrupunun fəaliyyətini uğurlu hesab etmək olmaz. Bunun nəticəsi idi ki, Azərbaycan öz ərazi bütövlüyünü iradəsi və gücü sayəsində təmin etdi. Qarşıdakı dövrdə artıq sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlanılacaq ki, burada da ATƏT-in Minsk qrupuna ehtiyac qalmayacaq. Rusiya Prezidentinin “Valday”dakı fikirləri də bunu özündə ehtiva edirdi. ABŞ dərk edir ki, indiki halda regionda yeni siyasi-iqtisadi mənzərə yaranıb. 2020-ci ildə Ermənistanın imzaladığı kapitulyasiyada Rusiyanın da təmsil olunması ABŞ-ın regionda inkişaf edən siyasi proseslərə təsir imkanlarını müəyyən mənada məhdudlaşdırıb. ABŞ bunu reabilitasiya etmək niyyətindədir. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması ilə yeni Şərq-Qərb tranzit logistikası formalaşır. Bu, regiona yeni iqtisadi imkanlar qazandıracaq. Azərbaycan Şərq ilə Qərbin iqtisadi qovuşma məntəqəsinə çevriləcək. Təbii ki, ABŞ bu prosesdə də iştirak etməyi arzulayır.  Bu baxımdan, ABŞ Dövlət Departamentinin nümayəndəsinin regiona səfəri olduqca önəmli məqamlarla müşayiət oluna bilər. Yəqin ki, əlaqələrin möhkəmləndirilməsi əsas müzakirə predmeti olub”.

Bu səfərin G-20 toplantısından sonra reallaşmasına gəlincə isə, K.Bayramov ABŞ-ın Cənubi Qafqazda əsas tərəfdaşlarının Gürcüstan və Türkiyə olduğunu bildirib. Bununla belə, rəsmi Vaşinqton hər zaman Azərbaycanla da əlaqələrin inkişafına xüsusi diqqət yetirib: “Təbii ki, postmüharibə dövründə Azərbaycan regional güc mərkəzi funksiyasında çıxış edir və ABŞ-ın gələcəkdə Azərbaycanla əlaqələrin inkişafına xüsusi yanaşacağını indidən proqnozlaşdırmaq mümkündür. Azərbaycan dövləti bütün ölkələrlə milli maraqları çərçivəsində əməkdaşlıq edir. Bu mənada, Azərbaycanın ABŞ-la da münasibətləri də iqtisadi inkişafa və qarşılıqlı əməkdaşlığa əsaslanır”.

P. Sadayoğlu

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30