Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Neft gəlirləri insan kapitalının formalaşdırılmasına yönəldilir

Neft gəlirləri insan kapitalının formalaşdırılmasına yönəldilir

16.11.2021 [10:53]

Gələn ilin büdcə layihəsində təhsil xərclərinin cari ilə nisbətən 18,5 faiz artırılması nəzərdə tutulub

Azərbaycanın daxili siyasətində bir sıra prioritet istiqamətlər müəyyənləşdirilib ki, onlardan biri də təhsildir. Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq neft gəlirləri məqsədyönlü şəkildə insan kapitalının formalaşdırılmasına yönəldilir. Bunun nəticəsidir ki, son 18 ildə ölkə üzrə güclü təhsil infrastrukturu yaradılıb, eyni zamanda, bir neçə Dövlət Proqramı uğurla reallaşdırılıb. Ölkəmizdə rəqabətli insan kapitalının formalaşdırılması  2021-2030-cu illəri əhatə edən yeni strateji mərhələdə də dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalacaq. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində növbəti onillik üçün müəyyənləşdirilən beş milli prioritetdən biri “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” prioritetidir. Artıq bir neçə gündür ki, Milli Məclisin komitələrində müzakirəsi aparılan 2022-ci ilin büdcə layihəsində də təhsilə böyük həcmlərdə maliyyə vəsaitinin yönəldilməsi nəzərdə tutulub. Layihədə növbəti ilin dövlət büdcəsindən təhsil xərclərinə 3884,3 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb. Bu, 2021-ci ilin təsdiq olunmuş göstəricisinə nisbətən 606,7 milyon manat və ya 18,5 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə1110,0 milyon manat və ya 40,0 faiz çoxdur. “Təhsil xərclərinin növbəti il üçün proqnozlaşdırılan ÜDM-də xüsusi çəkisi 4,5 faiz olacaqdır ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisinə nisbətən 0,5 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 0,7 faiz-bənd çoxdur. 2022-ci ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 13,0 faiz təşkil edəcəkdir ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1,5 faiz-bənd, 2020-ci ilin icra göstəricisinə nisbətən 2,5 faiz-bənd çoxdur. Son 5 ildə (2018-2022-ci illər) təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,4 faiz-bənd, mütləq ifadədə isə1920,9 milyon manat və ya 2,0 dəfə artmışdır”. Bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi Azərbaycan Respublikasının 2022-ci il üçün dövlət və icmal büdcələri üzrə layihələrin Təqdimatı sənədində məlumat verilib.

Təhsil xərcləri üçün ayrılmış vəsaitin 2090,1 milyon manatı və ya 53,8 faizi ümumi təhsil xərclərinin, 1195,3 milyon manatı və ya 30,8 faizi təhsil sahəsində digər müəssisələrin və tədbirlərin (dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi ilə bağlı xərclər, bir sıra dövlət proqramlarının və məqsədli tədbirlərin maliyyə təminatı), 376,8 milyon manatı və ya 9,7 faizi məktəbəqədər təhsil xərclərinin, 87,3 milyon manatı və ya 2,3 faizi orta ixtisas təhsili xərclərinin, 60,0 milyon manatı və ya 1,5 faizi ali təhsilin, 63,8 milyon manatı və ya 1,6 faizi peşə təhsilinin, 11,0 milyon manatı və ya 0,3 faizi əlavə təhsilin və təhsil sahəsində tətbiqi tədqiqatların maliyyələşdirilməsinə yönəldiləcəkdir. 2022-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının, “ADA” Universitetinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, İ.M.Seçenev adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, Milli Aviasiya Akademiyasının maliyyə təminatı üçün cəm olaraq 56,6 milyon manat vəsait nəzərdə tutulub.

Qarşıdan gələn 2022-ci ilin büdcəsində təhsil xərclərinin istiqamətləri Azərbaycanın sosial dövlət fəlsəfəsi nəzərə alınmaqla müəyyənləşdirilib. Maliyyə Nazirliyinin təqdim etdiyi sənəddə bildirilir ki, əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə tələbə kreditinin verilməsi üçün növbəti ilin dövlət büdcəsindən 22,0 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Növbəti il üçün ödənişli əsaslarla təhsil alan məcburi köçkün statuslu, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş, əllillik qazanmış şəxslərin uşaqları və ödənişli əsaslarla qəbul olmuş I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, ikitərəfli saziş və müqavilələr əsasında dövlət hesabına təhsil alan əcnəbi tələbələrin sayı cəm olaraq cari illə müqayisədə 2569 nəfər, təqaüd alan tələbələrin sayı isə 12008 nəfər artımla proqnozlaşdırılıb. Ümumilikdə, növbəti tədris ili üçün dövlət sifarişi ilə təhsil alan tələbələrin sayının 2020-2021-ci tədris ili ilə müqayisədə15893 nəfər və ya 16,7 faiz artırılaraq 110834 nəfərə çatdırılması proqnozlaşdırılır. Bununla yanaşı, ölkədə ixtisaslı və peşəkar kadrların hazırlanmasına dövlət qayğısının daha da artırılması, təhsildə yüksək nəticələr əldə edən tələbələrin təqaüd almaları üçün əlavə imkanların yaradılması məqsədilə, ali təhsil müəssisələrində dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 2019-cu ilin martın 1-dən 16 min vahid artırılması və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması kimi qarşıya qoyulmuş hədəflərin növbəti ildə də maliyyə təminatı nəzərdə tutulur. Xüsusi təhsilə cəlb olunan 12380 nəfərin valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisələrinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda ödənilən müavinətin məbləği 22 manatdan 50 manata (2,3 dəfə çox), habelə pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 20 min nəfərədək gənc mütəxəssisin kənd rayonlarındakı ümumi təhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın məbləği 60 manatdan 90 manata (50,0 faiz çox) çatdırılacaq. 2021/2022-ci tədris ilindən peşə təhsili müəssisələrinə dövlət hesabına tələbə qəbulu sayının 1880 nəfər artırılması və həmin müəssisələrdə təqaüdlərin tələbələrin müvəffəqiyyət göstəricilərindən asılı olaraq yeni qaydada ödənilməsi nəzərdə tutulur.

Gələn ilin dövlət büdcəsinin təhsil xərclərində indiki dövrün çağırışları da nəzərə alınıb. Məsələn, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatı və bu tələbatın pandemiya şəraitində daha da zəruriliyini nəzərə alaraq 2022-ci ildə ümumi təhsil müəssisələri üçün 40 mindən çox kompüterin alınması və yeni elektron sistemlərin yaradılması, həmçinin əlavə 50 məktəbdə mühafizə  xidmətinin təşkili nəzərdə tutulur.

Bütövlükdə, gələn ilin dövlət büdcəsində təhsil xərclərinin istiqamətləri nəticə əsaslı büdcə mexanizminə keçid konsepsiyasına əsaslanır. Bu çərçivədə ötən ildə həyata keçirilən tədbirlərin davamı olaraq təhsil sektorunun ortamüddətli dövr üçün strateji planı hazırlanıb və burada bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 598 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31