Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Sumqayıt şəhər təşkilatı "Yeni Azərbaycan Partiyası – 44 Günlük Zəfərin ideoloqu" mövzusunda tədbir keçirib

YAP Sumqayıt şəhər təşkilatı "Yeni Azərbaycan Partiyası – 44 Günlük Zəfərin ideoloqu" mövzusunda tədbir keçirib

19.11.2021 [13:00]

 

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar YAP Sumqayıt şəhər təşkilatında "Yeni Azərbaycan Partiyası – 44 Günlük Zəfərin ideoloqu" adlı tədbir keçirilib. Tədbirdə YAP Sumqayıt şəhər təşkilatın əməkdaşları, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə Azərbaycan dövlətinin memarı, Ulu Öndər  Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmini uğrunda həyatını itirmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri vəzifəsini icra edən Ramiz Hüseynov tədbir iştirakçılarını partiyanın yaradılmasının 29-cu ildönümü münasibətilə təbrik edib. R.Hüseynov 1990-cı illərin əvvəlində, ölkəmiz üçün çətin günlərdə Yeni Azərbaycan Partiyasının yaradılması, xalqın israrlı tələbi ilə Ümummilli Lider Heydər Əliyevin partiyaya rəhbərliyi qəbul etməsi, dövlətimizin müstəqilliyinin qorunub saxlanılması və respublikada vətəndaş həmrəyliyinin bərqərar olması istiqamətində əvəzsiz xidmətləri barədə danışıb.

Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov YAP-ın yaradılmasının 29-cu ildönümü və 8 noyabrda qeyd olunan Zəfər günü ilə bağlı fikirlərini bölüşüb. F.Kazımov Sumqayıt şəhərində aparılan quruculuq işlərindən, YAP Sədri, Prezident İlham Əliyevin Sumqayıt şəhərinə olan xüsusi diqqət və qayğısından bəhs edib.

Çıxış edən Sumqayıt Dövlət Universitetinin müəllimi, YAP Sumqayıt şəhər təşkilatının qurucularından olan Əvəz Mahmudov, Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Prezident təqaüdçüsü Namis Şirməmmədov, Sumqayıt şəhər Tarix Muzeyinin müdiri Aygün Zülfüqarlı YAP-ın keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyması, partiyanın VII Qurultayı, partiyamızın lideri İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışı barədə fikirlərini bölüşüblər.

Paylaş:
Baxılıb: 569 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30