Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Aynur Sofiyeva: Yeni Azərbaycan Partiyası tarixi missiyasını layiqincə həyata keçirir

Aynur Sofiyeva: Yeni Azərbaycan Partiyası tarixi missiyasını layiqincə həyata keçirir

22.11.2021 [10:52]

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Aynur Sofiyeva ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, milyonların sevgisini və etimadını qazanan Yeni Azərbaycan Partiyasının keçdiyi 29 illik şərəfli yoldan geniş bəhs edərək bildirib ki, YAP yarandığı gündən xalqın partiyası kimi tanınıb: “Xalqın böyük əksəriyyətinin istəyini özündə əks etdirən 91 nəfər ziyalının  ulu öndər Heydər Əliyevə müraciəti, dahi şəxsiyyətin bu müraciətə cavabı müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın düşdüyü çətinliklərdən xilasına bir çağırış idi. Azərbaycan xalqı 29 il bundan əvvəl Yeni Azərbaycan Partiyasının yaradılmasını əslində, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının başlanğıcı kimi dəyərləndirir.  21 noyabr 1992-ci il Azərbaycanın taleyində dönüş nöqtəsi kimi səciyyələndirilir. Xalqımız əmin idi ki,   özünəqayıdışın təmin edilməsi dahi şəxsiyyət, böyük idarəçilik təcrübəsinə malik, Azərbaycan dövlətinin, xalqının gələcəyini düşünən ulu öndər  Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində mümkün ola bilər. Bu baxımdan Azərbaycanı məhv olmaqdan xilas etmək, bir dövlət kimi varlığını qorumaq üçün Yeni Azərbaycan Partiyasının yaradılması Ümummilli Liderin  hakimiyyətə qayıdışını  təmin etməkdən ibarət idi. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası yaranandan  6 ay sonra partiyanın yaradıcısı və Sədri Heydər Əliyev xalqın  təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bununla da Azərbaycanın tarixində yeni mərhələ başladı.”

     A.Sofiyeva qeyd edib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən və bugünümüzə hesablanmış siyasəti nəticəsində Azərbaycan müstəqilliyinin bərpasının ilk illərində yaşadığı xaosdan, anarxiyadan, özbaşınalıqlardan, vətəndaş müharibəsindən, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas olaraq inkişaf, tərəqqi yoluna çıxdı: “Azərbaycan sözün əsl mənaasında illərdir ürəyində gəzdirdiyi arzusuna- malik olduğu təbii resurslarının əsl sahibinə çevrilmək istəyinə nail olmaqla bukünkü reallıqlar üçün möhkəm təməl yaratdı. Ulu öndər Heydər Əliyevin  müəllifi olduğu neft strategiyası uzaqgörən siyasətinin nəticəsi idi.  Dövlətçiliyin əsasları yaradıldı, tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı, ölkəmizin iqtisadi qüdrətinin artması fonunda siyasi müstəqilliyi təmin edildi, güclü ordusu formalaşdı, Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər faktlar əsasında dünyaya çatdırıldı.” 

    YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, Ulu Öndərin  inkişaf strategiyası Azərbaycanın qarşısında geniş imkanlar açdı, möhtəşəm uğirları şərtləndirdi: “2003-cü ildə Ümummilli Liderin layiqli davamçısı, cənab İlham Əliyevin Prezident seçilməsi Böyük Yolun davamı kimi dəyərləndirilir.  Ulu öndər Heydər Əliyev xalqımıza 1 oktyabr 2003-cü il tarixli müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını bildirərək inamın və böyük etimadın ünvanını göstərdi: Cənab İlham Əliyev və Yeni Azərbaycan Partiyası. Son 18 ilin uğurları xalqımızın seçimində yanılmadığını təsdiqləyr.”

       “Arzuladığımız xoşbəxt gələcəyi yaşayırıq. Həmin gələcək məhz  bu gündür. Azərbaycanı tarixinin ən qüdrətli, qalib  dövlətinə çevirən,  30 illik torpaq həsrətimizə  son qoyan Müzəffər Ali Baş Komandan  İlham Əliyev xilaskar liderdir” söyləyən Aynur Sofiyeva qeyd edib ki, məhz cənab İlham Əliyevin siyasi iradəsi, düşünülmüş  strategiyası, sərkərdəlik bacarığı  sayəsində  ərazi bütövlüyümüzü  bərpa etdik, qalib dövlətə çevrildik, müzəffər xalq olduq, ölkəmiz regionda və dünyada yeni reallıqlar yaratdı, sözümüz imzamız qədər əhəmiyyətli oldu.  Bu şanlı Zəfərlə cənab İlham Əliyev adını tarixə qalib Prezident kimi yazaraq   bir daha alternativsiz Lider olduğunu təsdiqlədi.

   “Bütün bu uğurlar, eyni zamanda, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Yeni Azərbaycan Partiyasının öz tarixi missiyasını layiqincə yerinə yetirdiyinin,   xalqın etimadını yüksək səviyyədə doğrultduğunun  sübutu kimi də  qiymətləndirilə bilər. Yeni Azərbaycan Partiyası daim  qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərib və  bundan sonra da  yeni-yeni uğurları ilə  diqqətdə olacaq.  Zəfərimizin yaratdığı reallıqlar fonunda VII qurultayını keçirən Yeni Azərbaycan Partiyası qəbul etdiyi qərarları ilə həm özünün fəaliyyətində, həm də  Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycanın həyatında yeni mərhələnin əsasını qoydu”,- deyə YAP İdarə Heyətinin üzvü bildirib.

Paylaş:
Baxılıb: 556 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31