Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ermənistanda iki hərbçi həbs edildi

Ermənistanda iki hərbçi həbs edildi

24.11.2021 [16:11]

Ermənistan silahlı qüvvələrinin müqavilə ilə xidmət keçən hərbçisi Gevork Avetyanın ölümü ilə bağlı cinayət işi çərçivəsində yeni detallar ortaya çıxıb. “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan bildirib ki, həbs edilən hərbçilərə qarşı ittiham irəli sürülüb, araşdırma aparılır.

Bundan əvvəl Ermənistan müdafiə nazirliyi noyabrın 15-də Çəmbərək rayonunda yerləşən hərbi hissədə insident baş verdiyini təsdiqləyib. İlkin məlumata görə, hərbçi silahla davranış qaydalarını pozduğu üçün yaralanıb. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Abramyan isə qeyd edib ki, artıq noyabrın 16-da onunla xidmət keçən iki hərbçi saxlanılıb. Onlardan birinə Avetyana qarşı qəddar rəftar, onun ləyaqətini vaxtaşırı alçaltma, hərbi qulluqçular arasında nizamnamə münasibətləri qaydalarını pozma, döymə və fiziki güc tətbiq etməklə intihara sövq etmə maddəsi ilə ittiham irəli sürülüb. İkinci isə hərbi qulluqçular arasında nizamnamə münasibətləri qaydalarını pozmaqda, müqavilə əsasında xidmət edən hərbi qulluqçunu döyməkdə ittiham olunur.

 

 

Paylaş:
Baxılıb: 592 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30