Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Qarabağ” yeni transferlərini Antalyada gözləyəcək

“Qarabağ” yeni transferlərini Antalyada gözləyəcək

10.01.2022 [16:53]

Ölkəmizin avrokuboklarda yeganə təmsilçisi “Qarabağ” III dövrənin  hazırlıqlarını davam etdirir. Ağdam təmsilçisi qış təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyədə keçirəcək. Sabah Antalyaya səfər edəcək komanda yanvarın 26-dək qardaş ölkədə olacaq. Komanda bu müddət ərzində 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Belə ki,  “Qarabağ” yanvarın 14-də “Qaz Metan” (Rumıniya), yanvarın 21-də “Şlyonsk Vrotslav” (Polşa), yanvarın 25-də “Visla Krakov” (Polşa) klubları ilə qarşılaşacaq. Yanvarın 21-də və 25-də isə daha iki oyun nəzərdə tutulub. Komanda səhər saatlarında “Batska Topola” (Serbiya) və “Tatran”la (Slovakiya) üz-üzə gələcək ki, bu oyunlarda əsasən, gənc futbolçulara şans veriləcək.

“Qarabağ” fasilə dövründə heyətinə üç əcnəbi futbolçu cəlb etməyi planlaşdırıb ki, onlardan ikisi ilə danışıqlar artıq tamamlanıb. Klubdan “Yeni Azərbaycan”a verilən məlumata görə, “Yagelloniya”nın (Polşa) qapıçısı Luka Quqeşaşvili və “Çerno More”nin (Bolqarıstan) yarımmüdafiəçisi Leandro Andrade karyerasını böyük ehtimalla ölkəmizdə davam etdirəcəklər. Hər iki legioner klubun düşərgəsinə Antalya toplanışında qatılacaq.

“Qarabağ” daha bir futbolçu transfer etməyi nəzərdə tutub. Amma hələlik onun hansı mövqeyə gətiriləcəyi bəlli deyil.

Qeyd edək ki, “Qarabağ” qış fasiləsində hələlik bir futbolçu - Ukraynanın “Minay” klubundan Rüstəm Əhmədzadəni transfer edib.

Paylaş:
Baxılıb: 566 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30