Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Distant iş sisteminə keçid nə vəd edir?

Distant iş sisteminə keçid nə vəd edir?

13.01.2022 [11:06]

Yeni iş sistemi tıxacları da minimuma endirəcək

Günel Abbas

Yanvarın 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) üzvləri ilə görüş olub.

Nazir Sahil Babayev əmək qanunvericiliyinin əmək bazarında yaranan yeni çağırışlara, müasir tələblərə uyğun təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması prosesində də işəgötürənlərin, o cümlədən özəl sektorun nümayəndələrinin iştirakına xüsusi önəm verildiyini qeyd edib. “AmCham Azərbaycan”da təmsil olunan şirkətlərlə bu sahədə də müsbət əməkdaşlıq təcrübəsinin formalaşdığını, təşkilatla nazirlik arasında mütəmadi görüşlər, müzakirələr keçirildiyini bildirib.

Görüşdə Palatanın bir sıra təklifləri, o cümlədən qanunvericiliyə əmək funksiyalarının evdən yerinə yetirilməsi və distant iş ilə bağlı dəyişiklik və belə iş formasında əmək münasibətlərində hüquqi tənzimləmələrə dair təklifləri diqqətə çatdırılıb.

Bu təkliflə bağlı bildirilib ki, Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında yeni qanun layihəsində “distant (məsafədən) iş”, əmək funksiyalarının elektron, proqram-texniki, telekommunikasiya vasitələri əsasında işəgötürənin iş yerlərindən kənarda yerləşən, əmək funksiyalarının yerinə yetirilməsi üçün münasib olan digər yerdə, məsələn evdə, mehmanxanada və s. yerinə yetirilməsi forması nəzərdə tutulub.

Həmçinin əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtlərinin tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində müəyyən edilməsi təklifi də layihədə əksini tapır. Eləcə də distant iş ilə bağlı əmək münasibətlərində hüquqi tənzimləmələrin formalaşdırılması, işçilərin ezamiyyətə göndərilməsi qaydalarının təkmilləşdirilməsi və s. ilə bağlı Palatanın təkliflərinə dair müzakirələr aparılıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, pandemiya distant fəaliyyətin, o cümlədən distant əmək bazarının təşviq edilməsinin vacib olduğunu göstərdi: “Azərbaycanda da sərt karantin tədbirlərinin tətbiq olunduğu dövrlərdə distant iş rejiminə mərhələli keçid reallaşdı. Əmək və əhalinin  Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan yeni sistemin mahiyyəti ondan ibarətdir ki, bütövlükdə distant işlə bağlı texniki bazanın formalaşdırılması, həm də bu istiqamətdə özəl qurumların da təşviq edilməsi nəzərdə tutulur. Əsas məqsəd distant iş sisteminin pandemiyadan sonrakı dövrdə də həyata keçirilməsindən ibarətdir. Bunun əsas üstünlüyü zamana qənaət etmək, xərci minimuma endirərək daha çox gəlir əldə etməkdən ibarətdir. Bu xüsusilə xarici şirkətlərin fəaliyyət planına uyğundur. Distant iş nəqliyyat sisteminin tənzimlənməsinə, iş saatlarının başlama və çıxma saatlarında tıxacların azalmasına səbəb olacaq. Bu praktika yalnız əmək bazarına yox, digər sahələrə də müsbət təsir göstərəcək”.

Azərbaycanda distant işə nə qədər ehtiyac var?

Azərbaycan distant iş və onlayn menecmentliyin tətbiqində maraqlı olmaqla yanaşı, bu prosesdə potensialı olan ölkədir. Distant iş hazırda bütün dünyada əmək bazarının imkanlarını genişləndirir. Məsafədən idarəetmənin müəssisələr və şirkətlər üçün müsbət tərəflərindən biri, işçi heyəti üçün ofisin icarəyə götürülməsinə ehtiyacın olmaması və bir sıra xərclərə qənaət edilməsi ilə bağlıdır.

Bu iş prosesində, başqa bir şəhərdə yaşayan mütəxəssislə də işləmək mümkündür. Pandemiya şəraitində əmək formasının bu cür münasibətləri iş yerlərini, əməkhaqlarını, müəssisənin iş qabiliyyətini saxlamaq baxımından optimal görünür. Əmək qanunvericiliyinə görə, distant iş zamanı müəssisənin işçi heyəti öz vəzifəsini ofisdə yox, evində yerinə yetirir. Bu cür əməkdaşlıq, vaxtı yolda itirməmək baxımından da işçilər üçün əlverişlidir. İlk baxışdan elə görünə bilər ki, distant iş əməyin təşkilinin yüngülləşdirilmiş variantıdır. Ancaq Əmək Kodeksinə görə, distant iş işçilərin çalışdıqları müəssisədən kənarda öz funksiyalarını yerinə yetirməsi deməkdir.

Paylaş:
Baxılıb: 664 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30