Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Siyasi üfüqdə konsensus görünmür

Siyasi üfüqdə konsensus görünmür

14.01.2022 [10:31]

NATO ilə Rusiyanın rəqabəti və mübarizəsi nə ilə nəticələnə??k? 

Pərviz Sadayoğlu

İki il yarımlıq aradan sonra İsveçrənin paytaxtı Brüsseldə baş tutan NATO-Rusiya Şurasının iclası bir çox məqamlara aydınlıq gətirdi. Alyansın Baş Qərargahında keçirilən iclasda Avropanın təhlükəsizliyi, Ukrayna və onun ətrafındakı vəziyyət, eyni zamanda, hərbi fəaliyyətlər, şəffaflıq və risklərin aradan qaldırılması ilə yanaşı, NATO-Rusiya danışıqlarının yeni mərhələsi ilə bağlı da müzakirələr aparılıb.  Görüşlə əlaqədar verilən açıqlamalar isə pozitiv deyil. Dövlət Departamentinin mətbuat katibi Ned Prays bildirib ki, Vaşinqton Ukrayna ətrafındakı status kvonun saxlanması şərti ilə rəsmi Moskva ilə dialoqun davam etməsində maraqlıdır. “Biz Rusiya ilə əlavə diplomatik təmasları gözləyirik. Ümid edirik ki, bu diplomatik yol davam etsin və öz bəhrəsini versin”, - deyə diplomat vurğulayıb.

Moskva veto qoya bilməz

İclasdan sonra mətbuata açıqlama verən NATO-nun baş katibi Yens Stoltenberq etiraf edib ki, tərəflər arasında aradan qaldırılması asan olmayan ciddi fikir ayrılıqları mövcuddur. Bununla belə, NATO hələ də irəliləyiş əldə etməyə ümidlidir. Baş katib bildirib ki, NATO müttəfiqləri anlaşma üçün siyasi yol axtarırlar və bu yolda mümkün olan hər şeyi etməyə, hətta raketlər və nüvə siyasəti ilə bağlı qarşılıqlı məhdudiyyətləri müzakirə etməyə hazırdır. Bununla belə, Stoltenberq NATO-nun Şərqə doğru genişlənmə planı ilə bağlı mövqeyindən geri çəkilmək fikrində olmadığını da qeyd edib: “Ukraynanın NATO təmsilçiliyinə yalnız bu ölkə və Alyansdakı 30 müttəfiq ölkə qərar verə bilər, Rusiya Ukraynanın NATO-ya daxil olmasına veto qoya bilməz”.

Kremldən xəbərdarlıq...

Danışıqlarda iştirak edən Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko isə bildirib ki, 1997-ci ildə Rusiya Federasiyası ilə ümumi sərhədi olan NATO-nun qapısını döyən yalnız bir ölkə var idi, Polşa. Bu gün bir çox dövlətlər NATO-ya üzv olublar və onların əraziləri açıq şəkildə Rusiyanın müxtəlif coğrafi istiqamətlərinə və strateji dərinliklərinə güc proyeksiyası üçün istifadə olunur. Qruşkonun sözlərinə görə, bu, Rusiya üçün yolverilməz risklər yaradır. Xarici işlər nazirinin müavini görüşdə fundamental məsələlərdə fikir ayrılıqlarının mövcud olduğunu deyib. O, bir daha xəbərdarlıq edib ki, əgər NATO blokadaya keçərsə, Rusiya Federasiyası əks-mühafizə rejiminə keçəcək. Qruşko NATO-nu Rusiyaya Qərqə doğru genişlənməməsi üçün hüquqi təminat verməyə çağırıb.

Heç bir tərəf geri çəkilmək niyyətində deyil

Görünən budur ki, hər iki tərəfin kompromisdən uzaq fikirlər səsləndirməsi uzlaşmanı mümkünsüz edir. Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq Qabil Hüseynli də aparılan danışıqların hansısa nəticə verə biləcəyini inandırıcı saymır. Çünki ortada əldə olunacaq hər hansı bir konsensus yoxdur. NATO tərəfi Rusiyanın onlarla beynəlxalq hüquqa uyğun olmayan şantaj dili ilə danışdığını və dövlətlərin suveren hüquqlarına qarışdığını iddia edir. Rəsmi Moskva isə NATO-nun Şərqə doğru irəliləməsini, sərhədlərinə yaxınlaşmasını yolverilməz sayır, bunu özünün “qırmızı xətt”i hesab edir. NATO-nun bu “qırmızı xətt”i keçməsi isə ciddi hərbi qarşıdurmalar yarada bilər: “Keçirilən görüş dialoq baxımından olduqca əhəmiyyətlidir, nəticə verəcəyi inandırıcı deyil. Rusiyanın NATO qarşısındakı tələbləri olduqca ağırdır. NATO isə öz mövqeyindən geri çəkilmək niyyətində deyil. Bu mənada, hər iki tərəfin, daha çox isə Rusiyanın  ritorikasında təhdid elementləri sezilir. Fikrimcə, məsələ beynəlxalq hüquq qaydaları əsasında həll edilməlidir. NATO, sanki, keçmiş postsovet məkanında dominant rol oynamaq fikrindədir. Rusiya isə başqa ölkənin suveren hüququna qarışmağa cəhd edir. Hər iki tərəf anlamalıdır ki, dünyada yeni siyasi nizam, siyasi münasibətlərdə xeyli təkmilləşmələr mövcuddur. Düzdür, NATO təhlükəsizliklə, hətta silahsızlaşdırma ilə bağlı müqavilə - təkliflə çıxış etsə də, Rusiya buna inanmır. Hələ ki, konstruktiv bir razılaşma üfüqdə belə görünmür”.

ABŞ “B” planını işə salır

Brüsseldə baş tutan görüşdə maraq doğuran məqamlardan biri isə İsveç və Finlandiyanın yenidən NATO sıralarına qəbul edilməsi məsələsinin aktuallaşması olub. Belə ki, ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bildirib ki, Birləşmiş Ştatlar Finlandiya və İsveçlə NATO-ya daxil olmaq perspektivini müzakirə etməyə hazırdır, bir şərtlə ki, bu ölkələr istək nümayiş etdirsinlər.

Xatırladaq ki, yanvarın 10-da İsveçin Baş naziri Maqdalena Andersson ölkəsinin xarici siyasət xəttini dəyişmək və NATO-ya daxil olmaq niyyətində olmadığını bildirmişdi. Finlandiyanın Baş naziri Sanna Marin isə öz vətəndaşlarına Yeni il müraciətində ölkəsinin NATO-ya daxil olmaq üçün sifariş vermək imkanını saxladığını demişdi. Bu fikri Finlandiya Prezidenti Sauli Niiniste də təsdiqləmişdi. Hazırda siyasi ekspertlər anidən aktuallaşan bu təklifi ABŞ-ın Rusiyaya yönəlik yeni həmləsi kimi qiymətləndirirlər. Rusiya ilə həmsərhəd olan Finlandiya ABŞ üçün “yeni qapı” rolunu oynaya bilər.

Bununla bağlı fikirlərini bölüşən politoloq Qabil Hüseynli də İsveçin və Finlandiyanın NATO ilə xüsusi əlaqələrə malik olduğunu deyib. Onun sözlərinə görə, Finlandiyanın Rusiya ilə həmsərhəd olması məsələnin fərqli rakurslardan izahını mümkün edir: “Bu mənada, irəli sürülən təklifi və Finlandiyanın mövqeyini NATO-nun yeni həmləsi kimi də qəbul etmək olar.  Rusiyanın hazırkı mövqeyinin bəzi Avropa dövlətlərində qıcıq yaratdığı ortadadır. Finlandiya kimi ölkələr də Rusiyanın onların təhlükəsizliklərinə problemlər yaratdığı qənaətindədirlər. Fikrimcə, Rusiya və NATO anlamalıdır ki, beynəlxalq münasibətləri sağlamlaşdırmaq, ölkələrlə sağlam münasibətlər qurmaq yerinə qarşılıqlı təhdid dilində danışmaq yersizdir. Bu, nəticədə qütbləşməyə və qarşılıqlı ittihamlara, vəziyyətin daha da gərginləşməsinə yol açır”.

Paylaş:
Baxılıb: 300 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Sosial

Gündəm

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

19 Avqust 10:14

Xəbər lenti

10 layihədən biri

19 Avqust 10:10

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31