Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fevral ayında nə qədər təqaüd alacaqsınız?

Fevral ayında nə qədər təqaüd alacaqsınız?

14.01.2022 [10:36]

Nicat Dilqəmli

“Pensiyaların bu ilin əvvəlindən indeksləşdirilərək artırılması ötən ilin orta aylıq nominal əməkhaqqının illik artım tempinə dair Dövlət Statistika Komitəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcəyi rəsmi məlumata uyğun aparılacaq”.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, həmin artım tətbiq olunduqda bu barədə məlumat veriləcək.

Sözügedən artım nə vaxtdan tətbiq olunacaq? Neçə faizlik artım gözlənilir?

Suallarımızı cavablandıran Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı “Yeni Azərbaycan”a bildirib ki, qanuna əsasən, əmək pensiyalarının indeksasiyası əvvəlki ildə orta aylıq əməkhaqqıdakı artım faizinə əsasən həyata keçirilir: “Pensiya yığımları isə əvvəlki ildə inflyasiya səviyyəsinə uyğun olaraq indeksasiya olunur. Burada məqsəd ondan ibarətdir ki, pensiya yığımları inflyasiya təsirindən qorunsun. Bu baxımdan, artıq yanvar ayından etibarən həm pensiya məbləğləri, həm də pensiya yığımları indeksasiya olunacaq. Nəzərə alsaq ki, 2021-ci ildə ortaq aylıq əməkhaqqındakı artım faizi ilə bağlı rəsmi göstərici yanvar ayının ikinci yarısında Dövlət Statistika Komitəsi tərəfindən elan olunub və DSK həmin rəsmi rəqəmi elan etdikdən sonra artıq indeksasiya ilə bağlı cənab Prezident tərəfindən imzalanır və bundan sonra əmək pensiyaları, həm də pensiya kartları indeksasiya olunur. Əmək pensiyalarının 2021-ci ildə orta aylıq əməkhaqqındakı artım faizi rəsmi olaraq elan olunmayıb, amma nəzərə alsaq ki, ilkin proqnozlara görə, orta aylıq əməkhaqqında təxminən 5.3%-ə qədər artım gözlənilir. Fevral ayından tətbiq olunacağına baxmayaraq, fevral ayının pensiyalarına yanvar ayının əlavələri olunacaq”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov KİV-ə açıqlamasında deyib: “Yəqin ki, artımlar fevral ayından başlayaraq veriləcək”.

 Deputatın sözlərinə görə, digər qrup pensiyaların artımı üçün ayrıca sərəncam olmayacaq:

“Prezident bütün sərəncamları imzalayıb. Bilinir ki, sərəncam hansı pensiyaçılara şamil edilib. Bunun üçün ayrıca sərəncama ehtiyac yoxdur. Çünki hər il indeksasiya Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən aparılır. Yəqin ki, hazırda siyahı araşdırılır. Maaşlar da, pensiyalar da Komitənin məlumatlarına indeksasiya edilərək artırılır. Bu prosesdə qayda-qanun belədir”.

Paylaş:
Baxılıb: 407 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Siyasət

Niyə məhz Ərdoğan?

20 Avqust 10:13

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Sosial

Gündəm

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

19 Avqust 10:14

Xəbər lenti

10 layihədən biri

19 Avqust 10:10

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31